AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Noyabr 22 , 2017, Çərşənbə axşamı - 23:16

Hüquqşünaslıq ixtisası
İxtisasın (proqramın) şifri və adı: 050212 – Hüquqşünaslıq 
  1. Ümumi müddəalar

1.1.         Bakalavriat səviyyəsinin “050212 – Hüquqşünaslıq” ixtisası üzrə Təhsil Proqramı (bundan sonra: İxtisas üzrə Təhsil Proqramı) «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunmuş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»na, «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın tələblərinə və «Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı»na uyğun hazırlanmışdır.

1.2.         İxtisas üzrə Təhsil Proqramı tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən və həmin ixtisas üzrə bakalavr hazırlığını həyata keçirən bütün ali təhsil müəssisələri üçün məcburidir.

1.3.         Strukturda istifadə olunan şərti işarələr:

İTP – İxtisas üzrə Təhsil Proqramı

             ÜK – Ümummədəni kompetensiyalar (səriştələr)

             PK Peşə kompetensiyaları (səriştələr)

1.4.         “050212 – Hüquqşünaslıq” ixtisasının xarakteristikası.

İTP-nin mənimsənilməsinin normativ müddəti və məzunlara verilən ixtisas dərəcəsi:

İxtisasın şifri və adı

Verilən elmi ixtisas dərəcəsi

Əyani forma üzrə təhsil müddəti*

Kreditlərin sayı

050212 – Hüquqşünaslıq

Bakalavr

4 il

240

* Qiyabi forma üzrə təhsil müddəti 1 il (ixtisas üzrə qiyabi formada təhsil nəzərdə tutulduqda) artıqdı

2.         Məzunun ixtisas xarakteristikası və kompetensiyası

2.1.         Bakalavrın ixtisas xarakteristikası

Bakalavr:

-        bakalavrın fundamental və peşə hazırlığına uyğun olaraq ixtisası üzrə iş sahələrində peşə fəaliyyətinə, eləcə də ixtisası üzrə magistraturada təhsil almağa hazır olmalıdır;

-        mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən istehsal sahələri, təşkilatlar, idarələr, müəssisələr, birliklər və s. sferalarda işləyə bilməlidir;

-        mövcud qaydalara riayət olunmaqla müxtəlif təhsil müəssisələrində (ali təhsil müəssisəsində elmi, elmi-pedaqoji fəaliyyət sahələri istisna olmaqla) çalışa bilməlidir.

2.2.         Proqramın mənimsənilməsi nəticəsində məzunun kompetensiyasına qoyulan tələblər

2.2.1.         Məzun aşağıdakı ümummədəni kompetensiyalara (ÜK) yiyələnməlidir:

-        Azərbaycan tarixinin əsas mərhələləri və xronologiyası barədə elmi təsəvvürə, tarixi şəxsiyyətlər və əsas tarixi hadisələr haqqında məlumata malik olmalı, tarixi keçmişin  qiymətləndirilməsinə dair öz mövqeyini əsaslandırmağı və fikrini ifadə etməyi bacarmalı (ÜK-1);

-        Xarici dillərin birində danışığın və yazının məzmununu başa düşməli, peşə səviyyəsinin artırılmasında mühüm əhəmiyyət kəsb edən və xarici dillərdə olan ədəbiyyat və mənbələrdən sərbəst istifadə etməyi bacarmalı (ÜK-2);

-        Azərbaycan Respublikasının dövlət dilini (Azərbaycan dilini) sərbəst bilməli, onun imkanlarından peşə fəaliyyətində istifadə etməyi bacarmalı (ÜK-3);

-        hüquqşünas  kifayət qədər məntiqli olmaqla hadisələrin məntiqi ardıcıllığı haqqında biliklərə malik olmalı (ÜK-4);

-        hüququn mənbəyi kimi Roma hüququnun əsas xüsusiyyətləri və elementlərinin öyrənilməsi zamanı Latın dilindən istifadə və bu sahədə biliklərə malik olmalı (ÜK-5);

-        genderə giriş və bu istiqamətdə biliklərin zəruriliyini dərk etməli (ÜK-6);

-        informatika sahəsində biliklərin zəruriliyi və kompüterdən istifadənin vacibliyi, təlimdə kompüter texnikasına yiyələnməli(ÜK-7);

-        mədəniyyətin forma və növləri haqqında məlumatı olmalı, dünyanın əsas mədəni-tarixi mərkəzləri olmuş regionları tanımalı, Azərbaycan mədəniyyətini və sivilizasiyasında tutduğu yeri qiymətləndirməyi bacarmalı, cəmiyyət və mədəniyyət barədə dialoqlarda iştirak etməli (ÜK-8);

-        fəlsəfi biliklərə malik olmalı, fəlsəfənin mədəniyyət sistemində yeri, kateqoriyaları, qanunları haqqında bilməli, idrakın obyekti və subyekti, strukturu, elmi idrakın üsulları, cəmiyyətin sosial siyasi-mənəvi   sferası, ictimai şüur və onun strukturu və formaları haqqında öyrənməli (ÜK-9);

-        iqtisadiyyatın və iqtisadi nəzəriyyənin  əsaslarını, pul-kredit və sosial-investisiya siyasətini bilməli, öz ölkəsində və ondan xaricdə baş verən iqtisadi hadisələri təhlil etməli, iqtisadiyyatın cari məsələlərinin həllində istifadə etməli (ÜK-10);

-        dünya prosesləri haqqında geniş biliyə malik olmağın zəruriliyinin dərk etməli (ÜK-11);

-                sosial davranış formaları və qanunauyğunluqlarını bilməli, sosial qruplaşma və topluların yaranma səbəbləri və mənşəyi, sosial proseslərin növləri və nəticələri haqqında elmi təsəvvürü olmalı (ÜK-12);

-                politologiya sahəsində mühüm istiqamətləri öyrənməli (ÜK-13);

2.2.2.         Məzun aşağıdakı peşə kompetensiyalarına (PK) yiyələnməlidir:

-        Hüququn əsas baza predmeti kimi “Konstitusiya hüququ” fənni haqqında geniş biliklərə malik olmalı, konstitusiya hüququnun hüquq sistemində yerini bilməklə dövlətin konstitusiya quruluşunun əsasları, insan və vətəndaşın hüquqi statusu, dövlətin siyasi-ərazi təşkilinin əsasları, dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının təşkili və fəaliyyəti əsasları, habelə hüquq və qanunun qarşılıqlı əlaqəsi, qanunvericilik sisteminin əsasları ilə bağlı əsas biliklər əldə etməlidir(PK-1);

-        aparıcı sahə kimi mülki hüququn rolu və mülki münasibətlərin tənzimlənməsində əsas elementləri öyrənməli, fiziki və hüququ şəxslər, habelə publik qurumlar arasında yaranan əmlak  və şəxsi qeyri - əmlak münasibətləri ciddi öyrənməlidir (PK-2);

-        mülki işlər üzrə ədalət mühakiməsi həyata keçirilən zaman məhkəmə ilə prosesin digər iştirakçıları arasında yaranan prosessual hərəkətləri və mülki-prosessual hüquq münasibətlərini tənzimləyən hüquq normalarının sistemi, o cümlədən   məhkəmə ilə digər subyektlər arasında mülki işə baxılması və onun həll edilməsi zamanı yaranan, mülki-prosessual hüquq normaları ilə tənzimlənən prosessual hərəkətlərin və mülki-prosessual hüquq münasibətlərinin məcmusu kimi müstəqil hüquq sahəsi olan mülki-prosessual hüququ öyrənməlidir (PK-3);

-        cinayət və cəza haqqında cinayət-hüquqi baxışların, ideyaların, təsəvvürlərin sistemi, cinayət hüququnun hüquq elminin müstəqil sahəsi kimi cinayət hüquq normalarının, ayrı-ayrı şəxslərin cinayət törətməsilə yaranan cinayət hüquq münasibətlərinin, cinayət hüquq normalarının tətbiqinin effektivliyi öyrənməlidir (PK-4);

-         cinayət işləri üzrə ədalət mühakiməsinin vəzifələrinin yerinə yetirilməsinə yönəldilmiş, demokratik prinsiplər əsasında qanunla müəyyən edilmiş prosessual formada həyata keçirilən təhqiqat, istintaq, prokurorluq və məhkəmə orqanlarının cinayət işlərinin başlanılması, istintaqı , məhkəmədə baxılması və həll edilməsi üzrə  fəaliyyət kimi cinayət prosesini öyrənməlidir (PK-5);

-        beynəlxalq hüququn mahiyyəti, beynəlxalq sistem anlayışının və onun tərkib elementlərinin müəyyən edilməsi, o cümlədən beynəlxalq ümumi hüququn dövlətlər arasında, o cümlədən beynəlxalq hüququn digər subyektləri arasında yaranan münasibətləri tənzimetmə kimi əsas rolunun öyrənilməsi, müasir beynəlxalq hüququn bütün dünya birliyinin ümumi mənafeyini əks etdirən, beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsi üçün xüsusi mexanizm olan normativ bir sistem kimi fəaliyyət göstərməsini dərindən öyrənməlidir (PK-6);

-        əmək bazarında işçi ilə işəgötürən arasında yaranan əmək münasibətləri və onlarla bilavasitə bağlı olan münasibətləri tənzimləyən hüququn sahəsi kimi əmək hüququnu öyrənməlidir(PK-7);

-        konkret şəraitdən asılı olaraq cinayətin başvermə mexanizminin,  cinayətkar və cinayətin digər iştirakçıları haqqında qanunauyğun şəkildə yaranmış informasiya daşıyıcılarının müəyyən edilməsi məqsədilə sübutların aşkar edilməsi, tədqiqi və götürülməsi zamanı istifadə edilən texniki vasitələr, taktiki üsul və metodların məcmusu kimi kriminalistikanı öyrənməlidir (PK-8); .

-        Müstəqil hüquq sahəsi kimi predmetini dövlət və bələdiyyələrin həyata keçirdikləri maliyyə fəaliyyəti prosesində meydana çıxan münasibətlər təşkil edən, o cümlədən dövlətin maliyyə və vergi sahəsində meydana çıxan münasibətləri tənzimləyən normaların, büdcə-vergi, valyuta, bank siyasəti kimi maliyyə  hüququnu öyrənməlidir (PK-9);

-                icra hakimiyyətinin həyata keçirilməsi ilə bağlı yaranan münasibətləri nizama salan, eyni zamanda dövlət idarəetməsinin hüquqi əsaslarını müəyyənləşdirən bir hüquq sahəsi kimi inzibati hüququn dövlət idarəetməsinin mahiyyəti və prinsiplərini, icra hakimiyyəti sahəsində fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətinin əsaslarını, dövlət və bələdiyyə qulluğunun keçilməsi qaydasını, icra hakimiyyətinin həyata keçirilməsinin forma və metodlarını, icra hakimiyyəti orqanları sisteminin hüquqi əsaslarını, onların vəzifə, funksiya və səlahiyyətlərini, fəaliyyət qaydasını, qəbul etdiyi hüquqi aktlarını, icra hakimiyyətinin həyata keçirilməsi ilə əlaqədar məcburetmə məsələlərini öyrənməlidir (PK-10);

-                insan hüquqlarını və onun müdafiəsini müstəqil Azərbaycan Respublikasının fəaliyyətinin əsasını təşkil etdiyindən hüquqi və sosial dövlət kimi insan hüquqlarının qorunmasını təmin etməyin əsas məqsədlərinə nail olmaının  əhəmiyyətini və əsaslarını dərindən öyrənməlidir (PK-11);

-        müəyyən tarixi dövr ərzində ölkəmizin ərazisində Azərbaycanın hüquq tarixi kimi dövlət və hüququn növləri və formalarının yaranması, inkişafı, birinin digərini əvəz etməsi məsələlərinin, həmçinin konkret dövlətlərin dövlət quruluşunun, qanunvericiliyinin, onun sahələrinin və hüquq institutlarını öyrənməlidir (PK-12);

-        fundamental hüquq elmi olaraq dövlət və hüquq kimi universal anlayışları dərindən təqiq edən hüquqşünaslara hüquq, qanun, dövlət, hakimiyyət, siyasi sistem, qanunçuluq, hüquq pozuntusu, hüquq məsuliyyəti kimi mühüm hüquqi kateqoriyalar barədə dərin və  hərtərəfli bilikləri birləşdirən hüquq nəzəriyyəsini öyrənməlidir (PK-13);

-        hüquq sahəsi kimi sahibkarlığın prinsiplərini, sahibkarlıq fəaliyyəti subyektlərinin hüquqlarını və vəzifələrini, onun dövlət tərəfindən müdafiə və təqdir olunmasının forma və üsullarını, sahibkarların dövlət orqanları ilə qarşılıqlı münasibətlərini tənzimləyən hüquqi normalarının məcmusu kimi kommersiya hüququnu öyrənməlidir (PK-14);

-        beynəlxalq xarakterli və ya xarici elementli mülki, əmək, ailə münasibətlərinin tədqiqi olan  və dövlətdaxili hüquq sisteminin və beynəlxalq hüququn tərkib hissəsi olub beynəlxalq xüsusi hüquq münasibətlərini öyrənməlidir (PK-15);

-        ətraf təbii mühitin qorunub saxlanması və səmərəli istifadə edilməsi naminə təbiət və cəmiyyətin qarşılıqlı təsiri sahəsindəki ekologiya hüququ münasibətlərini tənzim edən hüququ normalarının məcmusu kimi ekologiya hüququnu öyrənməlidir (PK-16);

-        digər hüquq sahələri kimi, xüsusi hüquqi nizamasalma predmeti və metodu ilə, həmçinin xüsusi normalar sistemi ilə xarakterizə olunan müstəqil hüquq sahəsi olub- bütün  cəza növlərinin icrası və çəkilməsi, məhkumlara islah təsiri tədbirlərinin tətbiqi prosesində yaranan ictimai münasibətləri tənzimləyən hüquq normalarının məcmusu kimi cəza-icra hüququnu öyrənməlidir (PK-17);

-        hüququn müstəqil sahəsi olmaqla sosial sı­­ğor­­ta və sosial tə­­mi­­nat qay­­da­­sın­­da pul ödə­­mə­­lə­­rini, tib­­bi və dər­­man yar­­dı­­mını, qa­­nun­­ve­­ri­­ci­­lik­­lə müəy­­yən edil­­miş qay­­dada və nor­­mada sosial xid­­mət, ya­­xud sosial gü­­zəşt­­ləri sə­­la­­hiy­­yət­­li or­­qan­­la­­rın əha­­liyə təq­­dim et­­məsi yolu ilə ümumi da­­xili məh­­su­­lun bö­­lüş­­dü­­rül­­məsi üzrə ic­­timai mü­­na­­si­­bət­­ləri tənzim edən sosial tə­­mi­­nat hü­­ququnu öyrənməlidir (PK-18);

-        ictimai  münasibətlərin müəyyən növü olan ailə münasibətlərinin , yəni nikah faktından meydana gələn və ailəyə mənsub olan münasibətləri tənzim edən hüquq sahəsi olaraq ailə hüququnu öyrənməlidir (PK-19);

-        Azərbaycan Respublikasının da daxil olduğu Avropa hüquq çərçivəsində qeyd olunan inteqrasiyanın hüquqi və nəzəri əsasları və formalarını müəyyən etməklə Avropa hüququnu öyrənməlidir (PK-20);

-                müstəntiq, təhqiqatçı, məhkəmə və inzibati xətalar üzrə icraatı həyata keçirən orqanın tapşırığı ilə, ekspert tərəfindən onun sərəncamına verilmiş  maddi obyektlərin(maddi sübutların), eləcə də müxtəlif sənədlərin, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktiki məlumatların əldə edilməsi məqsədilə, xüsusi biliklər əsasında apardığı tədqiqatdan ibarət olan məhkəmə ekspertizasının əsas mahiyyətini başa düşməlidir (PK-21);

-                İxtisasın peşə hazırlıgı fənləri blokuna daxil olan və əsas fənlərlə birbaşa əlaqəli olan 11 seçmə fənn blokundan (48 fəndən) hər bloka aid bir fənni seçməklə bu sahədə mükəmməl biliyə malik olmalıdır.

3.         Təhsilin məzmununa və səviyyəsinə qoyulan minimum tələblər

3.1.              Peşə fəaliyyətinin xarakteristikası

3.1.1.         Peşə fəaliyyətinin əsas istiqamətləri:

“050212 – Hüquqşünaslıq” ix­tisası üzrə bakalavrların peşə fəaliyyətinin əsas istiqamətləri:

-         elmi-tədqiqat fəaliyyəti;

-         praktik fəaliyyət; 

3.1.2.         Peşə fəaliyyəti üzrə hazırlıq səviyyəsinə qoyulan tələblər 

Elmi-tədqiqat fəaliyyəti üzrə:

-        ixtisas  üzrə əsas anlayışlardan istifadə etmək;

-        hər bir hüquq sahəsi üzrə qanunvericiliklə işləmək, bu sahədə məlumatların toplanması və təhlilini aparmaq;

-        hər bir hüquq sahəsi üzrə əsas problemləri dərk etmək, onların konkret tətbiq sahələrini bilmək, fənlərarası əlaqələri müəyyənləşdirmək;

-        tədris prosesində kompüter texnologiyasından, hüquqi terminlərdən düzgün istifadə etmək;

-        Hüquq və məhkəmə təcrübərindən istifadə etmək

Praktik fəaliyyət üzrə:

-        hər bir praktik hüquq sahəsi üzrə məhkəmə təcrübələrini öyrənmək;

-        hüquq klinikasında işləməyi bacarmaq;

-        ixtisas  üzrə elmi seminar və dərnəklərdə çıxış etmək;

-        hüquq klinikasında qazanılmış hüquqi bilik, bacarıq və vərdişlərə uyğun olaraq, insanların problemlərini həll etmək və onlara yol göstərmək;

-        fəaliyyətini proqnozlaşdırmaq üçün elmi yenilikləri tətbiq etmək;

-        müvafiq dövlət orqanlarında (icra hakimiyyəti, məhkəmə və s.) praktiki fəaliyyətin əsas istiqamətlərini müəyyənləşdirmək.

3.2.              İxtisas üzrə fənn bölümləri, fənlər üzrə kreditlər, onların mənimsənilməsinin nəticələri (bilik, bacarıq və vərdişlər baxımından) və qazanılması nəzərdə tutulan kompetensiyaların kodlar

Fənn bölümü-nün kodu

Fənn bölümləri, onların mənimsənilməsinin nəticələri (bilik, bacarıq və vərdişlər baxımından)

Fənn bölüm-ləri üzrə kreditlə-rin sayı

Fənlər

Fənlər üzrə kredit-lərin sayı

Qazanılması nəzərdə tutulan kompetensi-yaların kodları

Təhsil hissəsi

HF –B00

 

Humanitar fənlər bölümü

Bu bölümə daxil olan fənlərin öyrənilməsi nəticəsində bakalavr bilməlidir:

-    Qədim Azərbaycana (Manna, Atropa­tena) aid ilk tarixi məlumatları, arxeoloji materialları və III-V əsrlərə dair mənbələri;

-    ilk orta əsrlərdə Alban feodal dövlətinin yaranması, ərazisi, inzibati quruluşu, təsərrüfatı və mədəniyyətini, ərəb xilafəti tərəfindən Albaniyanın müs­təqil­liyinə son qoyulmasını;

-    Azərbaycanın Rusiya və İran arasında bölünməsini, XIX-XX əsrlərin əvvəllərində mədəniy­yətini, kapitalist münasibətlərin inkişafını və milli burjuazi­yanın meydana çıxmasını;

-    Azərbaycan Xalq Cumhuriy­yətinin yaranmasını, daxili və xarici siyasətini, süqutunu;

-    Azərbaycanda sovet hakimiy­yətinin qurulmasını, 30-cu illərdə repressiyaları, İkinci Dünya müharibəsi dövründə (1941-1945) xalqın vətənpər­vərliyini, mədəniyyət və iqtisadiyyat sahələrində nailiy­yət­ləri;

-    1991-1993-cü illərdə dövlət müstəqilliyinin bərpasını, Qarabağ müharibəsini, siyasi və iqtisadi böhranları;

-    Ümummilli lider Heydər Əliyevin respublika iqtisa­diyyatının inkişafında və çiçəklənməsində misilsiz rolunu, daxili və xarici siyasətdə əldə edilmiş nailiyyətləri;

-    Azərbaycan dilinin (təlim rus dilində olanlar üçün) fonetikası, morfologiyası və sintaksisini;

-    ümumi və terminoloji səciyyəli 4000 tədris leksik vahidi həcmində söz ehtiyatı minimumunu, sərbəst və sabit söz birləşmələrini, ən əsas qrammatik hadisələri, yazılı və şifahi ünsiyyət zamanı fikrini ifadə etməyi və s.

bacarmalıdır:

-    Azərbaycan tarixinin əsas mər-hələləri və xronologiyası barədə elmi təsəvvür yaratmağı, tarixi şəxsiyyətlər və hadisələr haqqında məlumat verməyi;

-    Azərbaycan Respublikasının dövlət dilində sərbəst danış­mağı, onun imkanlarından peşə fəaliy-yətində istifadə etməyi;

-    xarici dillərin birində danışığın və yazının məzmununu başa düşməyi, xarici dildə olan ədəbiyyat və mənbələrdən istifadə etməyi və s.

yiyələnməlidir:

-    Azərbaycan tarixi haqqında dərin məlumata, Azərbaycan dilində sərbəst danışmağa, xarici dildə oxumaq və yazmaq vərdişinə və.s.

30

HF–B01

Azərbaycan tarixi

 

HF–B02

Xarici dil

 

HF–B03

Azərbaycan dili vənitq mədəniyyəti 

 

HF–B04

Seçmə fənlər*

6

 

 

 

13

 

 

 

5

 

 

 

 

6

 

ÜK-1

ÜK-2

ÜK-3

ÜK-4

ÜK-5

ÜK-6

ÜK-7

ÜK-8

ÜK-9

 ÜK-10

ÜK-11

ÜK-12

ÜK-13

 

İPF – B00

İxtisas peşə hazırlığı fənləri bölümü

Bu bölümə daxil olan fənlərin öyrənilməsi nəticəsində bakalavr bilməlidir:

-    hüquşünaslıq ixtisasının məqsədi və vəzifələrini, digər ixtisas sahələri ilə əlaqəsini, perspektivlərini bilməlidir.

-    hüquq elminin əsasları, öyrəndiyi əsas kateqoriyaları haqqında ümumi biliyə və anlayışlara söykənərək ölkənin hüquq sistemini əsas Kostitusiyasının müddəalarını, cəza sisteminin xüsusiyyətlərini öyrənməli, fənnin predmetini, məqsədini, vəzifələrini, həmçinin müqayisəli hüquq sistemlərinin qarşılıqlı təsiri və milli qanunvericilik aktlarını bilməlidir;

-    Hüquqşünaslıq ixtisası ölkənin milli qanunvericilik bazasını, onun yeniləşməsini bilməli, hüquq sahəsi üzrə müstəqil düşünmə vərdişini mənimsəməlidir. Ölkədə geniş yayılmış hüquq sistemi haqqında bilikləri hərtərəfli və  yüksək səviyyədə bilməlidir;

-    ölkənin milli qanunvericilik sahəsi ilə dünya ölkələrinin qanunvericiliyi, onların inkişafa təsir imkanlarını vastəlirini dəqiq bilməlidir;

-    ölkəmizdə gedən əsas hüquqi prosesləri dərindən öyrənməli, milli dövlətçiliyin inkişafında hüququn rolunu bilməlidir. Ölkəmizin qanunvericilik baza-sını, digər ölkələrin hüquq sistemini yüksək səviyyədə bilməlidir;

-    gələcək hüquqşünas insan hüquqları və Avropa hüququnun əsas institutlarını bilməlidir;

-    hüquqşünas Azərbaycan Res-publikasının məhkəmə siyasətini həyata keçirən hüquq sistemini öyrənməlidir.

-    hüquqşünas dövlət və cəmiyyət təşkilini, vətəndaşların hüquqi statusunu bilməlidir;

-    hüquşünas dövlət və vətəndaşların əmlak və qeyri-əmlak münasibətlərini, onların tənzimi metodunu bilməlidir;

-   hüquqşünas beynəlxalq hüquq və onunla bağlı elmləri dərindən bilməlidir;

-   mülki müdafiə üzrə sülh və müharibə dövründə baş verən fövqəladə hallarda yaranmış zədələnmə ocaqlarında xilas­etmə və digər təxirəsalınmaz işlərin görülməsini, əhalinin mühafizə-sinin öyrədilməsi və təşkilini;

-   fövqəladə hallarda şagird və müəllim heyətinin fəaliyyətini, mülki müdafiə üzrə məş­ğələlərə hazırlığın metodika­sını;

-   müasir qırğın vasitələri ilə zədələnmişlərə ilk tibbi yardım göstərməkdə, bakterioloji zədə­lənmə ocaqlarında epidemiya əleyhinə tədbir tətbiq etməkdə vərdişlərin aşılanmasını və s. bilməlidir.

bacarmalıdır:

-    ixtisas  üzrə əsas anlayışlardan istifadə etməyi bacarmalıdır;

-    hər bir hüquq sahəsi üzrə qanunvericiliklə işləməyi, bu sahədə məlumatların toplanması və təhlilini aparmağı bacarmalıdır;

-    hər bir hüquq sahəsi üzrə əsas problemləri dərk etməyi, onların konkret tətbiq sahələrini bilməyi, fənlərarası əlaqələri görməyi bacarmalıdır;

-    tədris prosesində kompüter texnologiyasından, hüquqi termin-lərdən istifadə etməyi bacarmalıdır;

-    hüquq və məhkəmə təcrübələrindən istifadə etməyi bacarmalıdır;

-    hər bir praktik hüquq sahəsi üzrə məhkəmə təcrübələrini öyrənməyi bacarmalıdır;

-    hüquq klinikasında işləməyi bacarmalıdır;

-    hüquq klinikasında qazanılmış hüquqi bilik, bacarıq və vərdişlərə uyğun olaraq, insanların problem-lərini həll etməyi və onlara yol göstərməyi bacarmalıdır;

-    fəaliyyətini proqnozlaşdırmaq üçün elmi yenilikləri tətbiq etməyi bacarmalıdır;

-   müvafiq dövlət orqanlarında (icra hakimiyyəti, məhkəmə və s.) praktiki fəaliyyətin əsas istiqamətlərini müəyyənləşdirməyi bacarmalıdır;

-   mülki müdafiə üzrə fövqəladə hallarda xilasetməni;

-   müasir qırğın vasitələri ilə zədələnmişlərə ilk tibbi yardımı və s. bacarmalıdır.

yiyələnməlidir:

-    ixtisas  üzrə əsas biliklərə yiyələnməlidir;

-    hər bir hüquq sahəsi üzrə qanunvericiliklə işləməyə, bu sahədə məlumatların toplanması və təhlilini aparmağa yiyələn-məlidir;

-    hüquq və məhkəmə təcrübəsin-dən istifadə etməyə yiyələnmə-lidir;

-    hər bir praktik hüquq sahəsi üzrə məhkəmə təcrübələrini öyrənməyə yiyələnməlidir;

-    hüquq klinikasında işləmək bacarığına yiyələnməlidir;

-    hüquq klinikasında qazanılmış hüquqi bilik, bacarıq və vərdişlərə uyğun olaraq insanların problem-lərini həll etməyə yiyələnməlidir;

-    müvafiq dövlət orqanlarında (icra hakimiyyəti, məhkəmə və s.) praktiki fəaliyyətlə işləmək bacarığına yiyələn-məlidir;

-    qanunları düzgün tətbiq etmək bacarığına yiyələnməlidir.

-    mülki müdafiə üzrə tə­xi­rəsalınmaz işlərə yiyələnməlidir və s.

180

İPF – B01

Konstitusiya hüququ

İPF – B02

Mülki hüquq

İPF – B03

Mülki-prosesual hüquq

 

İPF – B04

Cinayət hüququ

 

İPF – B05

Cinayət prosesi

İPF – B06

Beynəlxalq ümumi hüquq

İPF – B07

Əmək hüququ

İPF – B08 Kriminalistika

İPF – B09

Maliyyə hüququ

İPF – B10

İnzibati hüquq

İPF – B11

İnsan hüquqları

İPF – B12

Azərbayca-nın

hüquq tarixi

İPF – B13

Hüquq nəzəriyyəsi

İPF – B14

Kommersiya hüququ

İPF – B15

Beynəlxalq xüsusi huquq

İPF – B16

Ekologiya huququ

İPF – B17

Cəza-icra hüququ

İPF – B18

Sosial təminat hüququ

İPF – B19

Ailə hüququ

İPF – B20

Avropa hüququ

İPF – B21

Məhkəmə ekspertizası

İPF-B22

Mülki müdafiə

 

 

İPFS – B00

Seçmə fənlər

(Peşə hazırlığı üzrə*)

 

8

 

 

17

 

8

 

 

 

 

17

 

 

 

12

 

 

 

11

 

 

8

 

 

8

 

 

4

 

 

8

 

 

4

 

 

4

 

 

 

7

 

Hüquq kafedrası                      Struktur

© Copyright 2005-2013 The Academy of Public Administration