AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Noyabr 22 , 2017, Çərşənbə axşamı - 23:03

Rektor
Urxan Kazım oğlu Ələkbərov
Anadan olduğu yer:

Azərbaycan Respublikası, Bakı şəhəri

Təvəllüdü: 28.04.1943
Təhsili: Azərbaycan Dövlət Universiteti, bioloq
Elmi dərəcəsi: Biologiya elmləri doktoru
Elmi rütbəsi: Akademik, Professor
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı:  03.00.15 - Genetika
 Müxbir üzv seçildiyi tarix və ixtisasın adı:  1983, genetika
 Həqiqi üzv seçildiyi tarix və ixtisasın adı:  1989, genetika
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı:   310, o cümlədən 30 kitab
Xaricdə çıxmış elmi əsərlərin sayı:   200
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı:
 20

Əsas fəaliyyət istiqamətləri və elmi nailiyyətləri: 

Ətraf mühitin, onun təbii, iqtisadi, sosial, və siyasi komponentlərini vahid sistem kimi idarə edilməsinin, planlaşdırılması və tənzimlənməsi. Davamlı inkişafın məqsədi olan ekoloji sivilizasiya (EcoCivil) konsepsiyasının müəllifidir. Biomüxtəlifliyin mühafizəsi və genetik sistemlərin davamlığını artırmaq və bu məqsədlə antimutagen, antikartsinogen və geroprotective vasitələrinin aşkar olunması və istifadəsi sahəsində yeni elmi konsepsiyalar. Fəaliyyəti dövründə genofondun mühafizəsi, davamlı və biliyə əsaslanan inkişaf, ekoloji sivilizasiyanın planlaşdırılması, idarə edilməsi və qiymətləndirilməsi istiqamətində aşağıdakı konsepsiyaların müəllifidir.

2011 – "Ekoloji sivilizasiya indeksi" (Yeni əmsaldır. Sivilizasiyanın yeni səviyyəyə - ekoloji sivilizasiyaya hazır olmasını göstərir. Dərc edilib: Proceedings of the Azerbaijan National MaB, UNESCO "Ecological Civilization, Sustainable Development, Environment, 2011, v. 7).

2006 – "Ətraf mühitin inteqral sistem kimi idarə edilməsi" (Ətraf mühitin vahid və təbii, iqtisadi, sosial, siyasi komponentlərdən təşkil olunmuş bir system kimi planlaşdırılmasını və idarə edilməsini nəzərdə tutur. Dərc edilib: Davamlı insan inkişafının əsasları. Bakı, "Təhsil", 2006, Fəsil 1).

1998 - "Beyin axını" əvəzinə "Gen axını" termin və anlayışı.  (Əhalinin daha yüksək bilik və bacarığa malik olan hissəsinin əhəmiyyətli sayda öz ölkələrini həmişəlik tərk etməsinə aiddir. Beyin axını hallarında bu proses müvəqqəti xarakter daşıya bilər. Yeni konsepsiyadır. Dərc edilib: Azerbaijan HDR, 1998, Fəsil 2).

1996 – "Texnoloji geriləmə ilə inkişaf" (Hər hansı inkişaf edən ölkə üçün yeni, lakin qlobal miqyasda inkişaf etmiş ölkələrlə rəqabət aparmaq imkanı yaratmaq qabiliyyətinə malik olmayan texnologiyaların tətbiqi. Gələcəksiz inkişafın bir təzahürüdür və ölkənin sərbəst rəqabət qabiliyyətini məhdudlaşdırır. Dərc edilib:  Azerbaijan HDR, 1998, Fəsil 4).

1995 –  "Ekosivil" (Ekoloji sivilizasiya) davamlı inkişafın məqsədi kimi (Yeni konsepsiyadır, demoqrafik proseslərin və istehlak mədəniyyətinin, o cümlədən yaşıl həyat tərzinə əsaslanan yeni istehlak mədəniyyətinin formalaşmasına əsaslanır. Ekosivilin bir məqsədi də istehlak cəmiyyətindən düşünülmüş istehlak cəmiyyətinə keçməkdir). Konsept və onun detalları müxtəlif kitab və məqalələrdə nəşr edilib).

1992 – Sağlamlıq və ətraf mühitin keyfiyyətini qiymətləndirmək, həmçinin onu idarə etmək üçün yeni sistem. (Yüksək məlumat potensialina malik olan və iqtisadi baxımdan əlverişli, insana yönəlmiş və genetik indikatorlara əsaslanan yeni ekoloji monitorinq sistemidir. Konsept və onun detalları müxtəlif kitab və məqalələrdə nəşr edilib).

1981- Ekoloji təhlükəsizliyi təmin edən yeni kompleks sistem (Texnoloji, komponent və kompensasiya texnologiyalarının kompleks şəkildə istifadəsini nəzərdə tutur. Konsept və onun detalları müxtəlif kitab və məqalələrdə nəşr edilib).

1979 – Genofondun itmə ehtimalının proqnozlaşdırılması və qarşısının alınması. (Genetik aparatın davamlığını qiymətləndirmək vasitəsilə itmə təhlükəsi olan növlərin müəyyən edilməsi. Biomüxtəlifliyin mühafizəsi üçün əhəmiyyətlidir. Patentləşdirilib. Konsept və onun detalları müxtəlif kitab və məqalələrdə nəşr edilib).

Urxan Ələkbərovun elm və inkişafın planlaşdırılması və idarə edilməsinə aid konsepsiya və ideyaları dünyada tanınır və dəstəklənir. Ona istinadlar və ondan sitatlar bir çox beynəlxalq mənbələrdə, o cümlədən "Beynəlxalq lider və seçilmişlərin deyimləri" bölmələrində dərc edilir. Bu mənbələrdə Urxan Ələkbərov "Azərbaycan genetiki və inkişaf üzrə ekspert" kimi təqdim edilir. Onunla yanaşı bu mənbələrdə Xilari Klinton - ABŞ-ın dövlət katibi, Kofi Annan - BMT-nin Baş Katibi,  Andjelina Coli - xeyriyyəçi və Amerika film ulduzu, Ceorcio Armani - İtaliya dizayneri və biznesmeni, Cessika Beyl - Amerika film ulduzu, Eliye Veysel - Nobel Mükafatı Laureatlı və başqa tanınanlar göstərilir. (Bax: http://www.theblukey.org/press/supporters.php, http://www.betterword.net/quotes/refugee-quotes.htm, http://www.artistopia.com, http://children.foreignpolicyblogs.com, http://refugee-stories,blogspot.com/p/undrsirable outcames.html, http://www.stopdatingviolence.org/quotes/refugee-quotes.htm, http://www.amazon.com/Home-Across-Lands..., http://www.mtholke.edu/~pila22d/..., digərləri.

Еlmlər namizədlərinin sayı:   22
Еlmlər doktorlarının sayı:   5

Əsas elmi əsərlərin adları: 

1.Sürdürülebilir İnsani Gelişim ve Ekoloji Sivilizasionun Esasları. Anadolu Universitesi 2014, 128 səh.

2.Davamlı insan inkişafı və ekoloji sivilizasiyanın əsasları. Bakı, “Təhsil” , 2013,  224 səh.

3.Capacity building for transition to ecological civilization. In: Ecological Civilization, Sustainable Development, Environment. Proceedings of the "Man and Biosphere" (MaB, UNESCO) Azerbaijan National Committee, 2010, v.6, p. 5-12.

4.Davamlı insan inkişafının əsasları. Bakı, Təhsil, 2007, 132 s.

5.Inhibitors of mutagenesis and their relevance to carcinogenesis (C. Ramel, B. Ames, T. Kada, L. Wattenberg. Report of International ёExperts Group). Mutation Research, 1986, v. 168, p. 47-65.

6.Антимутагенез: теоретические и практические аспекты. Москва, «Наука», 1984, 105 с.

7.Особенности действия антимутагенов и перспективы их практического применения. В кн. «Успехи современной генетики», Москва, «Наука», 1979, том 8, 40 с. 

Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında çalışması:  BMT-də coordinator (əlaqələndirici), insan inkişafı üzrə müvəkkil, məsləhətçi, təlimçi (Bakı, Nyu York, Vaşinqton, London, Petersburg, Priştina, Duşanbe, Varşava, Kiyev, Vilnus, və b.)
Avropa Yenidənqurma və İnkişaf Bankı. (London). Bankın Prezidenti yanında davamlı inkişaf üzrə  məşvərət şurasının 11 üzvündən biri.
YUNESKO-nun "İnsan və Biosfer" Proqramı üzrə Beynəlxalq Koordinasiya Şurasının üzvü (Paris)
Amerika Sağlamlıq Fondunun koordinator (əlaqələndirici) və dəvət olunmuş alimi (Nyu York)
Ətraf Mühitin Sağlamlığı Beynəlxalq Proqramın Rəhbər Komitəsinin üzvü (Nyu York, Vaşinqton)
Dünya Səhiyyə Təşkilatının Kimya Təhlükəsizliyi Proqramı, qrup rəhbəri (Cenevrə)
Beynəlxalq Həyat İnstitutunun (Paris, Fransa) expert qrupunun 5 üzvündən biri.
Azərbaycan, ABŞ, Birləşmiş Krallıq, Niderland, Turkiyə, Rusiya və Gürcüstanda dərc olunan elmi jurnallar və məcmuələrın redaksiya heyətlərinin üzvü. Həmin ölkələrdə müxtəlif beynəlxalq və xarici elmi cəmiyyət və akademiyaların üzvü. Müxtəlif ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda sədr və dəvət olunmuş məruzəçi (Azərbaycan, ABŞ, Böyük Britaniya, Fransa, Norveç, Yaponiya, Koreya, Rusiya, Turkiyə, İtaliya, Yunanıstan, Almaniya, Sloveniya, Gürcüstan və s.).
Təltif və mükafatlar:  Azərbaycan LKGİ mükafatı laureatı - 1974;
"Əməkdə fərqlənməyə görə" medal - 1980;
"Şərəf nişanı" ordeni - 1986;"Şöhrət ordeni" - 2014.
Pedaqoji fəaliyyəti:  Azərbaycan və xarici ali məktəblərdə, o cümlədən ABŞ (Columbia University, Kansas University, Texas University, Lehigh University, Rutgers University, University of Michigan, Jackson State University, New York University, Mississippi Valley State University, başqaları), Almaniya (Greiswald University), Türkiyə (Gadjitepe University, Chukurova University), İsveçrə (Stockholm University), Rusiya (Mockva Dövlət Universiteti), Gürcustan (Tbilisi State University, Georgian Agrarian Academy), İsrail (Tel Əviv Universiteti), digər ali məktəblərdə məruzə və seminarlar. Gürcüstan Dövlət Aqrar Akademiyasının fəxri doktoru. ADA (Azərbaycan Diplomatik Akademiyasının) təsisçilərindəndir. Orta və ali məktəblər üçün 10 dərslik və dərs vəsaitinin, o cümlədən orta məktəblər üçün dünyada ilk davamlı insan inkişafına həsr olunmuş dərsliyin müəllifidir. Beynəlxalq inkişaf təşkilatlarının rəsmiləri üçün məruzə, seminar və təlimatlar:Avropa Yenidənqurma və İnkişaf Bankı (London), BMT-nin Baş Qərargahı (Nyu York); Dünya Bankı (Vaşinqton), Ətraf mühit üzrə parlament komissiyaları və beynəlxalq şirkətlər (Azərbaycan, Böyük Britaniya, Norveç, Sloveniya, Rusiya, Fransa və s.)
Beynəlxalq inkişaf təşkilatlarının rəsmiləri üçün məruzə, seminar və təlimatlar:  Avropa Yenidənqurma və İnkişaf Bankı (London), BMT-nin Baş Qərargahı (Nyu York); Dünya Bankı (Vaşinqton), Ətraf mühit üzrə parlament komissiyaları və beynəlxalq şirkətlər (Azərbaycan, Böyük Britaniya, Norveç, Sloveniya, Rusiya, Fransa və s.)
İş yeri və ünvanı:  Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Az1001, Bakı şəhəri, Lermontov küç., 74.
Vəzifəsi:   Rektor
Xidməti tel.:   (994 12) 4926529
Fax:   (994 12) 4926515
Elektron poçtu:   rector@dia.org.az
   
 

 

STRUKTUR
© Copyright 2005-2013 The Academy of Public Administration