AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Dekabr 12 , 2017, Çərşənbə - 06:47

Elanlar
Konfrans haqqında məlumat
Mart 30 , 2017 - 11:51

2-3 may 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası “Müasir dövrdə davamlı inkişafın əsas istiqamətləri” mövzusunda respublika elmi-praktiki konfransı keçirəcəkdir.

Konfrasda Akademiyanın aparıcı alimlərilə yanaşı gənc alimlərin iştirakına xüsusi diqqət yetiriləcəkdir. Onların bu tədbirdə iştirakı müzakirə olunan mövzular ətrafında sərbəst mütaliə etmək bacarıqlarının inkişaf etdirilməsi və lazımı biliklərin əldə olunması üçün şərait yaradacaqdır. Konfransın sonunda gənclərin iştirakı ilə mövzuya aid disput-dəyirmi masanın təşkili nəzərdə tutulur.

Konfransın nəticəsinə görə təqdim olunmuş məruzələrin mətninin toplu şəklində çap edilməsi, müvafiq qurumlara və elmi kitabxanalara paylanması nəzərdə tutulur. 

Məqalələrin tərtib olunması qaydaları

Mətnin yığılması-A4 formatda, hər tərəfdən 2,5 sm, şrift 12 pt, interval 1,5, Times New Roman. Məqalələr Microsoft Worl formatında yadda saxlanılmalıdır. Məqalələr 5-7 səhifədən ibarət olmaqla, azərbaycan, rus və ingilis dillərində təqdim olunma bilər.

Konfrans haqqında məlumat Dövlət İdarəçilik Akademiyasının saytında yerləşdirilmişdir. www.dia.edu.az

Məqalə elektron şəkildə 25.04.2017-cı il tarixinədək dip@dia.org.az elektron ünvana və yaxud DİA-nın “Davamlı inkişafın planlaşdırılması və idarə edilməsi” kafedrasına təqdim oluna bilər.

Əlaqə telefonu: (012)437 20 36

E-mail: dip@dia.org.az 

Məqalənin tərtibi üçün nümunə

            Hüseynova T.Q.

Siyasi e.ü.f.d, dosent

Azərbaycan Respublikasının Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyası

e-mail:dip@dia.org.az

DAVAMLI İNKİŞAFIN PALANLAŞDIRILMASI VƏ İDARƏ EDİLMƏSİ

Xülasə

Xülasədə adı hərflərlə, məqalənin yazıldığı dildə, 250-300 simvol.

Açar sözlər: 4-5 söz

Məqalənin mətni___________________________________

Məqalədə istinad olunan ədəbiyyat (1,s.35) kimi verilməlidir.

Ədəbiyyat

1.

2.

                                                                                                Təşkilat Komitəsi

 

© Copyright 2005-2013 The Academy of Public Administration