AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Dekabr 15 , 2019, - 19:15

Xəbərlər
DİA tələbələri "Şöhrət" muzeyinə ekskursiya ediblər
Mart 27 , 2019 - 11:33

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbə gənclərinin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının "Şöhrət" muzeyinə ekskursiyası təşkil edilmişdir.

Muzeyin əməkdaşları tərəfindən ekskursiya zamanı ziyarətçilərə bildirildi ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının "Şöhrət" muzeyi Ümummilli Lider Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, həyat və fəaliyyətinin, nəsillərə örnək olan mənalı ömür yolunun və irsinin öyrənilməsini, gələcək nəsillərə çatdırılmasını, Azərbaycan gəncliyinin Heydər Əliyev amallarına sədaqət ruhunda tərbiyə olunmasını təmin etmək məqsədilə yaradılmışdır. 

Muzeydə dahi şəxsiyyətin örnək ömür yolunu dolğun və ətraflı çatdıran dəyərli ekspozisiyalar şərti olaraq dörd mərhələni əhatə edir.
Ekspozisiya ilə tanışlıq zamanı gənclərin sualları cavablandırıldı. Ümummilli lider Heydər Əliyevin muzey qarşısında ucaldılmış abidəsi ziyarət edilib.

 

© Copyright 2005-2013 The Academy of Public Administration