AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
May 25 , 2017, Cümə axşamı - 03:43

“Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə” jurnalı

“Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə” jurnalı


2003-cü ildən Akademiyada  “Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə” adlı elmi-praktiki  jurnal nəşr olunur. Jurnalda dövlət idarəçiliyinə həsr olunmuş  elmi məqalələr, ölkə Prezidenti cənab İlham Əliyevin fəaliyyətinin qısa xronikası, qəbulları, səfərləri, çıxışları və müsahibələri dərc olunur. Həmçinin jurnalda dövlət və hökumət rəsmilərinin, Akademiyanın professor-müəllim heyətinin, gənc alim, doktorant və dissertantların, o cümlədən xarici dövlət səfirlərinin dövlət idarəçiliyinin müxtəlif problemlərinə həsr olunmuş məqalələri də çap olunur. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının ictimai elmlər şöbəsinin ekspert şurası tərəfindən rəsmi qeydiyyatdan keçmiş və elmi nəşrlər siyahısına daxil edilmişdir. Jurnalın redaksiya şurasının sədri Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbəri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının müdiri, akademik Ramiz Mehdiyevdir. Redaktoru  isə akademik Urxan Ələkbərovdur.

Jurnalda “Dövlət qulluğu”, “Davamlı inkişaf”, “Siyasət”, “Beynəlxalq əməkdaşlıq”, “Hüquq”, “Fəlsəfə”, “Tarix”, “İqtisadi təhlükəsizlik”, “Diplomatik korpus”, “İnsan potensialı”, “İnsan hüquqları”, “Vətəndaş cəmiyyəti”, “Regionlar”, “İdeologiya”, “ “Ekologiya”, “Geosiyasət”, “Elm və təhsil”, “ “Gənc tədqiqatçılar” adlı bölmələr mövcuddur.

Akademiyanın “Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə” jurnalı beynəlxalq səviyyədə əqli mülkiyyət hüququnun təmin edilməsi və qorunması məqsədi ilə   beynəlxalq standart eyniləşdirmə nömrəsinin alınması üçün  İSSN-yə  (International Standard Serial Number) (Paris, Fransa) müraciət etmiş və Mərkəz tərəfindən “Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə” jurnalı 2309-1347 saylı beynəlxalq standart eyniləşdirmə nömrəsi ilə ardı davam edən nəşrlərin beynəlxalq reyestrinə daxil edilmişdir. “Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə” jurnalı  1050  tirajla  çap  olunaraq  dövlət idarələrinə, komitələrə və nazirliklərə, o cümlədən Akademiyanın  professor-müəllim  heyətinə,  doktorant və dissertantlara abunəlik müqaviləsi əsasında paylanılır.  İldə 4 dəfə (üç aydan bir) nəşr olunan bu məcmunun bu günə qədər artıq 52 nömrəsi çap olunmuşdur.

© Copyright 2005-2013 The Academy of Public Administration