AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Noyabr 18 , 2018, - 02:35

Elanlar
SƏNƏD QƏBULU-2018/2019
Avg 16 , 2018 - 09:58

E  L  A  N

2018/2019-cu tədris ilində

Azərbaycan  Respublikasının Prezidenti yanında Dövlət  İdarəçilik Akademiyasına

daxil olmuş tələbələrin qeydiyyatdan keçməsi üçün lazım olan sənədlərin

SİYAHISI

1. Attestat, iş nömrəsi və şəxsi kabinetin istifadəçi adı (FİN)

2. Şəxsiyyət vəsiqəsinin əsli və surəti (2 nüsxə)

3. 4 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil

4. Tibbi arayış (şəkilli)

5. Tərcümeyi-hal (Aydın və səliqəli yazılmalı. Özü barədə ətraflı məlumat verib, ailə üzvlərini bir-bir sadalamaqla təvəllüd, doğulduğu şəhər, hal-hazırda işlədikləri yer və tutduqları vəzifələri göstərməli)

6. 1ədəd sadə ipli qovluq

7. Sadalanan bütün sənədlərin elektron surətləri (elektron daşıyıcılarda gətirə və yaxud aşağıda göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz)

Məcburi köçkün statusu, şəhid ailəsi (20 yanvar və Qarabağ), 20 yanvar, Qarabağ müharibəsi əlili, o cümlədən, valideynlərindən hər hansı birini itirmiş və digərinin isə əlilliyi olanlar (1-ci və 2-ci qrup) əlavə olaraq bu sənədləri təqdim etməlidirlər:

1.  Tələbənin və valideynlərinin məcburi köçkünlüyü, şəhid ailəsi (20 yanvar və Qarabağ), 20 yanvar, Qarabağ müharibəsi əlili, həmçinin valideynlərdən hər hansı birini itirməsi və digərinin əlilliyi olması (1-ci və 2-ci qrup) haqqında vəsiqələrinin əsli və surəti (2 nüsxədə);

2.  Ailə tərkibi haqqında arayış (2 nüsxədə);

3.  Valideynlərinin şəxsiyyət vəsiqələrinin əsli və surəti (2 nüsxədə);

4.  Şəhid ailəsi olması haqqında arayış.

Qeyd: Akademiyaya ödənişli əsaslarla daxil olmuş abituriyentlər birinci tədris ili üçün təhsil haqqını tam ödədikdən sonra qeydiyyatdan keçə bilərlər. 

Sənədlərin qəbulu avqust ayının 16-dan 28-dək 24 nömrəli otaqda aparılacaqdır.

İş vaxtı:                    bazar ertəsi – cümə günləri, saat 1000 - 1700 (1300 - 1400 - fasilə)

Əlaqə nömrəsi:       (+99412) 492 66 19, (+99412) 492 65 29,(+99450) 350 20 25

e-mail:                      qeydiyyat@dia.edu.az

 

© Copyright 2005-2013 The Academy of Public Administration