AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
İyun 26 , 2017, Bazarertəsi - 21:28

Elanlar
doktorant və dissertantların elmi konfransı
Apr 05 , 2017 - 10:18

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 04 may 2017-ci il tarixdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş

Heydər Əliyev irsi və Azərbaycan Respublikasında innovativ dövlət idarəçiliyi islahatları”

 

mövzusunda doktorant və dissertantların elmi konfransı keçiriləcəkdir

 

Konfransın proqramına daxil ediləcək məqalə Azərbaycan və ya rus dillərindən birində yazılmalı və bir  nüsxədə, surəti  elektron  daşıyıcıda  olmaqla

20 aprel 2017-ci il tarixədək DİA-nın Elmi Təşkilat şöbəsinə təqdim edilməlidir.

Konfransa təqdim olunan məqalə aşağıdakı tələblərə uyğun tərtib edilməlidir:

Mətn Microsoft Word for Windows redaktorunda Times New Roman şriftilə (hərflərin ölçüsü-14, interval-1,5) yığılır, A4 formatlı kağızda çap olunur;

Məqalənin həcmi 5 səhifədən az olmamalıdır;

Mətnin əvvəlində sağdan doktorantın (tədqiqatçının) soyadı, adı və atasının adı (tam yazılmalı), 1 interval aşağıda ali təhsil müəssisəsinin və ya elmi tədqiqat təşkilatının adı (tam yazılmalı), 1,5 interval aşağıda mərkəzdə qalın hərflərlə məqalənin adı, 1,5 interval aşağıda solda  açar sözlər (hər üç dildə), sonra isə məqalə mətni çap edilir. Məqalədə istifadə edilmiş elmi ədəbiyyat aşağıdakı qaydada göstərilir:

  • Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə verilir.
  • İstinad olunan ədəbiyyat nəşr olunduğu dildə verilir.

Məqalənin sonunda onun yazıldığı dildən başqa iki dildə (Azərbaycan dilində yazılmış məqalələrə rus və ingilis dillərində, rus dilində yazılmış məqalələrə isə Azərbaycan və ingilis dillərində) xülasə verilir.

Məruzələrə doktorantın və ya dissertantın elmi rəhbərinin rəyi və müvafiq elmi müəssisənin kafedrasının iclas protokolundan çıxarışı əlavə olunur.

Qəbul edilən məqalələr konfrans materialı kimi çap olunacaqdır.

Əlaqə telefonu: (012) 492-65-52

 

                                                                                                                       TƏŞKİLAT KOMİTƏSİ

 

 

© Copyright 2005-2013 The Academy of Public Administration