E L A N Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası bu vakant vəzifəni tutmaq üçün müsabiqə elan edir
Dillər kafedrasının müdiri -
|
Kafedra haqqında məlumat Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dillər kafedrası 1999-cu ildən fəaliyyət göstərir. Dillər kafedrasında bütün ixtisaslarda Azərbaycan dili və nitq mədəniyyəti, rus, ingilis, alman, fransız və çin dilləri tədris olunur. Kafedra tərəfindən xarici dilin tədrisində dünya təcrübəsinə istinadən innovativ metodlardan geniş istifadə edilir. Bu yolla dərslərin keyfiyyətini yüksəltməklə yanaşı tələbələrin dərs prosesində aktivliyini artırmaq, idraki fəaliyyətlərinin inkişafına nail olmaları üçün idraki təfəkkürün inkişafını ön plana çəkirlər. Müəllimlər tələbələrin dili yaxşı qavramaları üçün ayrı-ayrı dil vahidləri üzərində geniş müşahidələrə istiqaməti verərək tələbələri yaradıcı axtarışa həvəsləndirir, linqvistik bilik, bacarıq və vərdişlərin əldə edilməsində daim yardımçı olurlar. Tələbələrin imtahanlarda yaxşı nəticə əldə etmələri üçün yüksək bilik aşılayırlar. Kafedrada çalışan müəllimlər,işlərinə məsuliyyətlə yanaşır, tədrisin müxtəlif istiqamətləri üzrə elmi məqalələr, dərs vəsaitləri, yeni proqramlar tərtib edirlər. Bundan başqa kafedrada tədris olunan dilləri 2 nəfər elmlər doktoru, professor; 12 nəfər filologiya üzrə fəlsəfə doktoru; dosent; 5 nəfər baş müəllim, 6 nəfər isə müəllim tədris edir. Dilin tədrisi üçün kafedranın müəllimləri müxtəlif dil qurumları ilə, o cümlədən səfirliklərlə və beynəlxalq təşkilatlarla yaxından əlaqə saxlayır və bir çox elmi konfranslarda, simpoziumlarda, dövlət əhəmiyyətli tədbirlərdə fəal iştirak edirlər. Akademiyanın Dillər kafedrasında ilk kafedra müdiri əməkdar müəllim, filologiya elmləri doktoru, professor Akif Əmirxan oğlu Bayramov olmuşdur. Hal-hazırda isə Dillər kafedrasına filologiya üzrə fəlsəfə doktoru, dosent Yusif Mürsəl oğlu Ağayev rəhbərlik edir.
|
Kafedranın əməkdaşları: | ||
N | Soyadı Adı Atasının adı | Vəzifəsi |
1 | Yusif Mürsəl oğlu Ağayev | Kafedra müdiri |
2 | Ziyəddin Həmil oğlu Məhərrəmov | dosent |
3 | Abdülrəhimova Könül Elmar qızı | dosent |
4 | Hüseynova Tamilla Məmməd Rza qızı | müəllim |
5 | Osmanova Məlahət Nazim qızı | dosent |
6 | Əhmədova Lalə Fərman qızı | professor |
7 | Zülfüqarova Fərqanə Sübhan qızı | dosent |
8 | Fərmanova Aynur Ramiz qızı | dosent |
9 | Ömərova Gülsərən Hamlet qızı | Baş müəllim |
10 | Gözəlova Nigar Rəhim qızı | Baş müəllim |
11 | Əhmədova Zemfira Rafik qızı | Baş müəllim |
12 | İsmayılova Solmaz Məmmədəli qızı | Baş müəllim |
13 | Əliyeva Səbinə Arif qızı | Baş müəllim |
14 | Muğanlinskaya Günel Vaqif qızı | Baş müəllim |
15 | Əsədova Adilə Yaqub qızı | dosent |
16 | İsgəndərli Məryam Xaliq qızı | müəllim |
17 | İbrahimova Nabat Fuad qızı | müəllim |
18 | Abdullayeva Çinarə Vaqif qızı | müəllim |
19 | Əsədova İradə Fərhad qızı | müəllim |
20 | Abdurəhmanova Fidan Nizaməddin qızı | dosent |
21 | İsmixanova Gülxanım Tofiq qızı | dosent |
22 | Bədəlova Sevda Hüseynağa qızı | müəllim |
23 | Məmmədov Aydın Əşrəf oğlu | müəllim |
24 | Rzayeva Aygün Əlimusa qızı | müəllim |
25 | Maqsudova Günay İlham qızı | müəllim |
26 | Sadıqova Nərmin Nəvvab qızı | laborant |
Telefon- | (994 012)492-81-14 |
E-mail- | languages@dia.org.az
|
STRUKTUR |