AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Avqust 19 , 2017, Şənbə - 15:28

MALİYYƏ VƏ UÇOT ŞÖBƏSİ

 Azərbaycan Respublikasının Prezidenti yanında  Dövlət İdarəçilik Akademiyasının “Maliyyə və uçot” şöbəsi Akademiyanın əsas struktur bölmələrindən biri olub müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini, uçotun təşkili və aparılmasını həyata keçirir.

Maliyyə və uçot şöbəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Təhsil Nazirliyinin, Maliyyə Nazirliyinin normativ xarakterli aktlarını, Akademiyanın Nizamnaməsini “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ni və bu  əsasnaməni rəhbər tutur. 

“Yeni mühasibat uçotu haqqında”qanuna əsasən Milli mühasibat uçotu  standartlarına keçidlə bağlı ”Maliyyə və uçot” şöbəsi Akademiyada bu işin yenidən qurulmasını təmin edir.

Respublikada İKT-nin inkişafını nəzərə alaraq Akademiyada maliyyə və mühasibatlıq hesabatlarının avtomatlaşdırılması məqsədilə milli mühasibat uçotu standartları əsasında hazırlanmasını və informasiya sistemini tətbiq edir.

Ali təhsil müəssisələrində, o cümlədən, Akademiyada yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı işlərin islahatlara uyğun aparılmasına kömək edir.

Akademiya tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarını mühasibat uçotu hesabında əks etdirir.

Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclər smetasının hazırlanmasını yerinə yetirir.

Maliyyə, hesabat və kredit əməliyyatlarının, Akademiyanın    maliyyə-təsərrüfat fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu  aparır.

İlkin mühasibat sənədlərini, hesablaşmaları və ödəniş öhdəliklərini əmək haqqı fondunun sərf olunmasını, rəhbərliklə birgə vəzifə maaşlarının təyin edilməsini, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşması işlərini yerinə yetirir. Dövlət Sosial Müdafiə Fonduna ayırmaların hesablanıb vaxtında  köçürülməsini təşkil edir.

Rüblük, illik maliyyə hesdabatlarını tərtib edir və Azərbaycan Respublikası Maliyyə və Təhsil Nazirliklərinin müəyyən             etdiyi qaydada və müddətlərdə öz fəaliyyətinin nəticələri barədə aidiyyatı orqanlara hesabat verir.  

 

Telefon- (994 012) 492 34 02   / 492 79 44
E-mail- dia.muhasibat@mail.ru

 

STRUKTUR

 

 

© Copyright 2005-2013 The Academy of Public Administration