AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Oktyabr 17 , 2017, Çərşənbə - 13:31

BÖYÜK ELMİ ŞURA

 

 

 BÖYÜK ELMI ŞURASININ ELMI KATIBI

FƏLSƏFƏ ÜZRƏ FƏLSƏFƏ DOKTORU,

DOSENT SAKIT HACALI OĞLU ƏLIYEVDIR

Dövlət İdarəçilik Akademiyasının Böyük Elmi Şurası DİA- nın Nizamnaməsi və böyük Elmi Şuranın Əsasnaməsi əsasında fəaliyyət göstərir. Böyük Elmi Şura 18 sentyabr 2000- ci il tarixdə Akademiyanın Nizamnaməsinə uyğun olaraq rektorun verdiyi əmr əsasında 41 nəfərdən ibarət tərkibdə yaradılmışdır, hazırda Böyük Elmi Şuranın tərkibi 43 nəfərdən ibarətdir. Böyük Elmi Şura öz fəaliyyətini hər tədris ilinin əvvəlində təsdiq edilmiş illik iş planı əsasında həyata keçirir. İş planında müvafiq tədris ilində Böyük Elmi Şuranın müzakirəsinə verilən məsələlər öz əksini tapır. Bu məsələlər akademiyanın həyatının bütün sahələrini əhatə edir. Böyük Elmi Şuarnın iş planı ilk iclasda müzakirə edilərək qəbul olunur və rektor tərəfindən təsdiq olinur.

Hər tədris illində Böyük Elmi Şuranın iclaslarında Akademiyaya tələbə qəbulunun yekunları, Akademiyada elmi və elmi- metodik seminarların təşkili, keçirilməsi nəzərdə tutulan yerli və beynəlxalq konfransların təsdiqi, imtahan sessiyalarının keçirilməsinə hazırlıq işləri və sessiyaların yekunları, Akademiyanın elmi- tədqiqat işlərinə hazırlıq işləri və yekunları, dərslik, dərs vəsaitləri və tədris proqramlarının hazırlanması, məsələləri, buraxılış işlərinin və magistr dissertasiyalarının hazırlıq işləri, müdafiələrin təşkili və yekunları kimi məsələlər müzakirə olunur və müvafiq qərarlar qəbul olunur.

Böyük Elmi Şura vaxtaşırı fakültələrin , kafedraların və Akademiyanın digər struktur bölmələrinin tədris, elmi- tədqiqat və tərbiyə işləri haqqında hesabatlarını dinləyir. Böyük Elmi Şura DİA- nın əməkdaşlarına professor, dosent elmi adlarının,eləcə də respublikanın fəxri ad və mükafatlarının, orden və medallarının verilməsini təqdim edir,dekanları, kafedramüdirlərini, professorları, dosentləri, baş müəllimləri seçir.

Böyük Elmi Şuranın işini təşkil etmək, iclasları hazırlamaq və çıxarılan qərarların həyata keçirilməsinə nəzarət etmək məqsədilə Şura üzvləri içərisindən elmi katib seçilir.

Telefon- (994 012)492-76- 03
E-mail- elmikatib55@mail.ru

 

STRUKTUR

 

© Copyright 2005-2013 The Academy of Public Administration