AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Sentyabr 30 , 2020, Çərşənbə axşamı - 04:52

Elanlar
Doktorant və dissertantların onlayn elmi konfransı
May 01 , 2020 - 09:50

E L A N

 

Azərbaycan Respublikasının Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyası

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş  “Dövlət idarəçiliyində islahatların yeni mərhələsi”   mövzusunda  doktorant və dissertantların elmi konfransı (onlayn)

 

     İştirak üçün təqdim olunan materiallar 2020-ci il may ayının 10-dək doktorantura-dia@mail.ru elektron poçt ünvanına göndərilməlidir.

Konfransa təqdim olunan məqalə aşağıdakı tələblərə uyğun tərtib edilməlidir:

Məqalə Azərbaycan və ya rus dillərindən birində yazılmalıdır.

Mətn Times New Roman şriftilə (hərflərin ölçüsü-14, interval-1,5) yığılır.

Məqalənin həcmi 5 səhifədən az olmamalıdır.

Mətnin əvvəlində sağdan doktorantın (tədqiqatçının) soyadı, adı və atasının adı (tam yazılmalı), 1 interval aşağıda ali təhsil müəssisəsinin və ya elmi tədqiqat təşkilatının adı (tam yazılmalı), 1,5 interval aşağıda mərkəzdə qalın hərflərlə məqalənin adı, 1,5 interval aşağıda solda açar sözlər (hər üç dildə), sonra isə məqalə mətni çap edilir.

Məqalədə elmi mənbələrə istinadlar olmalıdır. İstinad olunan mənbələr ədəbiyyat siyahısında əlifba sırası ilə yazılmalı və nömrələnməlidir. Mənbənin ədəbiyyat siyahısındakı nömrəsi və səhifə nömrəsi mətndəki istinaddan sonra mötərizədə göstərilir. İstinad olunan ədəbiyyat nəşr olunduğu dildə verilir.

Məqalənin sonunda onun yazıldığı dildən başqa iki dildə (Azərbaycan dilində yazılmış məqalələrə rus və ingilis dillərində, rus dilində yazılmış məqalələrə isə Azərbaycan və ingilis dillərində) xülasə verilir.

Konfransın materialları əsasında məqalələr toplusu nəşr olunacaq.

Əlaqə telefonu: (012) 492-65-52

                                             Elmi təşkilat ve beynəlxalq əlaqələr şöbəsi

© Copyright 2005-2013 The Academy of Public Administration