AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
İyun 20 , 2019, Cümə axşamı - 15:23

Xəbərlər
DİA Tələbə Gənclər Təşkilatı uğurlu tədbirlər keçirib
May 12 , 2019 - 10:07

Mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə bir sira tədbirlər keçirilib.

İlk öncə tələbə gənclər ətraf mühitin qorunması, yaşıllıqların mühafizəsi məqsədi ilə DİA-nın həyətində müxtəlif ağac kolları və güllər əkib, yaşıllıqlara qulluq göstəriblər. 

Daha sonar ümumilli liderin xatirəsinə həsr olunmuş “Breyn Rinq" turniri keçirilib. Bilik yarışında universitetlərdən 100-ə yaxın tələbə 16 komandada iştirak edib. Yarışın sonunda UNEC və DİAspora komandaları qalib gəlib və onlar mükafatlandırılıb. DİA İntelektual oyunlar klubu və Bakı Politoloqlar Klubu da turnirdə iştirak edib.

Bununla yanaşı DİA ART Klubun təşkilatçılığı ilə ümumilli liderin xatirəsinə həsr edilmiş milli kino, ədəbiyyat və mədəniyyət mövzularını əhatə edən “Bizim milli xezinemiz” adli yarişma keçirilib. Tələbə gənclər maraqlı təqdimatlarla çıxış ediblər.

 

 

© Copyright 2005-2013 The Academy of Public Administration