AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Dekabr 19 , 2018, Çərşənbə axşamı - 12:03

Xəbərlər
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Ekologiya və Təbii Sərvətlən Nazirliyi arasında Memorandum imzalanmışdır
Noy 30 , 2018 - 01:28

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında birgə əməkdaşlıq, kadr potensialının gücləndirilməsi kimi məsələlərinə dair Memorandum imzalanmışdır.

Tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi innovativ idarəetmə texnologiyalarının nəzəri əsaslarının işlənilməsi, onların təcrübədə tətbiqindən danışdı. Akademik U.Ələkbərov Azərbaycan Respublikasında davamlı inklüziv inkişaf sahəsində ölkə Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi strategiyanın əhəmiyyətindən söz açdı, dövlət siyasətinin yüksək peşəkarlıqla planlaşdırılmasının və idarə edilməsinin innovativ idarəetmə texnologiyaları kompleksinin tətbiqi ilə bağlı olduğunu qeyd etdi. Akademik əldə edilən uğurların əsasında idarəetmə sahəsi üçün mühüm olan sinergetik, komplimentar və kompensasion texnologiyaların xüsusi yer tutduğunu vurğuladı. Rektor ölkənin innovativ inkişafının əsası kimi insan potensialının formalaşdırılması konsepsiyasının reallaşdırılmasında ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezindenti Mehriban xanım Əliyevanın milli və beynəlxalq səviyyələrdə fəaliyyətini, ölkənin innovativ tərəqqisinə əvəzsiz töhfə olduğu diqqətə çatdırdı.

 Sonra Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin ekologiya sahəsinə olan xüsusi diqqət və qayğısından danışdı. Nazir ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə edilməsinin ölkədə aparılan sosial-iqtisadi islahatların tərkib hissəsi olduğunu bildirdi. O, ümumilikdə ölkəmizdə ekoloji vəziyyət, təbii ehtiyatlar, onların mühafizəsi və bərpasının davamlı inkişaf konsepsiyasının tərkib hissəsinə çevrildiyini, ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin  tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olmaq, qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi, həlli yollarının müəyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsinın Azərbaycan dövlətinin  ekoloji siyasətinin əsas istiqaməti olduğunu qeyd etdi.

Sonda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Ekologiya və Təbii Sərvətlən Nazirliyi arasında qarşılıqlı əməkdaşlığa dair Memorandum imzlandı.

   
© Copyright 2005-2013 The Academy of Public Administration