AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
İyun 26 , 2017, Bazarertəsi - 21:21

Xəbərlər
Dövlət İdarəçilik Akademiyasında 15 iyun Milli Qurtuluş Günü qeyd edilmişdir
İyn 14 , 2017 - 01:14

           İyunun 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 15 iyun-Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir.

Dövlət Himni səsləndikdən sonra, tədbiri giriş sözü ilə açan Akademiyanın I prorektoru, professor Əlikram Abdullayev müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışını müstəqillik tarixinə “Milli Qurtuluş Günü” kimi daxil olmasından, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə yenidən gələn Ulu Öndərin Azərbaycanı parçalanmaqdan, məhv olma təhlükəsindən və vətəndaş müharibəsindən xilas etdiyini xatırlatmışdır. Natiq xalqın öz xilaskarı kimi Heydər Əliyevə üz tutmasının düzgün tarixi seçim olduğunu qeyd etmiş, Ulu Öndərin ideyalarını uğurla həyata keçirən ölkə prezidenti cənab İlham Əliyevin respublikamızın inkişafı naminə gördüyü işlərdən danışmışdır.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, DİA-nın “Siyasi araşdırmalar institutu”nun müdiri, siyasi elmlər doktoru, professor Elman Nəsirov, İqtisadiyyatın dövlət tənzimlənməsi kafedrasının dosentiRoza Əliyeva, Tarix kafedrasının professoruMusa Quliyev və digərləri  qeyd etmişlər ki, Azərbaycanın görkəmli oğlu böyük vətənpərvər Heydər Əliyev xalqın bu ağır günündə, şübhəsiz, kənardan baxa bilməzdi. O, xalqın təkidli dəvətini qəbul edib Bakıya gəldi. Xilaskarlıq missiyasını öz üzərinə götürən bu dahi şəxsiyyət həyatını təhlükə altında qoyaraq Gəncəyə getdi. Hadisələrin daha faciəli nəticələrə gətirib çıxarmaması üçün öz müdrik, ağsaqqal sözünü dedi, vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını aldı. Heydər Əliyevin xilaskarlıq missiyası bu günü tariximizə Milli Qurtuluş Günü kimi daxil etdi. Çıxışçılar bildirmişlər ki, Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı xalqın qurtuluş, nicat yolu olmuş, bu böyük şəxsiyyətin vətənin ağır günlərində öz xalqının yanında olması insanların itmiş ümidlərini özlərinə qaytarmış, Ulu Öndər Heydər Əliyevin respublika rəhbərliyinə vaxtında və yenidən qayıdışı ölkəmizi məhv olmaqdan qurtarmış, onun qətiyyəti xalqa ruh yüksəkliyi gətirmiş, ölkədə sabitlik və əmin-amanlıq yaratmışdır.

Dəyirmi masada Ulu Öndərə həsr edilmiş film nümayiş etdirilmişdir.

 

© Copyright 2005-2013 The Academy of Public Administration