AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
May 25 , 2017, Cümə axşamı - 03:37

Xəbərlər
Azərbyacanda davamlı inkişafa həsr olunmuş respublika elmi-praktik konfrans keçirilmişdir
May 11 , 2017 - 01:05

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Davamlı inkişafın planlaşdırılması və idarə edilməsi” kafedrasının və Azərbaycan Respublikasının Dövlət Gömrük Kömitəsinin Akademiyasının təşkilatçılığı ilə “ Müasir  dövrdə davamlı inkişafın idarə edilməsinin əsas istiqamətləri ” mövzusunda respublika elmi-praktiki  konfransı keçirilmişdir.

Konfransda Dövlət İdarəçilik Akademiyasının, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Akademiyasının və Türkiyənin EGE Üniversitesinin professor-müəllim heyəti, doktorantlar, magistrantlar və tələbələr iştirak etmişdir.

Elmi-praktik konfransı giriş sözü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov açmışdır. Rektor, qeyd etmişdir ki, Azərbaycanın davamlı inkişafında əldə etdiyi uğurlar xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin yeritdiyi uzaqgörən, müdrik siyasəti, həmçinin prezident İlham Əliyevin ölkənin modernləşməsində  apardığı islahatlar ilə bağlıdır.

Konfransda çıxış edən Azərbaycan Respublikasının Dövlət Gömrük Kömitəsinin sədr müavini, general-leytenant Şahin Bağırov tədbirin əhəmiyyətindən, Azərbaycanın iqtisadi inkişafında kömrük komitəsinin rolu, ölkənin davamlı inkişafının idarə edilməsində əldə edlmiş nailiyyətlər barədə çıxış etmişdir.

Konfransın plenar iclasında  məruzə ilə  Dövlət İdarəçilik Akademiyasının inzibati idarəetmə fakültəsinin dekanı professor Çingiz İsmayılov “Müasir dövrdə Azərbaycanın davamlı inkişafının təmin edilməsinin əsas meyarları” movzusunda, İzmirin EGEY universitetinin professorları Tancu Tosun , Gülgün Erdoğan Tosun və Mustafa Mutluer İzmir timsalında davamlı inkişaf, şəhər urbanizasiyası, turizm sektorunun inkişafı və alternativ enerjinin istifadəsi  mövzularına həsr olunmuş məruzələrlə  çıxış etmişlər.

Günün ikinci yarısında gənc alimlər Bayramov Ramil, Elşən Əhmədov, Simnar Mamedov, DİA-nın və DGKA-nın doktorant və tələbələri maraqlı məruzə və prezentasiyalar ilə çıxışlar etmişlər.

 

 

© Copyright 2005-2013 The Academy of Public Administration