AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Noyabr 15 , 2019, Cümə - 10:59

Nəşrlər

 

ГРИГОРИАНСКАЯ ЦЕРКОВЬ КАК ИНСТРУМЕНТ ШПИОНАЖА ПРОТИВ СЕФЕВИДСКОГО ГОСУДАРСТВА

“Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi” (XVII əsr – XVIII əsrin ilk dörddəbiri)” kitabı 2018-ci ildə “Şərq-Qərb” nəşriyyatında rus dilində çapdan çıxıb. Kitabda müəllif Qərb dövlətlərinin əlində Səfəvilər dövlətinə qarşı casusluq, şantaj və separatizm vasitəsinə çevrilmiş Qriqorian kilsəsinin kəşfiyyat və siyasi-ideoloji fəaliyyətini faktlarla oxucunun diqqətinə çatdırır. Kitabda müəllif  əzəli Azərbaycan torpaqlarının bir neçə əsr davam edən işğalında Eçmiədzinin rolunu, regiondakı iri dövlətlərin tərkibində həmişə “beşinci kolon” rolu oynamasını, Səfəvilər dövlətinin ərazisində özlərinin kəşfiyyat fəaliyyətini dini və diplomatik məqsədlərlə ört-basdır edən katolik missiyalarının yaranma tarixini izləyir. Bu kitab ölkəmizin tarixini araşdırmaqla məşğul olan alimlər üçün dəyərli bir mənbə olacaqdır. (Müəllif: Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Respublikasının  Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu  və  kadr siyasəti” kafedrasının müdiri, akademik Ramiz Mehdiyev).

 

 НАЦИОНАЛЬНАЯ ИДЕЯ АЗЕРБАЙДЖАНА В ЭПОХУ ГЛОБАЛЬНЫХ ТРАНСФОРМАЦИЙ

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının müdiri, akademik Ramiz Mehdiyevin “Qlobal transformasiyalar dövründə Azərbaycan milli ideyası” kitabı 2017-ci ildə Moskvanın “Politiçeskaya ensiklopediya” nəşriyyatı tərəfindən rus dilində çap edilib. Akademik Ramiz Mehdiyevin bu əsəri XX əsrin sonunda müstəqil Azərbaycan dövlətinin yaradılması probleminin təhlilinə, müasir dövrdə milli identikliyin formalaşmasına həsr edilib. Əminliklə demək olar ki, bu sanballı tədqiqatda Azərbaycan xalqının milli ideyasının formalaşmasının və reallaşmasının əsas mərhələləri ilk dəfə açıqlanır.  Filosof-alim Ramiz Mehdiyev müstəqilliyin ilk illərində gedən prosesləri hərtərəfli təhlil edərək məhz dövlət quruculuğunun struktur xassələrini açıqlayır, milli ideyanın və dövlətçiliyin yaradılması üçün zəruri olan əsas elementləri nəzərdən keçirir. Min nüsxə tirajla çap edilmiş kitab sosial inkişafın müasir nəzəriyyələri ilə maraqlanan oxuculara ünvanlanıb.  

 

 DAĞLIQ  QARABAĞ

2016-ci ildə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan  Respublikasının  Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının  “Dövlət qulluğu  və  kadr siyasəti” kafedrasının müdiri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” kitabı İtaliyanın “Eurasian Books” nəşriyyatında italyan dilində çap olunub.Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərinə həsr edilən kitabda problemin yaranma səbəbləri, bu bölgənin tarixən mövcud olan Azərbaycan dövlətlərinə məxsusluğunu əks etdirən müxtəlif qiymətli mənbələr yer alıb. Kitabda bölgədə ermənilərin xeyrinə həyata keçirilən demoqrafik dəyişikliklərdən, Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından, münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə həyata keçirilən danışıqlar prosesinin vəziyyətindən, beynəlxalq təşkilatların bu məsələdə tutduğu mövqedən, xüsusilə təcavüzkar Ermənistanın BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair qəbul etdiyi qətnamələri yerinə yetirməməsindən, eləcə də münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədləri və ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyindən bəhs edilir.Bu fundamental elmi əsərin italyan dilində nəşri oxucu auditoriyasının genişlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Kitab Dağlıq Qarabağın tarixinə, münaqişənin başvermə səbəblərinə, onun doğurduğu acı nəticələrə dair obyektiv və səhih məlumatlar əldə etmək istəyən italyandilli oxucular üçün dəyərli mənbə rolunu oynayacaq.  

 

DZIESIḘĆ  LAT, KTÒRE ZMIENIY  AZERBEJDŻAN 2003-2013 

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan  Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu  və  kadr siyasəti” kafedrasının müdiri, akademik Ramiz Mehdiyevin 2016-ci ildə “Azərbaycanı dəyişmiş on il (2003-2013)” kitabı Polşada  polyak dilində çap olunub. Akademik Ramiz Mehdiyevin bu kitabında 2003-2013-cü illərdə Azərbaycanda yürüdülən siyasət, ideologiya, iqtisadiyyat, sosial həyat, mədəniyyət və təhsil sahələrində həyata keçirilən mütərəqqi islahatlar, əldə olunan nailiyyətlər, respublikada tətbiq edilən sosial-innovativ idarəetmə mexanizmləri (“ASAN xidmət”) haqqında geniş məlumat verilir. Müəllif qeyd olunan illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər salır, dövlətimizin başçısının təşəbbüsü və dəstəyi ilə ölkəmizdə baş verən mütərəqqi dəyişikliklər və həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlardan bəhs edir.Ölkəmizin bu günü və gələcək inkişafı ilə bağlı qeyd edilən dərin və düşündürücü məqamlar belə deməyə əsas verir ki, bu əsər Azərbaycan haqqında mükəmməl fəlsəfi-siyasi monoqrafiya kimi ən müxtəlif təbəqəyə mənsub xarici oxucuların maraqla tanış olacağı obyektiv və dəyərli mənbədir. Kitab Polşanın Torun şəhərindəki “Adam Marşalek” Nəşriyyat Evi tərəfindən çap olunub. Əsəri rus dilindən polyak dilinə Anna Yaqlonska və Yan Çixotskiy tərcümə ediblər. Nəşrin arxa üzündə akademik Ramiz Mehdiyevin həyat və yaradıcılığı ilə bağlı ətraflı məlumat verilib.

 DÜNYA NİZAMINDAN NİZAMSIZLIĞA DOĞRU

                   Müəllif: Akademik Ramiz Mehdiyev

Nəşriyyat: "Şərq-Qərb"

Nəşr olunduğu yer: Bakı

Nəşr ili: 2015

Səhifə: 200

İKİLİ STANDARTLARIN DÜNYA NİZAMI VƏ MÜASİR AZƏRBAYCAN 

            Müəllif Mehdiyev Ramiz Ənvər oğlu
                 Nəşriyyat       Şərq-Qərb
                 Nəşr yeri Bakı
                 Nəşr ili 2015
    ISBN 978-9952-505-42-9
                 Səhifə 224
 

 DAĞLIK   KARABAĞ :  KAYNAKLARIN  

DİLİYLE    TARİH

Yazar:   Prof. Dr. Ramiz Mehdiyev

  ISBN :   978.605.9912.64.8

  Yayınevi : Berikan Yayınevi

  Basım Yeri / Yılı : ANKARA / 2015

  Sayfa  Sayısı : 224

  Ebat : 14 cm X 21 cm

   

TARİXİ İDRAKIN ELMİLİYİ

PROBLEMLƏRİNƏ DAİR

  Sərlövhə: Tarixi idrakın    

  elmiliyi  problemlərinə dair

  Müəllif: Ramiz Mehdiyev

  ISBN: 978-9952-34-929-0  

  Nəşr ili 2015

 

 

ERMƏNİLƏRİN MİF YARADICILIĞI TARİXDƏ

İLK XRİSTİAN DÖVLƏTİ KONTEKSTİNDƏ 

  Müəllif: Prof., akad. Ramiz  Mehdiyev

    Nəşriyyat: "Şərq-Qərb"

    Çap olunduğu yer/il: Bakı, 2014

    Səhifə sayı: 22 

 

 FƏLSƏFƏ

       Müəllif              Mehdiyev Ramiz Ənvər oğlu
        Nəşriyyat Şərq-Qərb
        Nəşr yeri Bakı
        Nəşr ili 2010
        ISBN 978-9952-34-504-9
        Səhifə 360
 

 

ПОЛИТИКА ГЕНОЦИДА АРМЯН

ПРОТИВ АЗЕРБАЙДЖАНЦЕВ

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müdiri, professor Əli Həsənovun “Azərbaycanlılara qarşı ermənilərin soyqırımı siyasəti” kitabı Düşənbədəki “Buxaro” nəşriyyatında rus və tacik dilində çap olunub. Əsərdə son iki əsrdə azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti təhlil olunur. Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, yerləşdirilməsi və xalqımıza qarşı törətdikləri soyqırımları kitabda sistemli şəkildə öz əksini tapıb. Kitabda xarici dillərdə Azərbaycan tarixinin ayrı-ayrı dövrlərinə dair xəritələr, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş əraziləri haqqında fotolar da yer alıb. Kitab təkcə tariximizin qanlı səhifələrinin öyrənilməsi və yaddaşlarda həkk olunması deyil, eləcə də Ermənistanın dövlət terrorizmi siyasətinin dünya ictimaiyyətinə daha geniş miqyasda çatdırılması və ifşa olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Düşənbə, “Buxaro” nəşriyyatı, 2018.

    Azərbaycanın geosiyasəti

   Müəllif: Prof. Əli Həsənov

   Çap yeri: Bakı 

   Nəşriyyat:"Zərdabi LTD"

   Çap ili: 2015

   Səhifə: 1056  

                           

Политика национального развития и безопасности Азербайджанской Республики

 Müəllif: Prof. Əli Həsənov

   Çap yeri: Bakı 

   Nəşriyyat:"Zərdabi LTD"

   Çap ili: 2014

   Səhifə: 672

   

 Dünya ölkələrinin müasir siyasi sistemləri

 Müəlliflər: Prof. Əli Həsənov, Adil Vəliyev

   Çap yeri: Bakı 

   Nəşriyyat:"Zərdabi LTD"

   Çap ili: 2013

         

                  

   

Jeopolitik

       

 Yazar:   Prof.  Ali Hasanov

  ISBN :   9786055545352

  Yayınevi : Babıali Kültür  

  Basım Yeri / Yılı : İstanbul / 2012

  Sayfa  Sayısı : 460 Sayfa

  

 

 

 

Геополитика

                                             

   Müəllif: Prof. Əli Həsənov

   Çap yeri: Bakı 

   Nəşriyyat:"Zərdabi LTD"

   Çap ili: 2012

 

 

 

   

 Azərbaycan Respublikasının milli inkişaf və

təhlükəsizlik siyasəti

Müəllif: Prof. Əli Həsənov

   Çap yeri: Bakı

   Nəşriyyat:"Litterpress"

   Çap ili: 2011

   Səhifə: 440      

 

 

                                 GEOSİYASƏT                                     

   Müəllif: Prof. Əli Həsənov

   Çap yeri: Bakı 

   Nəşriyyat:"Aypara-3"

   Çap ili: 2010

   Səhifə: 460

 

 

 İNKLÜZİV İNKİŞAFIN İDARƏ

EDİLMƏSİNİN ƏSASLARI

Azərbaycan Respublikasında inklüziv inkişafda qlobal miqyasda lider olan Azərbaycan Respublikasının təcrübəsinə əsaslanan dünyada  ilk  “İnklüziv inkişafın idarəedilməsinin əsasları” dərslyi azərbaycan və rus dillərində dərc edilmişdir. (Müəllif: Azərbaycan Respublikasının  Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov).

Ali Məktəblər üçün dərslik. Bakı, “Təhsil” nəşriyyatı, 2018, 216 səh.

İSBN: 978-9952-518-09-02
   ОСНОВЫ УПРАВЛЕНИЯ ИНКЛЮЗИВНЫМ РАЗВИТИЕМ

Издан на азербайджанском и русском языках первый в мире учебник -  “Основы управления инклюзивным развитием», основанный на опыте Азербайджанской Республики, мирового лидера в области  инклюзивного развития.

(Автор: Ректор Академии Государственного Управления при Президенте Азербайджанской Республики, академик Урхан Алакбаров)

Издательство «Təhsil», 2018, 216 с.

İSBN: 978-9952-518-09-02

   DAVAMLI İNKİŞAF VƏ EKOLOJİ SİVİLİZASİYANIN İDARƏ EDİLMƏSİNİN ƏSASLARI

Azərbaycan Respublikasının  Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovun “Davamlı inkişaf və ekoloji sivilizasiyanın idarə edilməsinin əsasları” Ali məktəblər üçün dərslyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin 278 №-li 11 sentyabr 2017-ci il tarixli əmri əsasında dərc edilmişdir. Azərbaycan və rus dillərində dərc edilmiş dərslikdə müasir dünyanın inkişafında  sivilizasiyanın rolu, müasir sivilizasiyanın çağırışları: qlobal və lokal risklər, risklərin idarə edilməsi: demokrafik risklər, miqrasiya, yoxsulluq və qeyri-bərabərlik, yaşam mühitinə təsirlərin idarə edilməsi, davamlı inkişaf yeni sivilizasiyanın mərhələsi kimi və ekoloji sivilizasiya cəmiyyətinin inkişafının yeni mərhələsi kimi mövzular geniş tədqiq edilmişdir. Dərslik bakalavr, magistr, doktorantura pilləsində təhsil alan tələbələr, davamlı inkişafın idarəedilməsi, politologiya, beynəlxalq münasibətlər, iqtisadiyyat, hüquq ixtisasları üzrə ixtisaslaşan araşdırmaçılar üçün nəzərdə tutulub. Dərslik,  həmçinin dövlət qulluqçularının fasiləsiz təhsil sistemi və ixtisasartırma kurslarında hazırlıq üçün də zəruridir.

“Davamlı inkişaf və ekoloji sivilizasiyanın idarə edilməsinin əsasları”Ali Məktəblər üçün dərslik. Bakı, “Təhsil” nəşriyyatı, 2017, 176 səh. 
 

 

 ОСНОВЫ УПРАВЛЕНИЯ УСТОЙЧИВЫМ РАЗВИТИЕМ  И ЭКОЛОГИЧЕСКОЙ ЦИВИЛИЗАЦИЕЙ

Современный этап развития цивилизации показывает, что только эффективное государственного управление способно обеспечить благосостояние страны и ее безопасность. Об этом свидетельствует успешный опыт Азербайджанской Республики. Для поддержания высокого уровня благосостояния, обеспечения политической, экономической, социальной и экологической безопасности страны важным является постоянное обновление  знаний и умений в области управления развития процессами устойчивого развития. В учебнике представлены материалы  по управлению процессами устойчивого развития и экологической цивилизации, как приоритетов XXI века и третьего тысячелетия. Учебник направлен на формирование у лиц, принимающих решения, современных знаний и умений в области  планирования  и управления обществом устойчивого развития. Учебник является оригинальным и не имеет аналогов. Учебник предназначен для студентов, изучающих гуманитарные и технические науки, специализирующихся в различных направлениях государственного управления, а также специалистов, повышающих квалификацию в области планирования и управления процессами устойчивого развития.

 Автор: Урхан Алакбаров. «Основы управления  устойчивым  развитием и экологической цивилизацией». Учебник  для высших учебных заведении. Баку, «Aspoliqraf», 2017, 192 с.  
              ОСНОВЫ ЧЕЛОВЕЧЕСКОГО РАЗВИТИЯ

В учебнике  для высших учебных заведении «Основы человеческого развития» ректора Академии Государственного Управления при Президенте Азербайджанской Республики, академика Урхана Алакбарова дано обширное представление о планировании и управлении человеческим развитием, формировании этого направления как междисциплинарной науки и основных его понятиях. Учебник направлен на формирование, особенно у управленческих кадров, современных знаний и навыков в области развития человека. Темы, освещенные в учебнике, предложены в совершенно новом аспекте и проанализированы с учетом новых политических и экономических реалий.

Автор: Урхан Алакбаров «Основы человеческого развития». Учебник для высших учебных заведении. «Aspoliqraf», 2017, 280 с. 
 

 İNSAN İNKİŞAFININ ƏSASLARI

Azərbaycan Respublikasının  Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovun “İnsan inkişafının əsasları” Ali məktəblər üçün dərsliyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin 133 nömrəli 07 mart 2016-cı il tarixli əmri əsasında dərc edilmişdir. Azərbaycan və rus dillərində dərc edilmiş dərslikdə insan inkişafının planlaşdırılması və idarə edilməsi, bu istiqamətin sahələrarası elm kimi formalaşması, əsas anlayışları nəzəri mənbələri barədə müfəssəl məlumat verilib. Dərslik davamlı inkişaf, insan potensialının təkmilləşdirilməsi sahəsində, xüsusilə idarəçi kadrların çağdaş bilik və bacarıqlarının formalaşmasına yönəldilibdir. İşıqlandırılan mövzular yeni səpkidə, yeni siyasi və iqtisadi reallıqlar nəzərə alınmaqla təhlil edilib. Ali məktəbin müxtəlif pillələrində və müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr, fasiləsiz təhsil prosesinə cəlb olunan  dövlət qulluqçuları üçün tövsüyyə olunur.

 “İnsan inkişafının əsasları” Ali Məktəblər üçün dərslik. Bakı, “Aspoliqraf” nəşriyyatı, 2016, 280 səh. 

 

   

Akademik Urxan Ələkbərov, Professor Con Lourens: "Ekoloji sivilizasiyaya doğru: Azərbaycan ideyası"

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovun “Ekoloji sivilizasiyaya doğru: Azərbaycan ideyası” adlı məqaləsi Amerikada çap olunan impakt-faktorlu “Journal of Human Resource and Sustainability Studies” (Davamlı inkişaf və insan resursları) elmi-praktik jurnalının 2015-ci il 3-cü nömrəsində dərc olunmuşdur.  

 

   Sürdürülebilir İnsani Gelişim və Ekoloji

Sivilizasyonun Esasları 

Yazar: Akademik Urhan Alakbarov

   Basım yeri: Eskişehir

   Yayın evi: Anadolu Universitesi

   Basım yılı: 2014

   Sahifa sayısı: 128         

 

 
 Davamlı insan inkişafı və ekoloji sivilizasiyanın əsasları

   Müəlliflər: Akademik Urxan Ələkbərov

   Çap yeri: Bakı 

   Nəşriyyat:"Təhsil"

   Çap ili: 2013

 

Davamlı insan inkişafının əsasları

Müəlliflər: Akademik Urxan Ələkbərov

   Çap yeri: Bakı 

   Nəşriyyat:"Təhsil"

   Çap ili: 2007

   
   
   
   
   
   
   
   
   

 

 

 

 

 

 

 

© Copyright 2005-2013 The Academy of Public Administration