AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Avqust 11 , 2020, Çərşənbə - 16:57

Tələbə Elmi Cəmiyyəti

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında tələbə və magistrantların elmi yaradıcılığının inkişaf etdirilməsinə böyük əhəmiyyət verilir. Bu məqsədlə, həmçinin  onların elmi-tədqiqat işlərini fəallaşdırmaq, elmi tədqiqat işinə cəlb olunmasını  təmin etmək məqsədilə Rektorun 08 noyabr  2001 – ci il tarixli əmri ilə DİA Tələbə Elmi Cəmiyyəti (TEC)  yaradılmışdır.

Dövlət İdarəçilik Akademiyasında Tələbə Elmi Cəmiyyətinin işinə ümumi rəhbərlik DİA-nın Rektoru  akademik Urxan  Ələkbərov  tərəfindən həyata keçirilir ki, bu da TEC-in fəaliyyətinin səmərəli təşkilinə böyük  kömək edir.         

 DİA  Tələbə Elmi Cəmiyyəti (sədr  fəlsəfə üzrə fəlsəfə doktoru, dosent S.İ. Məmmədova) özünün strukturunda “Siyasi idarəetmə” və “İnzibati idarəetmə” fakültələri TEC-lərini, həmçinin Magistr  Elmi Cəmiyyətini  birləşdirir. Tələbə və magistrlərin elmi-tədqiqat və yaradıcılıq işləri tədrislə sıx əlaqəli təşkil olunur. Tələbə elmi işlərinin mövzuları və məzmunu ümumakademiya elmi problemləri və  kafedraların elmi tədqiqat işlərinin istiqamətlərinə uyğun olaraq müəyyən olunur.

DİA TEC-nin fəaliyyətinin əsas istiqamətlərini aşağıdakılar təşkil edir:

-elmi yaradıcılığa maraq göstərən tələbə və magistrantları TEC-in fəaliyyətinə  cəlb etməklə, hər il fakültələr üzrə elmi tədqiqatın metodologiyası ilə bağlı seminar – treninqlərin keçirilməsi;

- ixtisas kafedraları ilə birlikdə hər il tələbələrin elmi-tədqiqat işlərinin təxmini mövzularının hazırlanması, tələbə və magistrantlara seçmək üçün təqdim edilməsi;

-seçilmiş mövzular üzrə  elmi iş üzərində işləyən  tələbə və magistrantlarla rəhbərlərin iştirakı ilə bir neçə mərhələdə elmi məsləhətlərin keçirilməsi;

-yerinə yetirilmiş hər bir elmi işin  kafedraların iştirakı ilə yoxlanılmasının təşkili, işlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə tələbə və magistrantlara onların işləri ilə bağlı tövsiyələrin verilməsi;

-TEC üzrə yerinə yetirilmiş elmi işlərin  yekunlarına həsr olunmuş eimi konfransın keçirilməsi və konfrans materiallarının nəşr edilməsi; 

-TEC üzvlərinin iştirakı ilə müasir Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu, sosial-iqtisadi inkişaf və dövlət idarəçiliyinin aktual problemlərinə həsr olunmuşdəyirmi masaların və elmi-praktik  konfransların, məqalə və esse müsabiqələrinin keçirilməsi;

-beynəlxalq, respublika və digər ali məktəblər  səviyyəsində keçirilən elmi konfranslar və müsabiqələrdə  TEC üzvlərinin iştirakının təşkil edilməsi və s.

DİA TEC-i  öz fəaliyyətində Ümummilli lider Heydər Əliyevin dövlətçilik irsinin tələbə və magistrantlar tərəfindən öyrənilməsinə  xüsusi yer verir, bu istiqamətdə hər il elmi konfrans, dəyirmi masa və müsabiqələr keçirir.

      2019-cu ildə DİA Tələbə Elmi Cəmiyyəti  həmin istiqamətlərdə işini təşkil etməklə yanaşı, aşağıdakı elmi konfranslar  və  dəyirmi masalar keçirmişdir:

-       25 fevral 2019-cu iltarixində DİA tələbə və magistrantlarının iştirakı ilə  “Xocalı soyqırımı XX əsrin ən dəhşətli qətliamıdır”  mövzusunda dəyirmi masa;

-       10 may2019-cu il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “«Heydər Əliyev xarizmatik

lider, müstəqil Azərbaycan dövlətinin banisidir» mövzusunda elmi konfrans;

-       24 may 2019-cu iltarixində DİA tələbə və magistrantlarının  iştirakı ilə  

 Azərbaycan Xalq Cümhuriyyətinin  daxili və xarici siyasəti mövzusunda dəyirmi masa.

-       20 dekabr 2019-cu il tarixində  DİA Tələbə Elmi Cəmiyyəti üzvlərinin 2019-cu ildə yerinə yetirdikləri elmi işlərinin yekunlarına həsr olunmuş  “Azərbaycan Respublikasının  müasir inkişaf prioritetləri” mövzusunda üç bölmədə keçirilmiş elmi-praktiki konfrans.

Hazırda DİA TEC-i öz fəaliyyətini yuxarıda göstərilən istiqamətlər üzrə davam etdirir, bu sahədə topladığı təcrübənin daha da təkmilləşdirilməsinə çalışır.    

 

       DİA Tələbə Elmi Cəmiyyətinin

                     Sədri                                           dosent S.İ.Məmmədova

© Copyright 2005-2013 The Academy of Public Administration