AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Mart 20 , 2019, Çərşənbə axşamı - 07:04

Elanlar
Azərbaycanda regional inkişafın idarə olunmasında müasir istiqamətlər
Mart 04 , 2019 - 01:10

 

E L A N

      Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 23 aprel 2019-ci il tarixində “Azərbaycanda regional inkişafın idarə olunmasında müasir istiqamətlər” mövzusunda Respublika elmi-praktik konfransı keçiriləcəkdir.

          Ölkə iqtisadiyyatının davamlı və keyfiyyətli inkişafının idarə olunması müasir texnologiyalara və innovasiyalara əsaslanan iqtisadiyyatın formalaşmasını ön plana çəkir. Qloballaşan dünyada yeni iqtisadi çağırışlar davamlı rəqabət üstünlüyü üçün bütün aspektlərdə (texnoloji, bazar, maliyyə və s.) innovasiya fəallığını, iqtisadi və təşkilati-idarəetmə yeniliklərini zəruri edir. 

       Konfransın keçirilməsində əsas məqsəd  milli iqtisadiyyatın davamlılığı, innovativliyi  və müəssisələrin rəqabət qabiliyyətinin artırılması istiqamətində perspektiv imkanların öyrənilməsidir. 

Konfransda iqtisadi inkişafda  yeni layihələr və innovasiyalar təqdim etmək istəyən tədqiqatçılar, professor-müəllim heyəti, mütəxəssislər iştirak edə bilərlər.  

Konfransa aşağıdakı istiqamətlər üzrə məqalələr qəbul olunur:

  1.    Yeni iqtisadi çağırışlar  və davamlı rəqabət üstünlüyü
  2.    Regionların innovasiya fəallığı.

Məqalələrin tərtib olunma qaydaları:

Mətnin yığılması-A4 formatda, hər tərəfdən 2,5 sm, şrift 12pt, interval 1,5, Times New Roman. Məqalələr Мicrosoft Word formatında yadda saxlanıl­malıdır.Məqalələr 6-8 səhifədən ibarət olmaqla, azərbaycan və rus  dilində təqdim olunmalıdır.

      Konfrans haqqında məlumat Dövlət İdarəçilik Akademiyasının  saytında yerləşdirilmişdir. (http://www.dia.edu.az)

Məqalə müraciət forması ilə birlikdə elektron şəkildə 01.03.2019 tarixindən 10.04.2019 tarixinədək diamanagment@yandex.ru  elektron ünvanına göndəril­məlidir.

Əlaqə telefonu:  (012) 4978331

Ünvan:  Bakı, Lermontov 74

E-mail: diamanagment@yandex.ru  

Məqalənin tərtibi üçün nümunə

MƏQALƏNİN ADI

Müəllifin adı, atasının adı, soyadı

Elmi dərəcəsi, vəzifəsi

Təmsil etdiyi müəssisənin adı

e-mail

Xülasə

Xülasə adi hərflərlə, Məqalənin yazıldığı dildə, 350-400 simvol.

       Açar sözlər: 3-5 söz

 

Məqalənin mətni 

Məqalədə istinad olunan ədəbiyyat [1, s.78] kimi verilməlidir.   

Ədəbiyyat

Təşkilat Komitəsi

© Copyright 2005-2013 The Academy of Public Administration