AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
İyun 23 , 2017, Cümə - 21:27

ELMİ TƏŞKİLAT ŞÖBƏSİ

 

Elmi təşkilat şöbəsi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının struktur bölməsidir. Şöbə elmi-tədqiqat işlərinin planlaşdırılması, əlaqələndirilməsi və onların yerinə yetirilməsi prosesini təşkil və ona  nəzarət edir, birgə elmi tədqiqat layihələrinin hazırlanması məqsədi ilə yerli və beynəlxalq elmi mərkəzlər,  tədris müəssisələri ilə əlaqələr qurur, yerli və xarici mütəxəssislərin iştirakı ilə elmi-praktiki konfranslar, simpoziumlar, elmi-metodiki seminarlar təşkil edir, həmçinin doktorantura səviyyəsində elmi kadrların hazırlanması, o cümlədən doktoranturaya qəbulu, doktorant və dissertantlarla işi  həyata keçirir. Şöbə fəaliyyətində mövcud qanunvericiliyi, normativ-hüquqi aktları,  Akademiyanın Böyük Elmi Şurasının qərarlarını, Akademiyanın Nizamnaməsi və şöbənin Əsasnaməsini rəhbər tutur.

Elmi təşkilat şöbəsi dövlət idarəçiliyi sahəsində müasir dünya elminin prioritet istiqamətlərini analiz edərək Akademiyanın elmi fəaliyyətini planlaşdırır, əlaqələndirir və təşkil edir. Rektorun rəhbərliyi altında şöbə, Akademiya üçün elmi istiqamətlər, problem və mövzuların kafedra, elmi-tədqiqat institutları tərəfindən vaxtında formalaşdırılaraq  yerinə yetirilməsinə nəzarət edir. Şöbə ilin sonunda kafedra və elmi-tədqiqat institutları tərəfindən təqdim olunmuş hesabatlar əsasında Akademiyanın illik elmi hesabatını hazırlayır, elmi-tədqiqat işlərinin AMEA-nın Elmi-İnnovasiya Mərkəzində dövlət qeydiyyatından keçirilməsi prosesini təşkil edir.

Elmi təşkilat şöbəsi doktoranturaya qəbulu həyata keçirir, doktorantlarla çari işlər aparır, doktorant və dissertantların dissertasiya mövzularının və elmi rəhbərlərinin təsdiq edilməsi, mövzularının Problem Şuralarında qeydiyyata alınması prosesinə nəzarət edir,  əyani şöbənin I kurs doktorantları üçün məşgələlər təşkil edir. Eyni zamanda şöbə doktorluq minimum imtahanlarının keçirilməsini təşkil edir, imtahan komissiyalarının tərkibini formalaşdırır, doktorant və dissertantların  attestasiyadan keçmələrinə nəzarət edir. Şöbə ildə bir dəfə doktorant və dissertanların elmi-praktiki konfransını keçirir və konfrans materiallarını çap etdirir.

Elmi təşkilat şöbəsi xarici elm və tədris müəssisələri ilə qarşılıqlı əlaqələr qurur, xarici tərəfdaşlarla əməkdaşlıq haqqında razılaşmaların layihələrini hazırlayır, beynəlxalq elmi-praktiki konfrasların, simpozium və seminarların keçrilməsini təşkil edir. Həmçinin şöbə Akademiya əməkdaşlarının xarici ali məktəblərdə təcrübə keçmək və təcrübə mübadiləsi aparmaq üçün ikitərəfli mübadilə proqramlarında (Mevlana, Erasmus Mundus” Qrant proqramı  çərçivəsində elan edilmiş Backis və Humeria layihə proqramları və s.) iştirakını təşkil edir, əməkdaşların yerli və beynəlxalq elmi Qrant layihələrində iştirakını və müvafiq qurumlarla əlaqəni təmin edir. Elmi-təşkilat şöbəsinin rəhbəri  - Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Rəcəb Zakir oğlu Rəhimlidir.

Telefon- (994 012)492-65-52
E-mail- sod@dia.org.az

 

STRUKTUR

 

© Copyright 2005-2013 The Academy of Public Administration