AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
İyun 23 , 2017, Cümə - 21:42

Mehdi Kamal oğlu Abdullayev

 HUMANİTAR VƏ SOSİAL MƏSƏLƏLƏR ÜZRƏ PROREKTOR

MEHDİ KAMAL OĞLU AABDULLAYEV

 

Mehdi Kamal oğlu Abdullayev 1980-ci il 26 iyul tarixində Bakı şəhərində anadan olmuşdur.  Orta təhsilini 1986-1996-cı illərdə Bakı şəhəri 54 №li orta məktəbdə almışdır.

Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavriatura səviyyəsi üzrə 1996-2000-ci illərdə, magistratura səviyyəsində isə 2000-2002-ci illərdə ali təhsil almış, ali təhsilin hər iki səviyyəsini "Fərqlənmə" diplomu ilə başa vuraraq "Hüquqşünaslıq" ixtisasına yiyələnmişdir.

Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsində ingilis dili ixtisası üzrə 2003-2005-ci illərdə təhsil alaraq "Tərcüməçi" ixtisasına yiyələnmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda (o vaxtkı adı - Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu) 2003-2005-ci illərdə əyani şöbə üzrə doktoranturada (aspiranturada) hüquq elmləri doktoru, təhsilini davam etdirmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nəzdində fəaliyyət göstərən N.06.011Birdəfəlik Dissertasiya Şurasının 29 dekabr 2005-ci il tarixli iclasında müdafiə edərək 5603.01 – Beynəlxalq hüquq; insan hüquqları (12.00.10 - Beynəlxalq hüquq) ixtisası üzrə fəlsəfə doktoru (hüquq elmləri namizədi) elmi dərəcəsi almışdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 2013-cü il tarixli Qərarı ilə dosent elmi adı almışdır.

12.02.2001-ci ildən–01.09.2003-cü il tarixədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyində aparıcı mütəxəssis, İstintaq İdarəsində müstəntiq vəzifələrində işləmişdir;

01.09.2003-cü ildən –18.06.2004-cü il tarixədək AMEA-nın İnsan Hüquqları İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır;

21.06.2004-cü ildən – 20.05.2009-cu il tarixədək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquqşünası, İnzibati idarəetmə fakültəsində dekan müavini, Siyasi idarəetmə fakültəsində dekan müavini, Dövlət idarəçiliyinin hüquqi təminatı kafedrasında müəllim, baş müəllim və dosent vəzifələrində olmuşdur.

19.05.2009-cu ildən – 19.01.2010-cu il tarixədək Azərbaycan Müəllimlər İnstitutunda Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində işləmişdir.

07.04.2010-cu ildən 09.09.2016-cı ilə qədər Azərbaycan Dövlət Pedaqoji Universitetində Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində çalışmışdır.

2003-cü ildən başlayaraq davamlı olaraq hal-hazıradək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasında elmi-pedaqoji fəaliyyətlə məşğuldur.  

 32 elmi məqalənin (o cümlədən 10-u xarici ölkələrdə dərc edilib), 2 monoqrafiyanın, 3 fənn proqramının və  1 dərs vəsaitinin müəllifidir.    

Azərbaycan Respublikası təhsil nazirinin 26.04.2012-ci il tarixli, T-418№li qərarı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində yüksək ixtisaslı kadrların hazırlanması sahəsində səmərəli pedaqoji fəaliyyətinə görə və universitetin 90 illik yubileyi münasibətilə Fəxri Fərmanla təltif edilmişdir.

 Mehdi Kamal oğluAbdullayev 09.09.2016-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik akademiyasının Humanitar və sosial məsələlər üzrə prorektoru təyin olunmuşdur.

 

Əlaqə: (+99412) 492 54 22

E-mail: vice-rector@dia.edu.az

 

 

 

© Copyright 2005-2013 The Academy of Public Administration