AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Avqust 19 , 2017, Şənbə - 15:32

TARİX KAFEDRASI

 

 

 Tarix kafedrasınin müdiri -

 tarix üzrə fəlsəfə  doktoru,

dosent  Əhmədova Firdovsiyyə Firdovsi qızı

 

 

“Tarix” kafedrası Dövlət İdarəçilik Akademiyasının yaradılması ilə fəaliyyətə başlayan kafedralardandır. İlk gündən kafedraya Akademiyanın rektoru, tarix elmləri doktoru, professor, əməkdar elm xadimi Seyfəddin Qəndilov rəhbərlik etmişdir. Akademiyanın təyinatına uyğun olaraq hazırlanan mütəxəssislər üçün kafedrada “Azərbaycan tarixi”, “Azərbaycanın dövlətçilik tarixi”, “Azərbaycanın diplomatiya tarixi”, “Türk xalqları tarixi”, “Beynəlxalq münasibətlər tarixi”, “Asiya və Afrika ölkələrinin tarixi”, “Avropa və Amerika ölkələrinin tarixi”, “İdarəçilik mədəniyyəti” kimi fənlər müvafiq sahələr üzrə məqsədyönlü məzmunda tədris olunur. Azərbaycanla bağlı fənlərin tədrisində qədim və zəngin Azərbaycan dövlətçiliyinin, dövlət idarəçiliyi sahəsində tarixi təcrübənin öyrədilməsinə başlıca yer verilir. Tədris prosesinə fənlər üzrə ixtisaslaşmış və müəyyən təcrübə toplamış müəllimlər cəlb olunmuşdur. Kafedra müəllimləri Akademiyanın Siyasi idarəetmə, İnzibati idarəetmə fakültələrində və Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının İxtisasının Artırılması İnstitutunda  dərs deyirlər. Hazırda kafedrada 13 əməkdaş- 4 elmlər doktoru, 6 fəlsəfə doktoru, 1 müəllim, 1 kabinet müdiri və 1 laborant fəaliyyət göstərir.                                                         

Hazırda kafedraya  dosent Firdovsiyyə Əhmədova rəhbərlik edir. Kafedra müdiri Firdovsiyyə Əhmədova, professor Fuad Məmmədov, professor Musa Quliyev kafedranı Akademiyanın Böyük Elmi Şurasında  təmsil edirlər. Kafedranın professoru Musa Quliyev həm də rektorun doktorantura üzrə müşaviridir.

Kafedranın əməkdaşları:
N Soyadı Adı Atasının adı Vəzifəsi
1

Əhmədova Firdovsiyyə Firdovsi qızı

Kafedra müdiri
2

Fuad Teyyub oğlu Məmmədov

Professor
3

Havva Məmmədova İsa qızı

Professor
4 Quluzadə Musa Nizam oğlu Professor
5 Bayramova Rəna Maarif qızı
Professor
6 Süleymanova Sevda Yunis qızı Professor
7 Dosent
8

Şapi YaqizarovNikolayevic

Dosent
9 Doktorant
 

 

 

 

Telefon- (994 012)492-32-17
E-mail- tarix19@rambler.ru

 

STRUKTUR

© Copyright 2005-2013 The Academy of Public Administration