AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
May 25 , 2017, Cümə axşamı - 03:51

REGİONAL İQTİSADİ VƏ SOSİAL ARAŞDIRMALAR İNSTİTUTU

 

 

Institutun direktoru-

Professor Nuriyev Əli Xudu oğlu

Regional iqtisadi və sosial araşdırmalar institutu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında əsas elmi-tədqiqat strukturlarından biridir. İnstituta AMEA-nın müxbir üzvü, i.e.d., professor Ə.X.Nuriyev rəhbərlik edir. Bu institut 2002-ci ilin oktyabr ayından Dövlət İdarəçilik Akademiyasında AMEA-nın müxbir üzvü, i.e.d., professor Ə.X.Nuriyevin rəhbərliyi altında yaranıb 2012-ci ilin iyul ayınadək fəaaliyyət göstərmiş Geostrateji Araşdırmalar Mərkəzinin yenidən qurulması nəticəsində yaranmışdır.

İnstitutun elmi-tədqiqat fəaliyyətinin əsas istiqamətini qloballaşma və modernləşmə proseslərini nəzərə almaqla dövlətlərarası coğrafi-iqtisadi rayonlarda və Respublika daxili regionlarda Azərbaycan Respublikasının sosial-iqtisadi mənafeyinin, dövlətin regional sosail-iqtisadi inkişaf siyasəti və strategiyasının reallaşması, regional iqtisadi təhlükəsizliyin təmin edilməsi yolları və vasitələrinin araşdırılması təşkil edir.

İnstitutun əsas məqsədi dünyada gedən qloballaşma və modernləşmə proseslərini nəzərə almaqla, Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı siyasəti, regionların davamlı, tarazlı inkişafı problemləri, regional təhlükəsizlik məsələləri üzrə nəzəri və tətbiqi xarakterli tədqiqatlar aparmaq əsasında dövlət regional siyasətinin müəyyənləşməsi və işlənib hazırlanması üçün yardımçı ola biləcək elmi-konseptual, analitik-informasiya xarakterli materiallar hazırlamaq və proqnozlar verməkdir.

Buna ehtiyac olan hallarda hazırlanmış materiallar müvafiq rəsmi orqanlara təqdim edilir. İnstitutun əməkdaşları öz tədqiqatlarının nəticələr üzrə elmi konfrans, dəyirmi masa, nəzəri seminar təşkil edir. Dövlət İdarəçilik Akademiyasında, digər elm və təhsil müəssisələrində  keçirilən müvafiq tədbirlərdə iştirak edir.

İnstitut öz əməkdaşlarının cəlb olunması və təqdim etdiyi analitik informasiyalarla ölkənin regional inkişaf siyasətinin hazırlanmasında, Azərbaycan Regionlarının dünya iqtisadiyyatına inteqrasiyası yollarının  əsaslandırılmasında, elmi biliklərin təbliğində iştirak edir, Azərbaycan regionlarının hərtərəfli inkişafına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə xidmət göstərir.

İnstitutda 2011-2013-cü ilərdə “Azərbaycanın uzunmüddətli sosial-iqtisadi inkişaf strategiyası və onun reallaşması mexanizmləri” mövzusu tədqiq olunmuşdur. Tədqiqatda Azərbaycanın daxil olduğu yeni dövrün xüsusiyyətləri açıqlanmış, Azərbaycanın uzunmüddətli sosial-iqtisadi inkişaf strategiyasının əsas konturları ümumilikdə və beşilliklər üzrə müəyyənləşdirilmişdir. İnstitut 2014-cü ildən başlayaraq  Azərbaycan regionlarının davamlı inkişafı və idarə olunmasının təkmilləşməsi problemi üzrə “Davamlı regional inkişaf və əmək potensilından səmərəli istifadənin konseptual əsasları” mövzusu üzərində işləyir. Mövzunun tədqiqinin 2016-cı ildə başa çatması nəzərdə tutulur.

İnstitutun kollektivi 5 nəfərdən ibarətdir.

Şöbənin əməkdaşları
N Adı, soyadı və atasının adı Tutduğu vəzifə Elmi dərəcəsi Kitab və məqalələri Tədris-tədqiqat sahələri İştirak etdiyi beynəlxalq konfranslar
1  Nuriyev Əli Xudu oğlu         Institutun direktoru    AMEA-nın müxbir üzvü, i.e.d., prof. 16 monoqrafiya və kitabça, 10 şərikli monoqrafiya, 220 məqalə və konfrans materialı 

Regional siyasət və idarəetmə, Dövlət idarəçiliyi İnzibati ərazi bölgüsü, iqtisadi rayonlaşma və ərazi idarəetmənin kompleks təkmilləşməsi,ərazi istehsal kompleksinin formalaşması, məhsuldar qüvvələrin yerləşməsinin təkmilləşməsi, Respublikanın müasir regional inkişaf strategiyası, regional siyasət və davamlı inkişafın aktual problemləri 

 75 elmi-praktiki konfransda, o cümlədən 12 beynəlxalq konfransda məruzə etmişdir
2  Həsənov Murtəza   Baş elmi işçi  s.e.f.d.  5 kitab, 50 məqalə  Dövlət idarəçiliyi  10
 Kərimli Eyyub   Aparıcı elmi işçi    

1 kitab

8 məqalə
 Dövlət idarəçiliyi və dövlət qulluğu  
 4  Nuriyeva  Nüşabə   Kiçik elmi işçi    17 məqalə  Dövlət idarəçiliyi və menecment  3
 Qaybalıyeva Nairə   Mütəxəssis        

 

Telefon- (994 012)492-89-31
E-mail- regec@dia.org.az

 

STRUKTUR

© Copyright 2005-2013 The Academy of Public Administration