AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Yanvar 17 , 2018, Çərşənbə axşamı - 00:09

Xəbərlər
Dövlət İdarəçilik Akademiyasıda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il qeyd edilib
Dek 26 , 2017 - 09:54

     Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr edilmiş tədbir keçirilib.

     Tədbirdə akademiyanın rektoru, akademik Urxan Ələkbərov Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Yeni 2018-ci il münasibəti ilə kollektiv üzvlərini təbrik etmiş,  fəaliyyətilərində yeni uğurlar arzulamışdır. Azərbaycançılıq ideyasının milli ideya və dövlət ideologiyası kimi yayılmasına, həmvətənlərimiz arasında milli həmrəylik və birliyin möhkəmlənməsinə, xalqımızın mənəvi bütövlüyünü təmin etməyə xidmət edən “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nün qeyd olunmasıni ümummilli lider Heydər Əliyev dühasının xalqımıza, dünya azərbaycanlılarına, milli mənəviyyat tariximizə verdiyi misilsiz töhfə olduğunu bildirmişdir.

     Rektor ölkə prezidenti cənab İlham Əliyevin apardığı siyasət nəticəsində dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, innovativ strateji idarəetmənin uğurlu nəticələri, cəmiyyət həyatının demokratikləşməsi, dövlət xidmətlərinin asanlaşdırılması, milli proqramların qəbulu nəticəsində xalqın rufah halının yaxşılaşması kimi pozitiv irəliləyişlər, ölkəmizin regionda lider və dünyada söz sahibi olan dövlətə çevrilməsi, zəngin təbii resurslarımızın milli intellektal potensiala çevrilməsi, cəmiyyətimizin stabillikdən modernləşmə mərhələsinə qədəm qoyması kimi tarixi xidmətləri qeyt etmişdir.  

      Sonra Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kəriminin və xalq artisti

Azər Zeynalovun iştirakı ilə unudunmaz bəstəkar Tofiq Quliyevin mahnıları gənc ifaçılar tərəfindən səslənmişdir.

 

© Copyright 2005-2013 The Academy of Public Administration