AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Avqust 05 , 2020, Çərşənbə axşamı - 11:12

Əlavə ali təhsil

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəcilik

Akademiyası 2020/2021-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə təkrar ali təhsil almaq üçün qiyabi şöbəyə

 sənəd qəbulu elan edir

 

1.     Dövlət və bələdiyyə idarəetməsi

2.     Menecment

3.     Beynəlxalq münasibətlər

4.     Politologiya

 

Tədris distant və ya qiyabi  formalarda (ödənişli əsaslarla) təşkil  edilir.

Təkrar ali təhsil müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla (iş stajı 1 ildən az olmayaraq)  Dövlət İdarəçilik Akademiyası arasında  bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir.

          Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

 

-         Rektorun adına ərizə ;

-         göndəriş-zəmanət məktubu (məktubun  əsli poçtla və ya şəxsən təqdim edilir)

-         əmək kitabçasının surəti ( hal-hazırda işləməsi göstərilmək şərti ilə)

-         ali təhsil haqqında sənədin diplom və diploma əlavənin notarial qaydada təsdiqlənmiş surətləri;

-         sağlamlıq haqqında arayış;

-         şəxsiyyəti təsdiq edən sənəd

-         3x4 sm ölçüdə 4 ədəd fotoşəkil

 

  Xarici ölkələrdə  ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan  Respublikası Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra DİA-da təkrar ali təhsil ala bilərlər.   

 Təqdim olunan  sənədlər müvafiq tələblərə cavab verdiyi halda iddiaçılar  təkrar ali təhsil almaq  hüququnu  qazanırlar. 

      Qəbul  zamanı  dövlət  orqanlarının tövsiyyə məktubu ilə gələn şəxslərə üstünlük verilir. 

Sənədlərin qəbulu 2020-ci il  iyun ayının  1-dən hər gün (şənbə və digər istirahət günlərindən başqa) saat 10.00-dan 17.00-dək  Akademiyanın   inzibati-tədris  binasında (1-ci mərtəbə, 23 nömrəli otaq) və elektron formada aparılacaq (qeydiyyat).

 

Ünvan:   Bakı, Lermontov küç., 74   

Telefon:    492-66-19   

                                                           Rektorluq   

 

© Copyright 2005-2013 The Academy of Public Administration