AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
İyul 20 , 2019, Şənbə - 11:29

Xəbərlər
Dövlət İdarəçilik Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda doktorant və dissertantların elmi-praktiki konfransı keçirilib
May 03 , 2019 - 04:28

Mayın 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında doktorant və dissertantların Ümummilli Lider Heydər Əliyevin 96-cü ildönümünə həsr edilmiş “Heydər Əliyev ideyaları və müasir Azərbaycan”  mövzusunda elmi-praktiki konfransı keçirilib. DİA-nın “Elmi-təşkilat və beynəlxalq əlaqələr” şöbəsinin təşkilatçıllığı ilə keçirilən elmi-praktik konfransı giriş sözü ilə açan Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı müstəsna xidmətlərindən, ulu öndərin zəngin siyasi irsinin, idarəçilik təcrübəsinin əhəmiyyətindən danışıb. Rektor qeyd edib ki, bu il Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illik yubileyi də qeyd ediləcək. Heydər Əliyev ideyalarının və siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində Azərbaycan dünyada inkişaf etmiş ölkələr sırasında layiqli yerini tutmuşdur. Daha sonra rektor qeyd etmişdir ki, Davos Dünya İqtisadi Forumunda inklüziv inkişaf indeksinə görə Azərbaycan keçid iqtisadiyyatına malik ölkələr arasında üçüncü yerdə qərarlaşaraq, iqtisadi imkanları daha yüksək olan Avropa İttifaqı ölkələrinin çoxunu geridə qoymuşdur. Eyni zamanda, inklüziv inkişafın idarə edilməsinə, yəni resurslardan səmərəli istifadəyə görə Azərbaycan dünyada birinci yerdədir. Azərbaycan hərtərəfli inklüziv inkişaf indeksinə görə Litva və Macarıstandan sonra 3-cü göstəriciyə malikdir. Akademik qeyd etdi ki, bu nailiyyətlər ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dərin düşünülmüş strategiya və tətbiq olunan orijinal innovativ idarəetmə texnologiyaları əsasında qazanılıb. Bu texnologiyaların işlənilməsi və həyata keçirilməsi prosesində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu xüsusi rola malikdir.

 Daha sonra rektor  konfransda iştirak edən doktorant və dissertantlara söz verdi. Konfransda çıxış edən doktorant və dissertantlar ulu öndərin Azərbaycanın sosial-iqtisadi, mədəni və dövlət quruculuğu sahəsindəki xidmətlərinə həsr olunmuş mövzular ətrafında çıxışlar etdilər, Ümummilli liderin zəngin dövlətçilik təcrübəsi müxtəlif aspektlərdən elmi cəhətdən təhlil edildi. Konfransda doktorant və dissertantların 21 məruzəsi dinlənildi. Yekun nitqi söyləyən rektor, akademik Urxan Ələkbərov qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsi, idarəçilik təcrübəsi, siyasi elmə gətirdiyi yeniliklər zaman keçdikcə gənc alimlər  tərəfindən daha diqqətlə, daha dərindən öyrəniləcək və gələcək siyasi idarəçilikdə geniş tətbiq ediləcəkdir.

Konfransın sonunda xatirə şəkilləri çəkildi.

 

 

 

© Copyright 2005-2013 The Academy of Public Administration