AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Yanvar 17 , 2018, Çərşənbə axşamı - 00:08

Xəbərlər
Dövlət İdarəçilik Akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
Dek 11 , 2017 - 06:16

Dekabrın 11-da ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdən öncə ulu öndərin Akademiyadakı büstü önünə əklil qoyulub, xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra anım mərasimi Heydər Əliyev Mərkəzinin dəstəyi ilə fəaliyyət göstərən “Heydər Əliyev Dövlət İdarəçilik Məktəbi”ndə davam etdirilib.

Anım tədbirində çıxış edən DİA-nın rektor, akademik Urxan Ələkbərov ümummilli lider, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərini xatırlatdıb. Qeyd edib ki, Azərbaycanın müasir tarixində Heydər Əliyevin müstəsna xidmətlərinin ictimai-siyası mahiyyəti hələ uzun illər tədqiqatçıların diqqət mərkəzində olacaq, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsi Azərbaycan adı yaşadıqca, o da daim xalqımızın yaddaşında, ürəklərdə yaşayacaqdır. Rektor, Heydər Əliyevin ölkəmizin inkişafı sahəsində başladığı nəhəng işlər, möhtəşəm layihələrin bu gün onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirildiyini diqqətə çatdırıb.   

         Tədbirdə çıxış edən Milli Məclisin deputatı Aydın Mirzəzadə, Dövlət İdarəçilik Akademiyası “Tarix” kafedrasının professoru Musa Quliyev, “İqtisadiyyatın dövlət tənzimlənməsi” kafedrasının dosenti Roza Əliyeva və çıxış edən digər natiqlər dünya şöhrətli siyasi xadim Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu islahatlardan danışmış, onun parlaq zəkası, dövlətçilik təcrübəsi, yenilməzliyi və cəsarəti ilə müstəqil Azərbaycan dövlətini məhvolma təhlükəsindən qoruyub saxlamasını, ümummilli lider Heydər Əliyevin vətən və xalq qarşısında xidmətləri xatırlanmışdır.

Tədbirdə ümummilli liderə həsr olunmuş sənədli film nümayiş etdirilib.

© Copyright 2005-2013 The Academy of Public Administration