AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Dekabr 19 , 2018, Çərşənbə axşamı - 11:10

Xəbərlər
Dövlət İdarəçilik Akademiyasında Türkiyə Respublikasının Xaricdə yaşayan Türklər və Əqrəba İcmaları Departamentinin rəhbəri Abdullah Erenlə görüş keçirilib
Noy 23 , 2018 - 11:38

Türkiyə Respublikasının Xaricdə yaşayan Türklər və Əqrəba İcmaları Departamentinin rəhbəri Abdullah Erenin başçılıq etdiyi nümayəndə heyəti  Dövlət İdarəçilik Akademiyasında olublar. Akademiyada qonaqları salamlayan rektor, akademik Urxan Ələkbərov rəhbərlik etdiyi təhsil ocağının tarixi və inkişafı haqqında nümayəndə heyətinə məlumat verib və DİA-nın  Türkiyə universitetləri ilə əməkdaşlıq əlaqələrindən söhbət açdı. Daha sonra rektor ölkəmizin son illər əldə etdiyi uğurlardan və bu uğurların təməlində ümummilli lider Heydər Əliyevin üzaqgörən, düşünülmüş siyasətinin və bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən innovativ inkişaf strategiyasının dayandığını nümayəndə heyətinin diqqətinə çatdırıb. Akademik innovativ inkişaf strategiyasının reallaşdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rolunu xüsusi qeyd etdi və bu sahədə dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyətinin, Heydər Əliyev Fondunun fəaliyyətini qeyd etdi.

Səmimi qəbula görə minnətdarlığını bildirən Türkiyəli qonaq Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əlaqələrin indiki vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri haqqında, “Türkiyə bursları” çərçivəsində Türkiyədə təhsil alan Azərbaycan vətəndaşlarının təhsili ilə bağlı məsələlər barədə fikirlərini bildirib. Abdullah Eren Azərbaycan universitetləri ilə Türkiyə universitetləri arasında elmi-texniki əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu və bundan sonra da bu əlaqələrinin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

 

Görüşdə DİA-nın I (tədris işləri üzrə) prorektoru prof.Ə.Abdullayev və Elmi təşkilat və beynəlxalq əlaqələr şöbəsinin müdiri dos.R.Rəhimli iştirak ediblər.

© Copyright 2005-2013 The Academy of Public Administration