AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
May 29 , 2017, Bazarertəsi - 13:33

Xəbərlər
Dövlət İdarəçilik Akademiyası “Elektron imza” İnformasiya Cəmiyyətinin vacib atributudur: Elektron imza tətbiqinin üstünlükləri və aktual problemləri” mövzusunda respublika elmi-praktik konfransda təmsil olunmuşdur
Apr 24 , 2017 - 11:58

18-19 aprel 2017-ci il tarixlərdə Azərbaycan Texniki Universitetində (AzTU) “Elektron imza” İnformasiya Cəmiyyətinin (Elektron hökumət) vacib atributudur: Elektron imza tətbiqinin üstünlükləri və aktual problemləri” mövzusunda respublika elmi-praktik konfransı keçirilmişdir. Konfrans  Təhsil, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri tərəfindən birgə təşkil olunub.

Respublika elmi-praktik konfransında AzTU-nun rektoru vəzifəsini icra edən Xalıq Yahudov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) elm, texnologiya və informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsbəndiyar Əliyev, Dövlət Gömrük Komitəsinin Fəaliyyətinin Qiymətləndirilməsi və İnkişaf Proqramları baş idarəsinin rəisi, Layihələrin İdarə edilməsi Assosiasiyasının prezidenti, general-mayor İqbal Babayev, “Multimediya” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz və digərləri çıxış etmişlər.

 Plenar iclasdan sonra konfransın işi bölmə iclaslarında davam etdirilib.

Müxtəlif ali təhsil müəssisələrindən, aidiyyəti nazirliklərdən, komitə və təşkilatlardan nümayəndələrin iştirak etdikləri konfransa ümumilikdə 90 məqalə təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası da konfransın işində fəal iştirak etmişdir. Akademiyada “Elektron idarəetmə” ixtisası üzrə təhsil alan magistrantlar və bakalavr pilləsinin yuxarı kurs tələbələri bölmə iclaslarında iştirak etmiş və müzakirələrə qatılmışlar.

Konfransda “Dövlət idarəçiliyində informasiya texnologiyaları” kafedrasının dosenti Ağamehdi Mehdiəliyev “Müasir dövlət idarəçiliyinin informasiya strukturunun bəzi siyasi-sosial aspektləri” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzə maraqla qarşılanmış, onun müəllifinə müvafiq sertifikat təqdim olunmuşdur.

 

© Copyright 2005-2013 The Academy of Public Administration