AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Oktyabr 17 , 2017, Çərşənbə - 13:33

Həmkarlar İttifaqı Komitəsi

Dövlət İdarəçilik Akademiyası Həmkarlar İttifaqı Komitəsi

Həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və Qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Həmkarlar İttifaqı Komitəsinin fəaliyyəti nizamlayan Azərbaycan Respublikasının Konstitusiyası, Həmkarlar İttifaqları haqqında Azərbaycan Respublikasının qanunu, Dövlət İdarələri və İçtimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsininn Nizamnaməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Həmkarlar İttifaqı Komitəsinin əsasnaməsi, Azərbaycan Respublikasının həmkarlar ittifaqlarının fəaliyyətinə aid olan başqa qanunvericilik aktlarıdır.

Dövlət İdarəçilik Akademiyası Həmkarlar İttifaqı Komitəsi üzvlərin əmək, sosial-iqtisadi hüquq və mənafelərinin təmsil və müdafiə edən təşkilatdır.

Ayda bir dəfədən gec olmayaraq toplanan İdarə heyətinin iclasında  Akademiyanın həyatının ən müxtəlif problemləri müzakirə predmeti olur. Rüblük və illik hesabatlar xüsusi hazılanan büllütenlərdə çap olunaraq yayımlanır.

Akademiyanın Həmkarlar İttifaqı Komitəsi dövlətçiliyimizin, müstəqilliyimizin möhkəmləndirilməsi və inkişafı yolunda  öz bilik və bacarığını əsirgəməyən əməkdaşların hüquqlarının qorunmaqla yanaşı, onların problemlərinə qayğı ilə yanaşır, burada çalışan və təhsil alan hər bir şəxsin probleminin müsbət həlli üçün ciddi səy göstərir. 

Respublikamızda dövlət idarəçiliyi sahəsində yeganə elmi-tədqiqat və təhsil mərkəzi olan Akademiya bu illər ərzində qarşısında duran əsas vəzifəni-dövlətimiz üçün müasir təfəkkürlü gənclərdən ibarət dövlət strukturlarını dövrün, zamanın tələbləri səviyyəsində idarə edə biləcək mütəxəssis kadrlar hazırlamaq, mövcud kadrların və dövlət qulluqçularının ixtisaslarının artırılması istiqamətində əməli işlər görmüş, bir sıra müvəffəqiyyətlər qazanmış, beynəlxalq aləmdə tanınmaq istiqamətində xeyli irəliləyişlərə nail olmuşdur. Akademiyanın yaradılması dövlətimizin möhkəmlənməsi və elmi əsaslarla idarəedilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Təhsillə yanaşı, Akademiyada professor-müəllim heyəti və tələbələr üçün müntəzəm olaraq mədəni kütləvi tədbirlərin keçirilməsi akademiyanın canlı həyatının maraqlı keçməsinin nümunəsidir.

Təşkilatın əsas vəzifələrinə tələbələrin sosial problemlərinin həlli istiqamətində işin aparılması ölkəmizdə baş verən sosial-iqtisadi, mədəni  hadisələr haqqında tələbələrə məlumat verilməsi, tələbələr arasında maarifləndirmə işinin aparılması həmkarlarla bağlı konfransların, seminarların və treyniqlərin keçirilməsidir.

Təbiidir ki, cəmiyyətdə gənclərin fəallığının artırılması istiqamətində həmkarlar təşkilatlarının rolunun artırılması istiqamətində çox işlər görmək lazım gəlir. Hər bir cəmiyyətdə gənclər aparıcı qüvvə olublar. Bu qüvvədən səmərəli istifadə etmək üçün xüsusi proqramlar hazırlanmalı və həyata keçirilməlidir. Akademiyada illik iş planına uyğun olaraq bu tədbirlərin həyata keçirilməsi hədəf kimi qarşıya qoyulmuşdur.

Tələbələrarası İntellektual yarışların keçirilməsi, asudə vaxtının səmərəli təşkil edilməsi, idman yarışları, ekskursiyaların təşkili fəallığı təmin edən amilllərdəndir.

Təcrübə göstərir ki, məhz bu tədbirlər gənclərin Həmkarlar Təşkilatlarına üzv olmalarına və sıralarının artmasına səbəb olur.

© Copyright 2005-2013 The Academy of Public Administration