AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
May 25 , 2017, Cümə axşamı - 03:45

Elmi fəaliyyət

ELMİ  FƏALİYYƏT

 

Azərbaycan   Respublikasının    Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikasının qanunvericiliyinə və öz Nizamnaməsinə uyğun olaraq dövlət qulluğu və kadr siyasəti problemləri üzrə fundamental və tətbiqi araşdırmalar aparır, dövlət hakimiyyəti orqanlarının tapşırığı ilə analitik informasiya fəaliyyətini həyata keçirir, dövlət qulluqçularının təhsil sisteminin lazımi metodik və proqram-metodik təminatını işləyib hazırlayır. Akademiya profilinə uyğun beynəlxalq elmi yenilikləri müşayət edir, elmi mərkəzlər və xarici ölkə universitetləri ilə əlaqələr quraraq beynəlxalq lahiyə və təhsil proqramlarının iştirakçısı olur.

Akademiyanın elmi fəaliyyətinin əsas hissəsini  elmi-tədqiqat işləri təşkil edir.  Elmi-tədqiqat fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri ilə razılaşdırılaraq və sonradan təsdiq olunaraq perspektiv və cari planlara uyğun olaraq həyata keçirilir. Akademiyanın 11 aprel 2014-cü il tarixli Böyük Elmi Şurasında  (protokol № 9)  2014-2016-ci illərdə Akademiyada yerinə yetiriləcək elmi-tədqiqat işlərinin Planı təsdiq olunmuşdur. Planda elmi-tədqiqat işlərinin istiqaməti, mövzuları, icraçıları və işlərin icra müddəti  qeyd olunmuşdur. Plana əsasən Akademiyada 10 kafedrada və 3 elmi-tədqiqat institutunda 1 iştiqamət, 2 problem, 13 mövzu üzrə 51 iş 123 mərhələdə 57 tədqiqatçı tərəfindən 3 il ərzində  yerinə yetirilməsi planlaşdırılmışdır. İş rəhbəri  və  icraçılardan 2-si AMEA-nın həqiqi üzvü, 1-i AMEA-nın müxbir üzvü, 11-i elmlər doktoru, 34-ü  fəlsəfə  doktoru,  9-u müəllimdir.

Elmi-tədqiqat  işləri bir istiqamə - “Azərbaycanda  dövlət idarəçiliyi sisteminin  təkmilləşdirilməsi” və   iki problem -  “Azərbaycanda  dövlət   idarəçiliyi sistemində  innovativ inkişafın aktual problemləri” və “Azərbaycan Respublikasının müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu” kimi müəyyənləşdirmişdir.

          2014-2016-ci illərdə kafedra və institutlar  aşağıda  qeyd   olunmuş  elmi-tədqiqat işlərinin icra olunması nəzərdə tutulmuşdur.

“Dövlət  qulluğu və kadr  siyasəti”  kafedrasında  “Dövlət  idarəçiliyinin  inkişaf  meylləri”  mövzusu üzrə “Dövlət  idarəçiliyi  sahəsində müasir  terminologiyanın  tədqiqi”, “Rəhbər kadrlar və dövlət qulluqçularının ixtisasının artırılmasının innovativ metodları: gözləntilər, perspektivlər” və “Dövlət  qulluqçularının  fəaliyyət səmərəliliyinin yüksəldilməsində etik amilin  rolu” adlı işlər 6 tədqiqatçı tərəfindən 3 il ərzində icra olunacaqdır.

“Beynəlxalq münasibətlər və xarici siyasət”  kafedrasında  “Azərbaycanın  müasir xarici siyasətinin prioritet istiqamətləri” mövzusu  ətrafında  5 iş  “Azərbaycanın Avroatlantik təhlükəsizlik və əməkdaşlıq institutlarına inteqrasiyasının yeni mərhələsi”, “Azərbaycanın  türkdilli  dövlətlərlə əməkdaşlığı”, “Avrasiya  subregional inteqrasiya prosesində Azərbaycan Respublikasının  yeri  və  rolu”, “Azərbaycanın Avropa inteqrasiyası prosesində iştirakı problemləri”, “Ümumavropa təhlükəsizlik məkanına inteqrasiya prosesində Azərbaycan Respublikasının NATO  ilə əməkdaşlığı” kimi müəyyənləşmiş və bu işlər icra olunmaqdadır.

“Tarix”  kafedrasında  “Azərbaycanda dövlət idarəçiliyi tarixi” mövzusu ətrafında iki iş “Azərbaycanda dövlət idarəçiliyinin kulturoloji təhlili” və  “Azərbaycanda dövlət idarəçiliyi (qədim dövr- XVI əsr)” kimi müəyyən edilmişdir.

“Fəlsəfə və sosial psixologiya”  kafedrasında “Davamlı insan inkişafı–müsair dövrün inkişafının paradiqması  kimi”  mövzusu ətrafında 3 iş müəyyən edilmiş və  üç il ərzində ardıcıl olaraq “Azərbaycanın ictimai- fikir tarixində insan inkişafı məsələləri”, “Müasir Azərbaycanda davamlı insan inkişafını təmin edən amillər”  və  “Qloballaşma şəraitində Azərbaycanda davamlı insan inkişafına təsir edən amillər” adlı işlər dörd tədqiqatçı tərəfindən icra olunmaqdadır.

“Hüquq”  kafedrasında “Dövlət  idarəçilik  sisteminin  təkmilləşdirilməsinin aktual hüquqi problemləri” və “Dövlət idarəçilik sisteminin təkmilləşdirilməsinin müasir hüquqi problemləri” mövzuları ətrafında “Dövlət hakimiyyəti orqanlarında dövlət qulluğu münasibətlərinin hüquqi problemləri və həlli yolları”, “Hüququn nəzəri və maddi sahələrinin  müasir problemləri”, “Azərbaycan Respublikasında milli  təhlükəsizliyin  hüquqi təminatları”, “Azərbaycan Respublikasında hüquqi dövlət konsepsiyasının konstitusiya əsasları”, “İnzibati-idarəetmə proseslərinin və onların təhlilinin optimallaşdırılması metodları”, “İcra hakimiyyətinin fəaliyyətinin optimallaşdırılmasının səmərələlilik meyarları:  yerli və xarici təcrübə”, “Antikorrupsiya siyasətinin hüquqi təminatının səmərəliliyinin təhlili”, “Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi və stimullaşdırılması” işləri 8 tədqiqatçı tərəfindən icra olunur.

“Politologiya və siyasi idarəetmə”  kafedrasında  “Azərbaycan Respublikasının innovativ inkişaf mərhələsində siyasi proseslərin xüsusiyyətləri və idarəedilməsinin politoloji təhlili” mövzusu ətrafında 5 iş “Azərbaycanda  kreativ sinfin  formalaşmasının  siyasi aspektləri və onun siyasi proseslərdə rolu”, “Azərbaycan Respublikasında ekosiyasi proseslərin idarə edilməsi xüsusiyyətləri”, “Müasir Azərbaycanda siyasi sistemin modernləşmə proseslərinin idarəedilməsi”, “Regional siyasətin həyata keçirilməsində  innovativ metodların tətbiqi”, “Azərbaycan Respublikasının müasir inkişaf mərhələsində siyasi partiya sisteminin  tendensiya  və xüsusiyyətləri” kimi müəyyən olunmuş və 6 tədqiqatçı tərəfindən icra olunur.

“İqtisadiyyatın dövlət tənzimlənməsi”  kafedrasında  “Azərbaycanın yeni sosial-iqtisadi inkişaf strategiyası: modernləşmə və əhalinin sosial rifahının yüksəldilməsi” mövzusu ətrafında   “Azərbaycanda neft-qaz hasilatında innovasiyaların tətbiqi və onun ölkə iqtisadiyyatının inkişafında və modernləşməsində rolu”, “Azərbaycanda 2014-2020-ci illər dövründə daxili investisiya prosesi kimi, banklar, qiymətli kağızlar bazarı və büdcədən kənar fondların üç tərkib hissəsi” və  “Yaşıl  iqtisadiyyatın  əsas  inkişaf  istiqamətləri  və  kateqoriyalarının yaranması” işləri 3 tədqiqatçı tərəfindən icra olunur.

“Dövlət idarəetməsi və menecment”  kafedrasının elmi-tədqiat mövzusu  “Azərbaycanda milli insan kapitalının potensial inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi” kimi seçilmiş və bu mövzu ətrafında “Azərbaycanda müəssisələrin innovasiya strategiyalarının formalaşması”, “Xidmət sahələrində sahibkarlığın inkişafının iqtisadi problemləri”, “Azərbaycanın sosial-iqtisadi inkişafında gender bərabərliyinin təmin olunması”, “Sosial infrastrukturun və sosial təminatın təkmilləşdirilməsi”, “Davamlı  insan  inkişafı: problemlər və perspektivlər”, “Yerli özünüidarəetmənin təşkili modelləri, forma və xüsusiyyətləri” və “Dövlət idarəçiliyində informasiya texnologiyalarının tədbiqi problemləri” adlı işlər 7 tədqiqatçı tərəfindən icra olunur.

“Dövlət idarəçiliyində informasiya texnologiyaları”  kafedrasında “Abşeron İR-da və Bakı şəhərində  innovativ texnologiya­ların inkişafı” mövzusu üzrə 2 iş, “Abşeron İR-da və Bakı şəhərində rəqabət üstünlüklərinin gücləndirilməsi, maliyyə və xidmət sahələrində innovativ texnologiyaların tətbiqi”

və  “Abşeron İR-da və Bakı şəhərində  innovativ inkişafın İT infrastrukturunun vəziyyətinin qiymətləndirilməsi” işləri 6 tədqiqatçı tərəfindən 6 mərhələdə 3 il müddətində icra olunacaqdır.

“Regional İqtisadi və Sosial Araşdırmalar” institutunun kollektivi   “Davamlı regional inkişaf və əmək potensialından səmərəli istifadənin konseptual əsasları” mövzusu ətrafında 3 iş müəyyən etmiş və “Regionların davamlı inkişaf göstəriciləri və onların dəyişməsi meylləri”,  “Regionların tarazlı inkişaf göstəricilərinin təhlili və qiymətləndirilməsi” və “Regionların davamlı inkişaf perspektivlərinin müəyyən edilməsi istiqamətində təklif və tövsiyyələrin hazırlanması” işləri ətrafında tədqiqatlar aparırlar.

“Siyasi Araşdırmalar” institutunda  “Azərbaycanın müasir xarici siyasət paradiqması və onun tədbiqi mexanizmləri”  mövzusu üzrə “Müasir mərhələdə Azərbaycanın xarici siyasətinin prioritet istiqamətləri”, “Azərbaycan Respublikasının beynəlxalq enerji təhlükəsizliyinə töhfəsi” və “Azərbaycan Respublikasının antiterror siyasəti” adlı işlər institut kollektivi tərəfindən icra olunur.

“Sorğu” Sosioloji Araşdırmalar  institutunda  “Azərbaycanda sosial inkişaf və ictimai qrupların sosial inteqrasiyası” mövzusu ətrafında eyni adlı iş 3 mərhələdə Qaçqın və köçkünlərin sosial reabilitasiyası, cəmiyyətin strukturlarına inteqrasiyası və onların sosial proseslərdə fəal iştirakının təmin edilməsi”,  “Qadınların sosial inteqrasiyası və onların ölkənin sosial inkişafında rolunun artırılması” və “Gənclərin, yaşlıların, əlillərin və marginal qrupların sosial inteqrasiyası və onların sosial inkişafın fəal iştirakçılarına çevrilməsi yolları” üzrə içra olunur.

Akademiyanın əməkdaşları hər il Elmin İnkişafı Fondunun elan etdiyi Qrant müsabiqələrində iştirak edir və elmi layihələrini müsabiqəyə təqdim edirlər. Akademiyadan Elmin İnkişafı Fondunun 2013-cü il üçün elan etdiyi (EİF-2013-9(15))  qrant müsabiqәsinə  “İnsan potensialına əsaslanan sosial müəssisələr Azərbaycanda icmaların davamlı innovativ inkişaf texnologiyası kimi” adlı layihə təqdim edilmiş və layihə müsabiqənin qalibi olmuşdur. Digər “Azərbaycanda dövlət idarəçiliyi sahəsində innovativ texnologiyaların tətbiqi: problemlər və perspektivlər” adlı layihə  Elmin İnkişafı Fondunun 2013-cü ilin Gənc alim və mütəxəssislərin 2-ci müsabiqəsinə (EİF/GAM-2013-2(8)) təqdim edilmiş və layihənin icrası üçün Qrant vəsaiti alınmışdır.

Akademiya əməkdaşının aldığı növbəti Qrant isə Elmin İnkişafı Fondunun elan  etdiyi "Şuşa Qrantı" (EİF/MQM-2-Shusha-2013-3(9)) çərçivəsində olmuşdur. Alınmış Qrant hesabına 3 kitab, "Ermənistanın Azərbaycana təcavüzünün nəticələri (I kitab)”,  "Ermənistanın Azərbaycana təcavüzü və beynəlxalq  təşkilatlar  (II kitab)",  "Ermənistanın Azərbaycana təcavüzü: sənədlər və materiallar (III kitab)" çap edilmişdir. Akademiya əməkdaşları Elmin İnkişafı Fondunun elan etdiyi Universitet qrantı” müsabiqәsinə də (EİF-2014-5(20)) “Davamlı inkişaf naminə kadr potensialının təkmilləşdirilməsi: Azərbaycan modeli” layihəsini təqdim etmiş və bu layihə də müsabiqənin qaliblərindən olmuşdur.  Qrant vəsaiti hesabına icra olunan bütün layihələrdə Akademiyanın professor-müəllim və elmi işçiləri yaxından iştirak etmişlər.

Akademiyanın ümumi elmi fəaliyyətini Elmi Təşkilat şöbəsi təşkil edir. Şöbə elmi-tədqiqat işlərinin planlaşdırılması, əlaqələndirilməsi və onların yerinə yetirilməsi prosesini təşkil edir və onların icrasına nəzarət edir. Şöbə yerli və xarici elmi müəssisələrlə əlaqələr qurur, Akademiya ilə xarici universitetlərin  birgə elmi layihələrinin həyata keçirilməsini təşkil edir. Şöbə həmçinin tələbələ, magisrtant və doktorantların xarici ölkə universitetlərində təcrübə keçməsini, onların bu təhsil müəssisələrində magistr təhsil  proqramlarında iştirakını təmin edir. Elmi Təşkilat şöbəsi həmçinin Akademiyanın  doktoranturasına qəbulu və doktorantların təhsilini təşkil edir.

© Copyright 2005-2013 The Academy of Public Administration