AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Dekabr 12 , 2017, Çərşənbə - 07:07

Azərbaycan Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının İdarəetmə Bölməsi...

Təhsilin idarə edilməsi və dövlət idarəçiliyi sahəsində aparılan elmi-tədqiqat və elmi-metodiki işlərin, tədris problemlərinin müzakirəsini təşkil etmək və təkmlilləşdirmək məqsədilə Təhsil Nazirinin 771 saylı 08.08.2001-ci il tarixli əmri ilə Dövlət İdarəçilik Aklademiyasının bazasında Respublika Elmi-Metodiki Şurasının İdarəetmə bölməsi yaradılmışdır. Bu müstəqil bölmə respublikamızın müxtəlif elm və təhsil müəssisələrində fəaliyyət göstərən yüksək ixtisaslı idarəetmə mütəxəssislərindən təşkil olunub və ona DİA-nın rektoru rəhbərlik edir. 
İdarəetmə bölməsində təsdiq olunmuş planda nəzərdə tutulmuş dörd istiqamət üzrə iş aparılır:

  1. İdarəetmə üzrə tədris-metodiki işlərin ekspertizasının təşkili və baxılması;
  2. İdarəetmə üzrə tədris olunan fənn proqramlarının ekspertizası, müzakirəsi və çapa tövsiyə olunması;
  3. İdarəetmə ixtisasları üzrə dövlət standartlarına və baza təhsil proqramlarına baxılması və onların bakalavr və magistr hazırlıq səviyyəsinə qoyulan dövlət tələblərinə uyğun olmasının ekspertizası və təsdiq edilməsi;
  4. İdarəetmə fənləri üzrə dərs vəsaitlərinin və dərsliklərin müzakirəsi və onlara çap olunmaq üçün qrif verilməsi.

Bununla yanaşı,  bölmədə idarəüetmə istiqaməti üzrə yeni ixtisasların və yeni şifrələrin açılması, idarəetmə elmləri üzrə aspirantura və müdafiə şurasının yaradılması məsələləri də müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

© Copyright 2005-2013 The Academy of Public Administration