AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Oktyabr 01 , 2020, Cümə axşamı - 15:00

Elanlar
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası 2020-ci il üçün aşağıdakı ixtisaslar üzrə doktorantura və dissertanturaya (fəlsəfə doktoru proqramı üzrə) qəbul elan edir
Sen 04 , 2020 - 12:02

E L A N 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası 2020-ci il üçün aşağıdakı ixtisaslar üzrə doktorantura və dissertanturaya (fəlsəfə doktoru proqramı üzrə) qəbul elan edir

 

Doktorantura

Elm sahələri və ixtisaslar

 

Şifrələr

Cəmi

Büdcə hesabına

Ödənişli əsaslarla

əyani

qiyabi

əyani

qiyabi

SİYASİ ELMLƏR:

59

   

 

 

 

Beynəlxalq münasibətlər

5901.01

2

1

      -

-

1

Davamlı inkişafın idarə edilməsi

5902.17

2

1

-

-

1

Siyasi institutlar və sistemlər

5904.01

3

1

-

-

2

Siyasi nəzəriyyə

5908.01

1

1

-

-

-

Dövlət idarəçiliyi

5909.01

3

1

-

-

2

TARİX:

55

 

 

 

 

 

Beynəlxalq münasibətlər tarixi

5507.01

1

1

-

-

-

 

Dissertantura

Elm sahələri və ixtisaslar

 

Şifrələr

Cəmi

Ödənişli əsaslarla

SİYASİ ELMLƏR:

59

 

 

Beynəlxalq münasibətlər

5901.01

1

1

Davamlı inkişafın idarə edilməsi

5902.17

1

1

Siyasi institutlar və sistemlər

5904.01

1

1

Siyasi nəzəriyyə

5908.01

1

1

Dövlət idarəçiliyi

5909.01

1

1

Qəbul qaydaları

  1. 1.      Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş plan üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar. Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq hüququna ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan elmi və elmi-pedaqoji kadrlar malikdirlər. Dissertant kimi təhkim olunmaq istəyən şəxslər, bir qayda olaraq, azı iki il elmi və ya elmi-pedaqoji iş stajına malik olmalıdırlar.
  2. 2.      Doktorantura və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

-          rektorun adına ərizə;

-          kadrların şəxsi-qeydiyyat vərəqi;

-          tərcümeyi-hal;

-          2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

-          iş yerindən xasiyyətnamə;

-          iş stajı olanlar üçün əmək kitabçasından çıxarış (doktoranturaya istehsalatdan ayrılmaqla qəbul olunan şəxslərin əmək kitabçası doktoranturaya təqdim edilir);

-          çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

-          ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə);

-         şəxsiyyəti təsdiq edən sənədin surəti.

Diplomun əsli, şəxsiyyət vəsiqəsi şəxsən təqdim edilir.

    Referat doktoranturaya sənəd təqdim etmiş şəxsin seçdiyi ixtisasa uyğun olmalı, müvafiq elmi problemlərin ətraflı təhlilini özündə cəmləşdirməli, tədqiqatçının elmi axtarışlarının nəticələrini əks etdirməlidir.

      Qəbul haqqında ərizə və sənədlər 2020-ci il sentyabr ayının 25-dək aşağıda göstərilən ünvana təqdim olunmalıdır:

 

ÜNVAN: Bakı, Lermontov küçəsi 74, Elmi təşkilat və beynəlxalq əlaqələr şöbəsi, otaq 34 

TEL: (012) 492-65-52.

© Copyright 2005-2013 The Academy of Public Administration