AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
Oktyabr 15 , 2019, Çərşənbə - 23:40

Xəbərlər
DİA-nın dosenti “Kənd təsərrüfatının davamlı idarə edilməsi, innovativ yanaşma” mövzusunda mühazirə deyib
İyl 20 , 2019 - 08:24

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçillik Akademiyasının Davamlı inkişafın planlaşdırılması və idarə edilməsi kafedrasının dosenti Elşan Əhmədov Azərbaycan Dövlət Aqrar Univesitetində (ADAU) keçirilmiş II-ci Beynəlxalq Yay Məktəbinin iştirakçılarına “Kənd təsərrüfatının davamlı idarə edilməsi, innovativ yanaşma” mövzusunda mühazirə deyib. Qeyd edək ki, 2018-ci ilin 16-28 iyul tarixlərində Azərbaycan Dövlət Aqrar Univesitetində (ADAU) keçirilmiş, 11 ölkənin ali təhsil müəssisələrindən 34 tələbənin iştirak etdiyi “Davamlı İnkişaf Hədəfləri” adlı 1-ci Beynəlxalq yay məktəbinin universitetin beynəlxalq nüfuzunun artırılması, dövlətimizin aqrar sahəyə və aqrar təhsilə qayğısının təbliğ edilməsi baxımından əhəmiyyətini nəzərə alaraq, təhsil müəssisəsində 2019-cu ilin 9-18 iyul tarixlərində bakalavriat səviyyəsinin tələbələri üçün “Aqrar sahənin innovasiyalı inkişafı: dünya təcrübəsi, perspektivlər” adlı 2-ci Beynəlxalq yay məktəbi təşkil olunmuşdur.

Yay məktəbində respublikamızın ali təhsil müəssisələri ilə (17 tələbə) yanaşı, Bolqarıstan (4 tələbə), Çin Xalq Respublikası (1 tələbə), Gürcüstan (3 tələbə), İran İslam Respublikası (1 tələbə), Hindistan (1 tələbə), Qazaxıstan (2 tələbə), Qırğızıstan (2 tələbə), Özbəkistan (1 tələbə), Pakistan İslam Respublikası (1 tələbə), Polşa (1 tələbə), Rusiya Federasiyası (2 tələbə), Türkiyə (4 tələbə), Ukraynanın (2 tələbə) ali təhsil müəssisələrindən 42 tələbə iştirak edir.

   
© Copyright 2005-2013 The Academy of Public Administration