AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Dekabr 14 , 2017, Cümə axşamı - 00:24

Xəbərlər
Dövlət İdarəçilik Akademiyasında Bilik Günü qeyd edilib
Sen 15 , 2017 - 05:13

15 sentyabr 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında «Bilik Günü » münasibətilə tədbir keçirilib. Rektor, akademik Urxan Ələkbərov professor-müəllim, tələbə və magistrləri yeni tədris ili münasibəti ilə təbrik edib,  onlara yeni  uğurlar arzulayıb. O, müstəqil dövlətimizin qurucusu Ulu Öndər Heydər Əliyevin elm və təhsilin inkişafına daim böyük önəm verdiyini, Ümummilli Liderin siyasətini uğurla davam etdirən ölkə başçısı Prezident İlham Əliyevin elm və təhsillə bağlı imzaladığı bir çox sənədlərin əhəmiyyətini diqqətə çatdırıb. Qeyd edib ki, müasir dövrdə ölkənin gücü onun təbii sərvətləri ilə yanaşı,  insan potensialı ilə də müəyyən edilir. Xüsusilə də dövlət idarəçiliyi üçün milli kadr potensialının formalaşdırılmasının müasir dövlət quruculuğu prosesinin tərkib hissəsi olduğunu bildirən U.Ələkbərov respublikamızda dövlət qulluğunun təkmilləşdirilməsi prosesinin uğurlu nəticələrindən danışıb. Akademik XXI əsrin prioriteti olan davamlı inkişafın idarə olunması sahəsində Azərbaycanın qazandığı nailiyyətlərdən söz açaraq bunun kökündə Prezident İlham Əliyevin tətbiq etdiyi innovativ idarəçilik texnologiyalarının durduğunu qeyd edib.  Natiq bildirib ki, bu fakt nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də təsdiqlənib və dövlət qulluğu üçün kadr potensialının gücləndirilməsi ölkədə inkişafın planlaşdırılması və idarə edilməsi proseslərini daha da sürətləndirəcəkdir. Rektor 2017/2018-ci tədris ilində Dövlət İdarəçilik Akademiyasının tələbəsi adını qazananların əksəriyyətinin yüksək bal toplayanlar olmasını, ölkə üzrə yüksək nəticələr göstərən gənclərin 333 nəfərinin məhz Akademiyanı seçməsini də bu baxımdan önəmli fakt kimi dəyərləndirib. O, bununla yanaşı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin DİA-nı dövlət idarəçiliyi və icra hakimiyyəti orqanları üçün müvafiq ixtisaslar üzrə mütəxəssis hazırlığını həyata keçirən  aparıcı tədris, metodik, elm və analitik informasiya mərkəzi kimi müəyyənləşdirən Fərmanlarına əsasən Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Nazirlər Kabineti, Milli Məclis, Naxçıvan Muxtar Respublikası, mərkəzi icra hakimiyyəti orqanları, müxtəlif nazirliklər, şəhər və rayon icra hakimiyyətləri və digər dövlət orqanlarında çalışan 75 nəfər rəhbər kadrın Dövlət İdarəçilik Akademiyasında magistr təhsili almağa başlaması faktını diqqətə çatdırıb və bunula bağlı kollektivin üzərinə düşən məsuliyyətli gözləntinin olduğunu vurğulayıb.

     Daha sonra Siyasi idarəetmə fakültəsinin dekanı professor Zaur Bağırov, İnzibati idarəetmə fakültəsinin dekanı professor Çingiz İsmayılov və digər çıxış edənlər tələbələr təbriklərini çatdırıb, gələcəkdə ölkədə uğurlu nailiyyətlərin əldə edilməsində Dövləat İdarəçilik Akademiyasının məzunlarının imzasının daha da çox olacağına inam ifadə ediblər

© Copyright 2005-2013 The Academy of Public Administration