AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Mart 20 , 2019, Çərşənbə axşamı - 08:11

Elanlar
Doktorant və dissertantların elmi konfransı
Mart 15 , 2019 - 11:52

E L A N

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 03 may 2019-cu il tarixdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş

“Heydər Əliyev ideyaları və müasir Azərbaycan

mövzusunda doktorant və dissertantların elmi konfransı keçiriləcəkdir

Konfransın proqramına daxil ediləcək məqalə Azərbaycan və ya rus dillərindən birində yazılmalı və bir  nüsxədə, surəti  elektron  daşıyıcıda  olmaqla

25 aprel 2019-cu il tarixədək DİA-nın Elmi təşkilat və beynəlxalq əlaqələr şöbəsinə təqdim edilməlidir.

Konfransa təqdim olunan məqalə aşağıdakı tələblərə uyğun tərtib edilməlidir:

Mətn Times New Roman şriftilə (hərflərin ölçüsü-14, interval-1,5) yığılır, A4 formatlı kağızda çap olunur;

Məqalənin həcmi 5 səhifədən az olmamalıdır;

Mətnin əvvəlində sağdan doktorantın (tədqiqatçının) soyadı, adı və atasının adı (tam yazılmalı), 1 interval aşağıda ali təhsil müəssisəsinin və ya elmi tədqiqat təşkilatının adı (tam yazılmalı), 1,5 interval aşağıda mərkəzdə qalın hərflərlə məqalənin adı, 1,5 interval aşağıda solda  açar sözlər (hər üç dildə), sonra isə məqalə mətni çap edilir.

Məqalədə elmi mənbələrə istinadlar olmalıdır. İstinad olunan mənbələr ədəbiyyat siyahısında əlifba sırası ilə yazılmalı və nömrələnməlidir. Mənbənin ədəbiyyat siyahısındakı nömrəsi və səhifə nömrəsi mətndəki istinaddan sonra mötərizədə göstərilir. İstinad olunan ədəbiyyat nəşr olunduğu dildə verilir.

Məqalənin sonunda onun yazıldığı dildən başqa iki dildə (Azərbaycan dilində yazılmış məqalələrə rus və ingilis dillərində, rus dilində yazılmış məqalələrə isə Azərbaycan və ingilis dillərində) xülasə verilir.

Məqaləyə doktorantın və ya dissertantın elmi rəhbərinin rəyi və müvafiq elmi müəssisənin kafedrasının iclas protokolundan çıxarışı əlavə olunur.

Qəbul edilən məqalələr konfrans materialı kimi çap olunacaqdır.

Əlaqə telefonu: (012) 492-65-52

                                                                                                                       TƏŞKİLAT KOMİTƏSİ

© Copyright 2005-2013 The Academy of Public Administration