AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Oktyabr 17 , 2017, Çərşənbə - 13:49

Heydər Əliyev Dövlət İdarəçilik Məktəbi

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi

 

Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, dahi Azərbaycanlı, ulu öndər Heydər Əliyevin müasir tariximizin parlaq və silinməz səhifələrini təşkil edən misilsiz xidmətləri olmuşdur. Çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində ümummilli liderimizin şəxsiyyəti, onun siyasi və idarəçilik fəaliyyəti müstəsna yer tutur. Xalqımız tarix boyu arzuladığı milli dövlətçilik amallarını məhz Heydər Əliyev epoxasında gerçəkləşdirərək davamlı müstəqil Azərbaycan dövlətini qura bilmişdir. Müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə,  təbliğinə və tətbiqinə  hələ  uzun illər böyük ehtiyac olacaqdır. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi yaradılmışdır. Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 oktyabr 2012-ci il tarixli, 709 nömrəli Fərmanı ilə təsdiq edilmiş Heydər Əliyev Mərkəzinin Əsasnaməsi ilə müəyyən olunmuş vəzifələrin icrasını təmin etmək, ümummilli liderin siyasi irsi, azərbaycançılıq məfkurəsi və dövlətçilik fəlsəfəsini, onun misilsiz tarixi xidmətlərini tədqiq etmək məqsədi ilə yaradılmışdır.

12 may 2015-ci il tarixində Heydər Əliyev Mərkəzinin dəstəyi ilə Dövlət İdarəçilik Akademiyasında Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbinın açılışı olmuşdur. Açılışda Heydər Əliyev Mərkəzinin və Heydər Əliyev Fondunun  nümayəndələri, Akademiyanın müəllim və tələbələri iştirak etmişlər.

Mərasimdə  iştirak  edən  Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov ümummilli lider Heydər Əliyevin  Azərbaycan dövləti və xalqı qarşısındakı  müstəsna xidmətlərindən, ulu öndərin zəngin siyasi irsinin, dövlət idarəçilik təcrübəsinin əhəmiyyətindən danışıb, dahi rəhbərin ideyalarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.

Anar Ələkbərov Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və  ISESCO-nun   xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım  Əliyevanın Dövlət İdarəçilik  Akademiyasına xüsusi diqqət və qayğı göstərdiyini xatırladıb. O qeyd edib ki, bu Məktəb ali təhsil müəssisəsinin müəllim və tələbə heyətinə araşdırmalar aparmaq, regionlarla bu istiqamətdə tədbirlər təşkil etmək imkanı yaradacaqdır.

Akademiyanın  rektoru, akademik Urxan  Ələkbərov  Heydər  Əliyev Dövlət  İdarəçiliyi  Məktəbinin  yaradılmasında  göstərdiyi dəstəyinə, diqqət  və  qayğısına  görə Heydər Əliyev  Fondunun  prezidenti  Mehriban  Əliyevaya  xüsusi minnətdarlığını bildirib. O, qeyd edib ki, Məktəbdə ümummilli liderin zəngin dövlətçilik təcrübəsi dərindən öyrəniləcək və bu təcrübə idarəçi kadrların hazırlanmasında geniş istifadə olunacaqdır.

Məktəbdə dizaynı, forma və məzmunu ilə fərqlənən ekspozisiyalar təşkil olunmuşdur. Altı  bölmədən ibarət ekspozisiyada ulu öndər Heydər Əliyevin zəngin həyat yolunu, siyasi və dövlətçilik fəaliyyətini əks etdirən fotomateriallar təqdim edilmişdir. İlk bölmədə ümummilli liderin Azərbaycana birinci rəhbərliyi dövründə, ikinci bölmədə Heydər Əliyevin Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu, üçüncü bölmədə ulu öndərin Moskvadan Azərbaycana qayıdışı, Azərbaycan və Naxçıvan parlamentlərinin deputatı, sonra isə muxtar respublikanın Ali Məclisinin sədri olduğu, dördüncü və beşinci bölmələrdə Azərbaycan Respublikasının Prezidenti olduğu vaxtlara dair fotoşəkilləri təqdim edilmişdir. Altıncı bölmədə Heydər Əliyev siyasətinin davamçısı Prezident İlham Əliyevin uğurlu fəaliyyətini əks etdirən fotomateriallar əksini tapmışdır.

Kompüter və müasir texnoloji vasitələrlə, müxtəlif nəşrlərlə təmin olunan Məktəbdə canlı videobağlantılar da yaratmaq mümkündür. Burada ilk olaraq Dövlət İdarəçilik Akademiyası ilə Heydər Əliyev Mərkəzi arasında videoəlaqə yaradılmışdır.

Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbində mütəmadi olaraq açıq mühazirələr dinlənilir və aktual məsələlərə həsr olunmuş tədbirlər keçirilir: 

-         “Milli-mənəvi dəyərlərimiz: varislik və müasirlik” (19 fevral 2015-ci il);

-         Heydər Əliyev Mərkəzinin dəstəyi ilə yaradılan Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbinin açılışı (12 may 2015-ci il);

-         28 May - Respublika Gününə həsr olunmuş “dəyirmi masa” (27 may 2015-ci il);

-         Milli Qurtuluş Gününə həsr olunmuş tədbir (10 iyun 2015-ci il)

-         I kurs tələbələrinin ilk dərsləri: “İnnovativ  inkişaf naminə səmərəli idarəetmə: Azərbaycan Respublikasının nailiyyətləri beynəlxalq təşkilatların hesabatlarında (2003-2014)” (16 sentyabr 2015);

-         Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım tədbiri. (11 dekabr 2015-ci il);

-         Xocalı soyqırımına həsr olunmuş tədbir. (25 fevral 2016-cı il)

-       Dövlət İdarəçilik Akademiyasında “Heydər Əliyev ideyaları müasir Azərbaycanın uğurlu inkişaf siyasətinin təməlidir” mövzusunda doktorant və dissertantların elmi-praktiki konfransı keçirilmişdir (5 may 2016);

© Copyright 2005-2013 The Academy of Public Administration