AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Oktyabr 17 , 2017, Çərşənbə - 13:36

FƏLSƏFƏ VƏ SOSİAL PSİXOLOGİYA KAFEDRASI

 

 

 "Fəlsəfə və sosial psixologiya"  kafedrasınin müdiri -

 Fəlsəfə elmləri doktoru

professor Etibar Əli oğlu Nəcəfov

"Fəlsəfə və sosial psixologiya" kafedrası əvvəllər Bakı Ali Partiya məktəbində və Bakı sosial idarəetmə və politologiya institutunda fəaliyyət göstərmiş fəlsəfə və sosiologiya kafedralarının bazasında yaradılmışdır.

Kafedranın müəllimləri Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının İxtisasının Artırılması İnstitutunda, «Siyasi idarəetmə», «İnzibati idarəetmə» fakültələrində aşağıdakı fənlərin tədris edirlər: «Fəlsəfə», «Siyasi fəlsəfə»,«Psixologiya», «Məntiq. Arqumentasiya nəzəriyyəsi», «Sosiologiya», «Davamlı insan inkişafı»,«İnsan inkişafı»,«Sosial siyasət», «Siyasi sosiologiya»,«Siyasi psixologiya», «Psixologiya», «Azərbaycanın ictimai-siyasi fikir tarixi», «İdarəetmə sosiologiyası»,«İdarəetmə sosiologiyası» və «İctimai elmlərdə akademik yazı».

Hər tədris ilində kafedra üzrə bakalavriatura və magistraturada tədris olunan fənlər üzrə sillabuslar, mövzu planları, seminar planları, imtahan sualları tərtib olunir və kafedra iclaslarında təsdiqlənir.

Kafedranın professor-müəllim heyəti 2014-2016-cı illər üzrə «Davamlı insan inkişafı – müasir dövrün inkişafının paradiqması kimi» mövzusunda elmi-tədqiqat işi aparır.

Kafedra iclaslarında tədris-metodiki məsələlər mütəmadi müzakirə olunur. Bu məsələlər kafedranın iş planında, müəllimlərin fərdi planlarında öz əksini tapmışdır.

Kafedranın əməkdaşları Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının İxtisasının Artırılması İnstitutunda keçirilən qısamüddətli kursların təşkil olunmasında fəal iştirak edirlər. Kafedranın müəllimləri Akademiyanın «Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə» jurnalında idarəetmənin müxtəlif məsələlərinə dair mövzularla müntəzəm olaraq maraqlı elmi məqalələrlə çıxış edirlər.

Kafedrada aparıcı təşkilat kimi müntəzəm olaraq doktorluq dissertasiyaları müzakirə edilir və onlara rəy verilir. Kafedranın müəllimləri akademiyada fəaliyyət göstərən kafedralararası metodoloji seminarın işində fəal iştirak edir və məruzələrlə çıxış edirlər.

Kafedranın müəllimləri akademiyanın ictimai həyatında fəal iştirak edir, rektorluğun tapşırıq və göstərişlərini icra edirlər.

 

Kafedranın əməkdaşları:
N Soyadı Adı Atasının adı Vəzifəsi
1 Nəcəfov Etibar Əli oğlu Kafedra müdiri
2 Əliyev Sakit Hacalı oğlu Dosent
3 Quliyev Rüfət Məmmədhüseyn oğlu Dosent
4 Haqverdiyev Bayram Yusif oğlu Dosent
5 Abdullayeva Şəfahət Yusif qızı Dosent əvəzi
6 Cahangirli Cahangir Xanoğlan oğlu Müəllim
7 Şirinov Samir Məmməd oğlu Laborant

 

Telefon- (994 012)492-89-83
E-mail- dip@dia.org.az

 

STRUKTUR
© Copyright 2005-2013 The Academy of Public Administration