AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Noyabr 18 , 2018, - 01:17

Xəbərlər
Dövlət İdarəçilik Akademiyasında Yerli İcra Hakimiyyətlərinin əməkdaşlarına növbəti distant təlim keçirilib
Okt 30 , 2018 - 11:58

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi birgə “Strateji yol xəritəsinin icrasında yerli icra hakimiyyətlərinin rolu” mövzusunda növbəti distant təlim keçirib.

Distant təlimin əsas məqsədi ölkənin inkluziv inkişafı, elektron hökümətin inkişafı məsələləri ilə bağlı hədəflərin yeni istiqamətləri, strateji yol xəritələrinin icrasında yerli icra hakimiyyətlərinin rolu, strateji yol xəritələrinin monitorinqi və qiymətləndirilməsi: və.s kimi mövzular ilə bağlı biliklərin dinləyicilərə çatdırılması və onlarla ilə fikir mübadiləsinin aparılmasıdır.

Yerli icra hakimiyyətlərinin əməkdaşları üçün təşkil edilən təlimdə, DİA-nın rektoru, akademik Urxan Ələkbərov “İnklüziv inkişaf və innovativ idarəetmə texnologiyaları: Azərbaycan respublikasının təcrübəsi”, İİTKM-in icraçı direktoru Vüsal Qasımlı isə “Strateji yol xəritələri: davamlı iqtisadi inkişaf və sosial rifah”  adlı acılış mühazirəsi ilə çıxış ediblər.

DİA-nın rektoru, akademik Urxan Ələkbərov Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən danışıb, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib və bu gün Azərbaycanın iqtisadiyyatının sürətlə inkişaf etdiyini konkret faktlarla diqqətə çatdırıb. Qeyd olunub ki, bir sıra iqtisadi və sosial göstəricilərinə görə müasir Azərbaycan Respublikası hazırda yüzillik tarixi olan və dünya liderləri sayılan ölkələrlə rəqabət aparmaq durumundadır. Dövlətimizin başçısının tətbiq etdiyi və dünya miqyasında ilk dəfə işlənilmiş sinergetik, kompensator idarəçilik texnologiyaları sayəsində 2018-ci ilin yanvarında keçirilən Davos forumunun hesabatında Azərbaycanın inklüziv inkişaf indeksi bir çox Avropa İttifaqına üzv olan dövlətlərin göstəricilərindən yüksək olduğu qeyd edilmişdir.

Akademik U.Ələkbərov ölkənin iqtisadi və ticarət əlaqələrinin genişəndirilməsində müstəsna əhəmiyyətə malik strateji yol xəritəsinin, elektron hökümətin inkişafı ilə bağlı qərarların Azərbaycanın müasir tərəqqisində mühüm rol oynadığı vurğulanıb. U.Ələkbərov Azərbaycanın uğurlu inkişafınında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi rolu olduğunu qeyd etmişdir.

   İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı diqqətə çatdırıb ki, Azərbaycan iqtisadiyyatında aparılan davamlı iqtisadi islahatlar öz bəhrəsini verməkdədir.

Vüsal Qasımlı vurğulayıb ki, ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji yol xəritələrindən biri də Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına həsr edilib. Burada göstərildiyi kimi elektron hökümətin inkişafı və rəqəmsal hökümətə keçiddə əsas məqsəd xidmətlərin göstərilməsi zamanı vətəndaşlarla birbaşa təmasını aradan qaldırmaqla şəffaflığı təmin etmək, həmçinin xidmətlərin daha əlçatan olmasıdır.

   İcraçı direktor deyib ki, Azərbaycanın “Doing Business” hesabatında ən islahatçı ölkə statusunu saxlaması da təsadüfi deyil. Çünki, 2018-ci ildə açıqlanacaq “Doing Business-2019” hesabatında Azərbaycanın mövqeyinin gücləndirilməsini təmin edəcək - biznesə başlama, tikinti üçün icazələrin alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma, əmlakın qeydiyyatı, kreditlərin alınması, kiçik investorların maraqlarının qorunması, vergilərin ödənilməsi, xarici ticarətin aparılması, müqavilələrin icrasının təmin edilməsi və müəssisənin bağlanması kimi istiqamətləri üzrə ciddi iqtisadi islahatlar aparılıb.

  Vüsal Qasımlı əlavə edib ki, İİTKM tərəfindən gerçəkləşdirilən Azexport portalı, Rəqəmsal Ticarət Qovşağı, vahid online ixrac ərizəsi, EnterpriseAzerbaijan.com saytı kimi layihələr rəqəmsal iqtisadiyyat quruculuğuna ciddi töhfədir.

Daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya mərkəzinin Strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri Ramil Hüseyn “Yerli icra hakimiyyəti orqanlarının Srtateji Yol Xəritələrinin icrasında rolu, mərkəzin əməkdaşı Azexport.az portalının meneceri Ayxan Qədəşov “Strateji yol xəritəsinin monitorinqi və qiymətləndirilməsi: 2017-ci il üzrə monitorinq və qiymətləndirmə nəticələrinin şərhi” mövzularında mühazirələrlə çıxış ediblər.

   

 

© Copyright 2005-2013 The Academy of Public Administration