AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Noyabr 22 , 2017, Çərşənbə axşamı - 23:22

Xəbərlər
Dövlət İdarəçilik Akademiyasında Turkiyənin yüksək vəzifəli dövlət qulluqçuları üçün təlim-seminar keçirilib
Okt 30 , 2017 - 12:36

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) ilə Türkiyə və Orta Şərq Dövlət İdarəetmə İnstitutu (TODAİE) arasında imzalanmış Anlaşma Protokolu çərçivəsində birg

ə yaradılan “Qafqaz Dövlət İdarəçiliyi Araşdırma və Tədris Mərkəzi”ndə Turkiyənin yüksək vəzifəli dövlət qulluqçuları üçün təlim-seminar keçirilib.

Təlim-seminarda Türkiyənin Nazirlər Kabineti, Müdafiə, Ədliyyə, Daxili İşlər, Maliyyə, Təhsil, Əmək və sosial müdafiə, Meşə və su təsərrüfatı, Mədəniyyət və Turizm, Elm, Sənaye və Texnologiyalar, Kənd Təsərrüfatı, Ailə və sosial siyasət, Ətraf mühit və şəhərsalma nazirliklərinin, Milli Təhlükəsizlik Qurumu, Hakim və prokurorlar qurumu, Radio və Televiziya Qurumu, Miqrasiya, Məşğulluq idarələri və digər mərkəzi qurumların yüksək vəzifəli dövlət qulluqçularından ibarət heyət iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov tədbiri açaraq qonaqları salamladı, təlim-seminarın işinə uğurlar arzuladı. Akademik Urxan Ələkbərov “Davamlı inkişaf naminə innovativ idərəçilik texnologiyaları: Azərbaycan təcrübəsi” mövzusunda ilk məruzə ilə çıxış edib. Rektor ümummilli lider, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən bəhs edib, ulu öndərin siyasi xəttinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini diqqətə çatdırıb, bu gün əldə edilmiş nailiyyətlərin əsasında Prezident İlham Əliyevin həyata keçirdiyi innovativ inkişaf strategiyasının dayandığını bildirib. U. Ələkbərov innovativ inkişaf strategiyasının reallaşdırılmasında ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi rolunu qeyd edib və bu sahədə dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyətinin, xüsusən də Heydər Əliyev Fondunun önəmli fəaliyyətinə diqqət çəkib.

Mühazirədə ölkə iqtisadiyyatının sürətli inkişafı istiqamətində aparılan uğurlu siyasətin əsas hədəfləri, eləcə də davamlı inkişafa təsir edən amillər müqayisəli şəkildə təhlili edib. Azərbaycanın bir çox istiqamətlərdə regional və qlobal liderə çevrildiyini qeyd edən rektor çıxışında ölkəmizin inkişaf göstəricilərinin bir çox beynəlxalq təşkilatlar, o cümlədən BMT, Dünya Bankı və digər nüfuzlu qurumların rəsmi sənədlərində, müstəqil ekspertlər tərəfindən hazırlanmış hesabatlarda öz təsdiqini tapdığını vurğulayıb.

Rektor vurğulayıb ki, ölkənin qısa müddətdə iqtisadi və sosial sahədə qazandığı yüksək nailiyyətləri, XXI əsrin çağırışlarının həllinə yönəlmiş dünya əhəmiyyətli təşəbbüsləri, ildən-ilə artan beynəlxalq nüfuzu Azərbaycanı bir çox istiqamətlərdə regional və qlobal liderə çevirib. Eyni zamanda, məlumat verilib ki, Azərbaycan son illərdə bir çox davamlı inkişaf göstəriciləri və sosial indikatorlara görə, “Böyük İyirmilik” və “Böyük Yeddilik” ölkələrinin əksəriyyətini üstələyir.

Təlim-seminarda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası “Siyasi araşdırmalar institutu”nun direktoru Milli Məclisin deputatı, professor Elman Nəsirov “Azərbaycan Türkiyə münasibətləri”, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev isə “İctimai diplomatiya” mövzusunda çıxış etmişlər. Çıxışçılar Azərbaycan və Türkiyənin regionun güc mərkəzləri olmaqla yanaşı eyni zamanda elm, bilik mərkəzi kimi formalaşması baxımıından əhəmiyyətini qeyd edib, hər iki ölkənin dövlət qulluqçularının təcrübə mübadiləsinin olmasını, kadr potensialının təkmilləşdirilməsi sahəsində həyata keçirilən təşəbbüslərin əhəmiyyətini diqqətə çatdırıblar. Məruzəçilər iki ölkə arasında olan strateji əməkdaşlığın gücləndirilməsinə verilən töhfələr, bu əməkdaşlığın perspektivlərı kimi müxtəlif məsələlər barədə fikirlərini bölüşüblər.

Daha sonra təlim-seminar iştirakçılarının sualları cavablandırılıb.

© Copyright 2005-2013 The Academy of Public Administration