AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Dekabr 19 , 2018, Çərşənbə axşamı - 12:02

Xəbərlər
DIA-da “Dövlətin sosial siyasəti: mahiyyət, prioritetlər və həyata keçirilmə mexanizmləri” və ”İnvestisiya proseslərinin dövlət tənzimlənməsi və dövlətin maliyyə-kredit siyasəti”, istiqamətləri üzrə qısamüddətli ixtisasartırma kursları keçirilmişdir
May 29 , 2014 - 11:32

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlətin sosial siyasəti: mahiyyət, prioritetlər və həyata keçirilmə mexanizmləri” və ”İnvestisiya proseslərinin dövlət tənzimlənməsi və dövlətin maliyyə-kredit siyasəti”, istiqamətləri üzrə qısamüddətli ixtisasartırma kursları keçirilmişdir. Kurslara Dövlət Hakimiyyətinin mərkəzi, şəhər, rayon miqyaslı orqanlarının, müvafiq nazirlik, komitə və idarələrinin rəhbər işçiləri cəlb olunmuşdur.

“Dövlətin sosial siyasəti: mahiyyət, prioritetlər və həyata keçirilmə mexanizmləri” istiqamətinin əsas məqsədi – Azərbaycan Respublikasında sosial siyasət və onun əsas istiqamətləri,  Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişaf perspektivləri, Azərbaycan Respublikasında məşğulluq strateqiyasının həyata keçirilməsi, Əmək münasibətlərinin tənzimlənməsində başlıca hüquqi sənədlər, Təhsil dövlət siyasətinin tərkib hissəsi kimi:vəzifələr, prioritetlər, perspektivlər və s. problemlərlə bağlı biliklərin dinləyicilərə çatdırılması və onlarla fikir mübadiləsinin aparılması idi.

Qeyd edilən kurs ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov,      nazir müavinləri- İdris İsayev və Mətin Kərimli, Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev, Milli Məclisin komitə sədri Hadı Rəcəbli, Təhsil nazirinin müşaviri İlham Pirməmmədov, DİA-nın müəllimləri müxtəlif mövzularda mühazirələrlə çıxış etmişlər. 

Eyni zamanda qeyd olunan kursla yanaşı -”İnvestisiya proseslərinin dövlət tənzimlənməsi və dövlətin maliyyə-kredit siyasəti” - istiqaməti üzrə qısamüddətli  ixtisasartırma kursu keçirilmişdir. Kursun əsas məqsədi, neft gəlirləri və iqtisadi inkişaf, Azərbaycan Respublikasında qeyri-neft sektorunun inkişafı dinamik inkişafın zəruri şərti kimi, Azərbaycan Respublikasında antiinhisar siyasətinin əsas istiqamətləri. Bu kursda İqtisadiyyat və Sənaye Nazirliyi, Vergilər Nazirliyi, DİA-nın və digər ekspertlərin muhazirələri dinlənilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında kurslar üzrə dinləyicilərin buraxılış mərasimi keçirilmişdir. Akademiyanın rəhbərliyi, kursların sonunda dinləyicilər qarşısında çıxış etmiş, onlara kursu müvəffəqiyyətlə bitirdiklərinə üçün sertifikatlar təqdim edilmişdir.

© Copyright 2005-2013 The Academy of Public Administration