AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Avqust 20 , 2017, - 21:54

Ümumi məlumat

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASININ YARADILMASI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Dövlət İdarəçilik sahəsi üçün mütəxəssislər hazırlanması işinin müasir tələblərə uyğun qurulması, onların peşəkarlıq səviyyələrinin artırılması, dövlət idarəçilik sahəsində elmi-tədqiqatların aparılmasının təşkili və həmin sahənin analitik-informasiya təminatının möhkəmləndirilməsi məqsədilə qərara alıram:

1. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutu əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası yaradılsın.

2. Akademiyanın fəaliyyətinə ümumi rəhbərlik və təşkilati məsələlərin  həlli Azərbaycan  Respublikası  Prezidentinin  İcra Aparatına, elmi-metodik rəhbərlik isə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə həvalə olunsun.

3. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Nizamnaməsi təsdiq edilsin.

4. Dövlət İdarəçilik Akademiyasında təhsil prosesi 1999-cu il sentyabrın 1-dən başlansın. 

5. Azərbaycan Respublikasının Təhsil Nazirliyinə tapşırılsın ki, keçmiş BSİPİ-də təhsil alan tələbələrin müvafiq dövlət təhsil müəssisələrinə köçürülməsini təmin etsin.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri 1999-cu il sentyabrın 1-dək həll etsin.

 


Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 3 yanvar 1999-cu il

© Copyright 2005-2013 The Academy of Public Administration