AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
İyun 23 , 2017, Cümə - 21:41

Kargüzarlıq şöbəsi

 

 

Kargüzarlıq şöbəsinin müdiri-

Sevil Əliyeva Museyib qızı

Ümumi şöbə Akademiyanın inzibati-idarəçilik strukturunun əsas aparıcı şöbələrindən biridir.

Ümumi şöbə öz fəaliyyətində aidiyyəti qanunlar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, Təhsil Nazirliyinin normativ aktları, «Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması» qaydaları, Akademiyanın Nizamnaməsi əsasında fəaliyyət göstərir.

Umumi şöbəyə operativ rəhbərliyi müdir həyata keçirir və şöbənin fəaliyyətini təşkil edir.

Şöbə aşağıdakı funksiyaları həyata keçirir:

- Akademiyanın struktur bölmələrində kargüzarlıq işlərinin aparılması üzərində metodik rəhbərliyi həyata keçirir, kargüzarlıq sisteminin təkmilləşdirilməsi üçün təkliflər işləyib hazırlayır, onun tətbiqini təşkil edir;

-   Akademiyaya daxil olmuş Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarını Milli Məclisin sənədlərinin, Nazirlər Kabineti və müvafiq İcra Hakimiyyəti orqanlarının qərar və sərəncamlarının uçota alınmasını və saxlanmasım təmin edir;

-  Yuxan orqanların qərarları, sərəncamları, əmrləri və Akademiyamn inzibati-təsərrüfat xidmətinə dair metodik, normativ və başqa göstərici materialları ilə rektoru tanış edir və onun göstərişi əsasında aidıyyatı bölmələrə çatdırır;

-  Akademiyaya ünvanlanmış xidməti sənədləri, vətəndaşların müraciətləri və başqa korrespondensiyaları qəbul edir, qeydiyyatdan keçirir, sonra tanış olması üçün rektora təqdim edir;

-    Rektorun dərkənarına uyğun olaraq həmin sənədlərlə müvafıq struktur bölmələrin rəhbərlərini tanış edir və onları icraçılara çatdırır;

-  Sənədlərin vaxtında və düzgün tərlib edilməsinə, rəsmiləşdirilməsinə və göndərilməsinə nəzarət edir;

-  Xidməti sənədlərin çap olunmasını və çoxaldılmasını təşkil edir;

-  Əmr və Sərəncamların layihələrinin müvafıq normativ aktlara, yuxarı təşkilatların göstərişlərinə uyğun olub-olmadığını yoxlayır və sonra çapa verir;

-  Qanun səciyyəli sənədlərin işlənib hazırlanmasında iştirak edir;

-  Əmr, məktub və digər xidməti sənədlərin layihələrinin müvafiq qanunlara uyğunluğunu yoxlayıb rəy və təkliflərini verir;

-  Müvafıq İcra Hakimiyyəti orqanlarının məktub və sorğularına əsaslandırılmış cavabların hazırlanmasında iştirak edir;

-  Akademiya tərəfindən verilən irad və iddiaları hazırlayır;

-  Hüquq-mühafızə orqanlarında Akademiyanın qanuni nümayəndəsi kimi iştirak edir və onun qanuni mənafeyini müdafıə edir;

-   Qüvvədə olan qanunlara və digər hüquqi aktlara dəyişiklik və əlavələr olunduqda Akademiyanın strukturlarını həmin dəyişikliklərlə ta­nış edir;

-  Dövlət İdarəçilik Akademiyasının arxivi haqqında əsasnaməyə əsasən arxiv işlərini təşkil edir, struktur bölmələrə sənədlərin düzgün formalaşdırılması, onların saxlanma müddətlərinin müəyyən edilməsi və arxivə lazımi səviyyədə sənədlərin təhvil verilməsi üçün praktiki kömək göstərir;

-  Sənədlərin saxlanma müddətlərini müəyyən etmək və məhv etmək üçün ayırmaq işini həyata keçirmək məqsədilə Akademiyada daimi Ekspert Komissiyası fəaliyyət göstərir;

-  Ekspert Komissiyası öz işində «Milli arxiv fondu haqqında» Azərbaycan Respublikası Qanununu və idarələrində kargüzarlığın təşkili üzrə nümunəvi təlimatın əsas müddəalarını, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin təlimat və göstərişlərini, həmin siyahını, idarə sistemi üzrə yuxarı orqanların normativ sənədlərini və sərəncamlarını əldə rəhbər tutur;

Kargüzarlıqda başa çatmış sənədləri, materialları və qeydiyyat kitablarını hazırlayıb Akademiyanın arxivinə təhvil verir və şöbədə xidməti sənədlərin mühafizəsini təmin edir.

 

Telefon- (994 012)492-54-22
E-mail- genoffice@dia.org.az

 

STRUKTUR

 

 

© Copyright 2005-2013 The Academy of Public Administration