AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Noyabr 22 , 2017, Çərşənbə axşamı - 23:14

Xəbərlər
Dövlət İdarəçilik Akademiyasında «Azərbaycan dövlətçiliyinin hüquqi əsasları və inzibati islahatlar» istiqaməti üzrə qısamüddətli ixtisasartırma kursu keçirilmişdir
Okt 09 , 2017 - 11:12

 Bu istiqamətdə kursun əsas məqsədi Azərbaycanın siyasi-iqtisadi və sosial inkişafı hüquqi islahatların zəmini kimi, Ali idarəetmə səviyyəsində islahatlar, Azərbaycan Respublikasında hüquq islahatları, Cəza siyasətinin humanistləşdirilməsi və s. problemlərlə  bağlı biliklərin dinləyicilərə çatdırılması və onlar ilə fikir mübadiləsinin aparılması idi. Kurs ərzində «Azərbaycan dövlətçiliyinin hüquqi əsasları və inzibati islahatlar» istiqaməti üzrə - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və Hüquq Ekspertizası Məsələləri şöbəsinin baş məsləhətçisi Elturan Babayev, Milli Məclisinin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli, Mərkəzi Seçki Komissiyasının üzvü Fuad Cavadov, Ədliyyə Nazirliyi İctimaiyyətlə Əlaqələr və İnsan Hüquqları İdarəsinin rəisi Faiq Qurbanov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Hüquq-1 kafedrasının müdiri, dosent Fəxrəddin Nağıyev, Ali Məhkəməsi mülki kollegiyasının hakimi Vəfaddin İbayev, Dövlət Təhlükəsizliyi Xidməti Akademiyasının əməkdaşı Rövşən Əzizov, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin İnsan hüquq və azadlıqlarının müdafiəsi problemləri kafedrasının rəisi-böyük prokuror Talıb Cəfərov, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təşkilatı-analitik bölməsinin rəisi Vasif Qasımov, Ali Məhkəməsinin hakimi İlqar Dəmirov, Bakı Apellyasiya Məhkəməsinin hakimi Rafael Eyvazov, Vergilər Nazirliyi yanında Milli gəlirlər Departamentinin hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin rəisi Samir Seyidəhmədli, Milli Məclisi İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov, Konstitusiya Məhkəməsi Aparatının Məhkəmə iclaslarının təşkili sektorunun müdiri Fərrux Seyidov mövzular üzrə mühazirələrlə çıxış etmişlər. 

Kursun sonunda Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov dinləyicilər qarşısında çıxış etmiş və onlara kursu müvəffəqiyyətlə bitirdiklərinə görə sertifikatlar təqdim edərək gələcək işlərində uğurlar arzu etmişlər.

 

          

 

© Copyright 2005-2013 The Academy of Public Administration