AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Dekabr 19 , 2018, Çərşənbə axşamı - 11:15

İNZİBATİ İDARƏETMƏ

İNZİBATİ İDARƏETMƏ FAKÜLTƏSİ

           İnzibati İdarəetmə fakültəsi Dövlət İdarəçilik Akademiyasının yarandığı vaxtdan fəaliyyət göstərir. 2015-ci ildən fakültəyə coğrafiya elmləri doktoru, professor  İsmayılov Çingiz Niyazi oğlu rəhbərlik edir. Dekan müavinləri - c.ü.f.d., dosent Əliyev Oqtay Əli oğlu, Mamedov Simnar Tanırverdi oğlu, aparıcı mütəxəssis-tyutor Eldarova Həcər Elxan qızı, mütəxəssis-tyutorlar Əhmədov Nicat Ədalət oğlu, Əliyeva Aynur Rahib qızı, metodist-tyutor Əliyeva Aybəniz Əli qızı dekanlığın işlərində fəal iştirak edirlər.

       Hazırda İnzibati İdarəetmə fakültəsində azərbaycan və rus bölmələrində bakalavr (əyani), qiyabi (ikinci təhsil), magistratura (əyani), doktorantura (əyani, qiyabi) və dissertantura pillələri üzrə 977 nəfər təhsil alır. Bakalavr pilləsi üzrə 7 nəfər Prezident təqaüdçüsüdür.

       Bakalavr pilləsinin əyani şöbəsində 5 ixtisas üzrə 686 mütəxəssis hazırlanır:

1.     Dövlət və bələdiyyə idarəetməsi (221 tələbə)

2.     Menecment (122 tələbə)

3.     İqtisadiyyat (136 tələbə)

4.     Kompüter elmləri (138 tələbə)

5.     Ekologiya (69 tələbə)

2016-2017-ci tədris ilindən başlayaraq fakültədə “Davamlı inkişafın idarəedilməsi” ixtisası üzrə (hər 3 təhsil pilləsində) tələbə qəbulu aparılacaq.

Bakalavr pilləsinin qiyabi (ikinci təhsil) şöbəsində 2 ixtisas üzrə (Dövlət və bələdiyyə idarəetməsi (78 tələbə), Menecment (35 tələbə)) 113 mütəxəssis hazırlanır.

Magistr pilləsinin əyani şöbəsində 20 ixtisas üzrə 148 mütəxəssis hazırlanır:

1.     İqtisadiyyatın tənzimlənməsi (20 magistr)

2.     Ətraf mühitin iqtisadiyyatı (11 magistr)

3.     Strateji idarəetmə (15 magistr)

4.     Menecment (bələdiyyə sahəsi üzrə) (3 magistr)

5.     Bələdiyyə menecmenti (3 magistr)

6.     Dövlət strukturlarında menecment (2 magistr)

7.     Regional idarəetmə (7 magistr)

8.     Heyətin idarə edilməsi (17 magistr)

9.     Dövlət qulluğunun təşkili və idarəedilməsi (15 magistr)

10.    Dövlət proqramlarının və layihələrin idarə edilməsi (15 magistr)

11.    Elektron idarəetmə (12 magistr)

12.    İqtisadi fəaliyyətin riyazi və informasiya təminatı (7 magistr)

13.    Sığorta işinin təşkili (4 magistr)

14.    Biliklərin idarə olunması (7 magistr)

15.    İnnovasiyaların və layihələrin idarə olunması (3 magistr)

16.    Aqrar sahənin iqtisadiyyatı (2 magistr)

17.    Paylanmış sistemlər və şəbəkələr (1 magistr)

18.    Təbiətdən istifadənin iqtisadiyyatı və proqnozlaşdırma (1 magistr)

19.    Dövlət idarəçiliyində ictimaiyyətlə əlaqələr (1 magistr)

20.    Ekoloji təhlükəsizliyin informasiya sistemləri (2 magistr)

      Doktorantura pilləsində əyani şöbə üzrə 6 nəfər, qiyabi şöbə üzrə 14 nəfər, dissertantura üzrə 9 nəfər fəlsəfə doktoru, 1 nəfər elmlər doktoru hazırlanır.

Bütün tələbələr Boloniya porsesinə uyğun olaraq kredit sistemi ilə təhsil alır.

        Fakültənin nəzdində 5 kafedra fəaliyyət göstərir:

1.       Dövlət İdarəetməsi və Menecment – kafedra müdiri prof.əv., i.e.d. Hüseynova X.M.. Kafedrada  ştatda və saathesabı - 3 professor, 15 dosent, 10 müəllim fəaliyyət göstərir.

2.       İqtisadiyyatın Dövlət Tənzimlənməsi – kafedra müdiri dos., k.t.f.d. Zeynalov Y.Ə. Kafedrada  ştatda və saathesabı - 3 professor, 10 dosent, 15 müəllim fəaliyyət göstərir.

3.       Dövlət İdarəçiliyində İnformasiya Texnologiyaları – kafedra müdiri dos., i.ü.f.d. Abasov E.A. Kafedrada  ştatda və saathesabı - 17 dosent, 33 müəllim fəaliyyət göstərir.

4.       Dövlət Qulluğu və Kadr Siyasəti – kafedra müdiri akad., f.e.d. Mehdiyev R.Ə. kafedrada ştatda və saathesabı – 1 akademik,  3 professor, 7 dosent, 25 müəllim fəaliyyət göstərir.

5.       Davamlı İnkişafın Planlaşdırılması və İdarəedilməsi – kafedra müdiri prof.,                          c.e.d. İsmayılov Ç.N. Kafedrada ştatda və saathesabı - 3 professor, 5 dosent, 16 müəllim fəaliyyət göstərir.

         Fakültədə 11 nəfər tərkibdən ibarət Elmi Şura fəaliyyət göstərir. Elmi Şuranın fəaliyyəti hər tədris ilinin başlanğıcında onun ilk iclasında təsdiq olunmuş iş planı əsasında həyata keçirilir. Elmi Şurada təsdiq olunmuş iş planına əsasən müəllimlərin tədris etdikləri fənlər üzrə təqvim-tematik planları, fərdi iş planları, tədris proqramları, sillabuslar və s. təsdiq olunur, tələbələrin dərslərə davamiyyəti, müəllimlərin açıq dərslərinin keçirilməsi, tədris-metodiki vəsaitlərin, proqramların və dərsliklərin işlənilib hazırlanması, təsdiq olunması, qış və yay imtahan sessiyalarının mütəşəkkil keçirilmələrinə dair hazırlıq işləri, sessiyaların nəticələri, elmi işlərin mövzuları və elmi rəhbərlərin təsdiqi və digər məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilir.

Fakültədə tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün “Ekologiya və ətraf mühitin davamlı inkişafı” klubu, “Biznes” klubu, “İdman” klubu, “Debat” klubu və s. müxtəlif dərnəklər fəaliyyət göstərir.

Fakültə üzrə bakalavr pilləsini bitirən tələbələrin əksəriyyəti DİA-nın, respublikanın və dünyanın nüfuzlu universitetlərinin magistratura pilləsində təhsillərini davam etdirir, bir çoxları isə öz ixtisaslarına uyğun idarə və müəssisələrdə çalışırlar. 

 İNZİBATİ İDARƏETMƏ KAFEDRASININ STRUKTURU

© Copyright 2005-2013 The Academy of Public Administration