AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
İyun 26 , 2017, Bazarertəsi - 21:45

Xəbərlər
Dövlət İdarəçilik Akademiyasında “Azərbaycan multikulturalizminin inkişaf perspektivləri” mövzusunda elmi konfrans keçirilib
Apr 27 , 2017 - 03:16

27 aprel 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Azərbaycan multikulturalizminin inkişaf perspektivləri”mövzusunda elmi konfrans keçirilib.

Konfransı giriş sözü ilə Akademiyanın humanitar və sosial məsələlər üzrə prorektoru, dosent Mehdi Abdullayev açıb. O, qeyd edib ki, ulu öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər Azərbaycanı müxtəlif milli və mədəni dəyərlərin qovuşma müstəvisinə çevirib. Ötən ilin ölkə prezidenti tərəfindən Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu xatırlatdı, vurğuladı ki, konfransın məqsədi dövlətçilik məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni müxtəlifliyin qorunmasını təmin etmək, ölkəmizin dünyada multikulturalizm mərkəzi kimi daha çox tanınmasına töhfə verməkdir.

Daha sonra söz məruzəçilərə təqdim edilib. Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşaviri Xidmətinin baş məsləhətçisi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Fəlsəfə və Sosial Psixologiya kafedrasının müdiri prof. Etibar Nəcəfov “İslam həmrəyliyinin möhkəmləndirilməsində Azərbaycan multikulturalizm modelinin əhəmiyyəti”, Azərbaycan Respublikasının Prezidenti yanında “Bilik Fondunun” aparat rəhbəri prof. İsaxan Vəliyev “İslam həmrəyliyi dini ekstremizmə qarşı”, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Rəşad İlyasov “Ümummilli lider Heydər Əliyev və İslam sivilizasiyası”, Azərbaycan Dillər Universitetinin professoru Nigar Vəliyeva “Qloballaşma şəraitində təhsilin dili və dilin tədrisi”, Fəlsəfə və Sosial Psixologiya kafedrası müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Cahangir Cahangirli “Multikulturalizm sosial hadisə kimi”, fəlsəfə üzrə fəlsəfə doktoru Radif Mustafayev “Multikulturalizm və sosial ədalət problemi”,  DİA-nın tələbəsi Xanım Paşayeva “Azərbaycan multikulturalizm modelinin təbliğində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin həyata keçirtdiyi layihələrin əhəmiyyəti”  adlı məruzələrlə çıxış ediblər.

© Copyright 2005-2013 The Academy of Public Administration