AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
May 25 , 2017, Cümə axşamı - 03:36

Xəbərlər
Ümummilli lider Heydər Əliyevin zəngin irsi Azərbaycanın uğurlu inkişafının təməlidir
May 04 , 2017 - 02:20

Mayın 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Heydər Əliyev Mərkəzinin birgə əməkdaşlığı ilə fəaliyyət göstərən Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş “Heydər Əliyev irsi Azərbaycanın uğurlu inkişafının təməlidir” mövzusunda elmi konfrans keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin akademiyadakı büstü önünə güllər düzüb, xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov müasir müstəqil dövlətimizin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq rolundan danışıb.

Ümummilli lider Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən bəhs edən rektor dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib, Azərbaycanda qazanılan nailiyyətləri əsaslı faktlarla diqqətə çatdırıb.

Akademik U.Ələkbərov Ulu Öndərin əziz xatirəsinin ürəklərdə daim yaşayacağını vurğulayıb.

Sonra ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən film göstərilib.

Milli Məclisin deputatı Aydın Mirzəzadə, DİA-nın iqtisadiyyatın dövlət tənzimlənməsi kafedrasının dosenti Roza Əliyeva, beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının professoru Elçin Əhmədov və digər çıxış edənlər də ulu öndər Heydər Əliyevin doğma Vətən və xalq qarşısındakı müstəsna xidmətlərindən, zəngin dövlətçilik təcrübəsinin, azərbaycançılıq ideologiyasının əhəmiyyətindən danışıblar.

© Copyright 2005-2013 The Academy of Public Administration