AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Avqust 20 , 2017, - 21:26

Elanlar
Doktoranturaya qəbul
Okt 07 , 2015 - 12:20

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası 2015-ci il üçün aşağıdakı ixtisaslar üzrə doktorantura və dissertanturaya (fəlsəfə doktoru proqramı üzrə) qəbul elan edir:

 Doktorantura 

Elm sahələri və ixtisaslar

 

Şifrələr

Cəmi

Büdcə hesabına

əyani

qiyabi

SİYASİ ELMLƏR:

59

     

Beynəlxalq münasibətlər

5901.01

2

1

1

Siyasi institutlar və sistemlər

5904.01

2

1

1

Siyasi nəzəriyyə

5908.01

2

1

1

Dövlət idarəçiliyi

5909.01

2

1

1

İQTİSAD ELMLƏRİ:

53

 

 

 

Sənayenin təşkili və dövlət siyasəti

5309.01

1

 

1

Müəssisələrin təşkili və idarə olunması

5311.01

1

1

 

HÜQUQ ELMLƏRİ:

56

 

 

 

Konstitusiya hüququ; bələdiyyə hüququ

5607.01

1

1

 
         

 

Dissertantura

Elm sahələri və ixtisaslar

 

Şifrələr

Cəmi

Ödənişli əsaslarla

SİYASİ ELMLƏR:

59

 

 

Beynəlxalq münasibətlər

5901.01

2

2

Dövlət idarəçiliyi

5909.01

2

2

İQTİSAD ELMLƏRİ:

53

 

 

Daxili fiskal siyasət və dövlət maliyyəsi

5301.01

1

1

Sənayenin təşkili və dövlət siyasəti

5309.01

1

1

Müəssisələrin təşkili və idarə olunması

5311.01

1

1

HÜQUQ ELMLƏRİ:

56

 

 

Konstitusiya hüququ; bələdiyyə hüququ

5607.01

1

1

Qəbul qaydaları

1. Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş plan üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar. Dissertant kimi təhkim olunmaq istəyən şəxslər, bir qayda olaraq, elmi və elmi-pedaqoji iş stajına malik olmalıdırlar.

2. Doktoranturanın tam kursunu bitirən şəxs eyni ixtisas üzrə təkrarən doktoranturaya qəbul oluna bilməz.

3. Doktorantura və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

-  rektorun adına ərizə;

-  kadrların şəxsi-qeydiyyat vərəqi;

-  tərcümeyi-hal;

-  2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

-  iş yerindən xasiyyətnamə;

-  iş stajı olanlar üçün əmək kitabçasından çıxarış (doktoranturaya istehsalatdan ayrılmaqla qəbul olunan şəxslərin əmək kitabçası doktoranturaya təqdim edilir);

-  çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə);

-  şəxsiyyəti təsdiq edən sənədin surəti.

Diplomun əsli, şəxsiyyət vəsiqəsi şəxsən təqdim edilir.

   Referat doktoranturaya sənəd təqdim etmiş şəxsin seçdiyi ixtisasa uyğun olmalı, müvafiq elmi problemlərin ətraflı təhlilini özündə cəmləşdirməli, tədqiqatçının elmi axtarışlarının nəticələrini əks etdirməlidir.

   Qəbul haqqında ərizə və sənədlər 2015-ci il noyabr ayının 7-dək aşağıda göstərilən ünvana təqdim olunmalıdır:

 

    Ünvan:  Bakı, Lermontov küçəsi 74, Elmi təşkilat şöbəsi, otaq 34 

          Tel:  (012) 492-65-52.

 

© Copyright 2005-2013 The Academy of Public Administration