AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Noyabr 22 , 2017, Çərşənbə axşamı - 23:24

Xəbərlər
Dövlət İdarəçilik Akademiyasının professoru Beynəlxalq Elmi Konqressdə iştirak edib
Noy 06 , 2017 - 01:18

25-30 sentyabr M.V. Lomonosov adına Moskva Dövlət Universitetində “Qlobalistika-2017: qlobal ekologiya və davamlı inkişaf” mövzusunda V Beynəlxalq Elmi Konqress keçirilmışdir. Konqressin işində dünyanın 35 ölkəsindən 1000 nəfərdən artıq alim , o çümlədən Nobel mükafatı laureatları, tanınmış elmi qurumlar və assosiasiyaların rəhbərləri iştirak etmişdir.

“Qlobalistika-2017: qlobal ekologiya və davamlı inkişaf” Konqressin təşkilat komitəsinin dəvəti ilə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının professoru, “Simurq” Azərbaycan mədəniyyət Assosiasiyasının prezidenti, kulturoloq Fuad Məmmədov da iştirak etmişdir. F.Məmmədov “Davamlı inkişaf, qlobal diplomatiya və beynılxalq münasibətlər” bölməsində “Qlobal dünyanın davamlı və təhlükəsis inkişafı üçün kulturologiyanın strateji əhəmiyyəti” mövzusunda çıxış etmiş, eyni zamanda “Sosiat transformasiyalar” üzrə YUNESKO Məktəbinin 2 günlük kurslarını keçmişdir.

Prof. F. Məmmədovun çoxillik sistemli kulturoloji tədqiqatlarının nəticələri yüksək qiymətləndirilərək M.V. Lomonosov adına MDU-nun mühazirə kursuna daxil edilmiş, eyni zamanda beynəlxalq əməkdaşlığa verdiyi töhfəyə görə Moskva şəhəri hökumətinin “Georgiy Pobedonosets” medalı ilə və “Sosial transformasiyalar və davamlı inkişafın məqsədləri” YUNESKO-nun sertifikatı ilə təltif olunmuşdur.

 

 

 

 

© Copyright 2005-2013 The Academy of Public Administration