AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
İyul 07 , 2020, Çərşənbə - 09:03

MAGİSTRATURAYA SƏNƏD QƏBULU-2019/2020

E  L  A  N

2020/2021-ci tədris ilində

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASINA

MAGİSTRATURAYA QEYDİYYAT ÜÇÜN TƏQDİM OLUNMALI

SƏNƏDLƏRİN SİYAHISI

1.        Elektron ərizəyə daxil olmaq üçün iş nömrəsi və şəxsi kabinetinin istifadəçi adı

2.        Şəxsiyyət vəsiqəsinin əsli və surəti (4 nüsxə)

3.        Bakalavr diplomunun əsli, diploma əlavə və diplomun 1 ədəd surəti (2020-ci ilin məzunları üçün diplomu əvəz edən arayış)

4.        Sağlamlıq haqqında arayış (şəkilli)

5.        Dörd ədəd rəngli fotoşəkil (3x4)

6.        Tərcümeyi-hal (Aydın və səliqəli yazılmalı, əlyazma şəklində olmalı. Özü barədə ətraflı məlumat verib, ailə üzvlərini bir-bir sadalamaqla təvəllüd, doğulduğu şəhər, hal-hazırda işlədikləri yer və tutduqları vəzifələri göstərməli)

7.        Bir ədəd ipli qovluq

8.        Əlavə sənədlər (şəhid ailəsi, məcburi köçkün və qaçqın olması haqqında, özünün və valideynlərinin əlilliyi haqqında sənədlərin, xidməti başa vuranların hərbi biletinin notarial qaydada təsdiq edilmiş sürəti, hərbi xidmətə çağırış vərəqinin surəti,)

9.        Yuxarıda sadalanan bütün sənədlərin elektron surətləri (elektron daşıyıcıda gətirə və yaxud aşağıda göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz)

Sənədlərin qəbulu iyul ayının 6-dan iyul ayının 15-dək (şənbə və bazar günləri istisna olmaqla)

24 nömrəli otaqda aparılacaqdır.

İş vaxtı: bazar ertəsi – cümə günləri, 1000 - 1700      (1300 - 1400 fasilə)

 e-mail: qeydiyyat@dia.edu.az

 

Akademiyaya ödənişli əsaslarla qəbul olmuş aşağıdakı şəxslər lazımi sənədləri təqdim etməklə ödənişdən azad oluna bilərlər:

1. Dövlətin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların övladları (20 yanvar və Qarabağ müharibəsi şəhidləri) - şəhid ailəsi olması haqqında vəsiqələrin əsli və surəti (notarial təsdiq);

2. Məcburi köçkünlərin övladları - tələbənin və valideynlərinin məcburi köçkün olması haqqında vəsiqələrinin əsli və surəti (notarial təsdiq);

3. Valideyn himayəsindən məhrum olan şəxslər (habelə bir valideynini itirmiş, digər valideyni I və II qrup əlil olan şəxslər) - valideynlərdən hər hansı birini itirməsi və digərinin əlilliyi olması haqqında vəsiqələrin əsli və surəti (notarial təsdiq);

4. Əlillik dərəcəsi (I və II qrup) olan gənclər - əlillik dərəcəsinin olması haqqında vəsiqənin əsli və surəti (notarial təsdiq);

 

© Copyright 2005-2013 The Academy of Public Administration