AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Oktyabr 17 , 2017, Çərşənbə - 14:03

Xəbərlər
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 3 yanvar tarixli 60 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Sen 27 , 2017 - 11:03

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 3 yanvar tarixli 60 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 1, maddə 13; 2011, № 2, maddə 85; 2017, № 7, maddə 1350) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü bəndin beşinci abzasında və 5-ci bənddə “onları əvəz etmək üçün ehtiyat kadrların” sözləri “dövlət qulluğunun ehtiyat kadrlarının” sözləri ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 3-1-ci bənd əlavə edilsin:

“3-1. Akademiya dövlət idarəçiliyi və icra hakimiyyəti orqanları üçün müvafiq ixtisaslar üzrə mütəxəssis hazırlığını və əlavə təhsili həyata keçirən aparıcı tədris, metodik, elm və analitik informasiya mərkəzidir.”.

3. 6-cı bənd ləğv edilsin.

4. 11-ci bəndin beşinci abzasında “onların əvəz edilməsi üçün ehtiyatın” sözləri “dövlət qulluğunun ehtiyat kadrlarının” sözləri ilə əvəz edilsin.

5. Aşağıdakı məzmunda 20-1-ci və 20-2-ci bəndlər əlavə edilsin:

“20-1. Akademiyanın tədris fəaliyyəti ali təhsilin bakalavriat, magistratura, doktorantura və əlavə təhsil səviyyələrində həyata keçirilir.

20-2. Akademiyada doktoranturanın yaradılması, doktoranturaya qəbul, o cümlədən dissertant kimi təhkim olunma qaydaları, təhsilalma formaları və təhsil müddəti “Elm haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 sentyabr 2017-ci il.

© Copyright 2005-2013 The Academy of Public Administration